Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Rusiya İranın hansı təklifini qəbul etməyib?


Noyabrın 1-də Tehranda üçtərəfli format çərçivəsində Azərbaycan, İran və Rusiya prezidentlərinin ikinci görüşü keçirilib

 “Turan” Analitika Xidməti bu görüşlə bağlı təhlil hazırlayıb.

Strateq.az təhlili oxucularına təqdim edir:

İranRusiyanın maraqları heç də həmişə bu regionda aparıcı oyunçu olan ABŞ-ın maraqlarına uyğun olmur və bir çox hallarda Amerika ekspansiyası qarşısında sipər qurmağa, habelə Moskva və Tehranın Şərq mövzusunda mövqelərini tarazlaşdırmağa kömək edir.

2016-cı ilin avqustunda Bakı sammitində üçlük yekun bəyannamədə regional əməkdaşlığın aşağıdakı istiqamətlərini müəyyən edib:

– dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi,

– regional münaqişələrin həlli,

– terrorizmə, ekstremizmə, transmilli cinayətkarlığa qarşı mübarizə,

– iqtisadiyyat, energetika, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes sahəsində əməkdaşlığın inkişafı,

– "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı layihələrinə dəstək,

Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanmasının ən qısa zamanda yekunlaşdırılması.

Ötən il qeyd edilən prioritetlər üzrə əməkdaşlığın müxtəlif sürətlərlə, amma ardıcıl inkişafını göstərdi. Ən yaxşı vəziyyət Suriyaİraq nizamlanması ilə bağlı qarşılıqlı fəaliyyət sahəsindədir. Burada İŞİD-in gücünün və təsirinin xeyli zəifləməsi, habelə kürdlərin İraq Kürdüstanının müstəqilliyi iddiaları ilə bağlı İraqın ərazi bütövlüyünün təmin edilməsi qeydə alınıb. İranRusiya bu müddət ərzində bu ölkələrdə öz iştiraklarını və nüfuzlarını artırmağa müvəffəq olub, ABŞ və Türkiyə ilə birlikdə vəziyyətin sabitləşməsinə yardım edib. Bu vəziyyət Suriyaİraqdakı rejimlərlə məxfi münasibətləri olan və bu ölkələrdə hər-hansı dövlətin üstünlüyü olmadan sabitliyin qorunub saxlanılmasında maraqlı olan Azərbaycanı tamamilə qane edir.

Gündəlikdə, xüsusən İranRusiya prezidentlərinin gündəliyində böhranların mühüm yer tutduğunu Rusiya nümayəndə heyətinin tərkibində Baş Qərargah rəisi Valeri Gerasimovun iştirakı sübut edir. O, sammit çərçivəsində İranın ali hərbi rəhbərliyi ilə Suriyaİraqda qarşılıqlı fəaliyyətlə bağlı məsləhətləşmələr aparıb.

Gündəliyin iki mühüm məsələsi: Şimal-Cənub dəmir yolunun tikintisi, Xəzərin hüquqi statusunun tənzimlənməsi məsələləri bu layihələrin həllinin sürətləndirilməsi haqqında birgə bəyanat şəklində növbəti siyasi dəstəyi alıb. Layihələrin həyata keçirilməsini sürətləndirməyə çağıran Bakı sammitindən sonra, göründüyü qədər, az şey dəyişib. Bu, tərəflərin qarşıların prosesin sürətləndirilməsi vəzifəsi qoymadıqlarını, daha çox eyni sürətlə davam etməkdə maraqlı olduqlarını göstərir.

İqtisadi əməkdaşlıq və kooperasiyalar nöqteyi-nəzərdən prezidentlər sammitin bütün iştirakçıları arasında ikitərəfli formatda ticarət dövriyyəsinin artdığını qeyd etsələr də, görüşdə konkret layihələr təsdiq edilməyib. Vəziyyət, əvvəllər də olduğu kimi, "niyyət haqqında" danışıqlar formatı çərçivəsində inkişaf edir. Məsələn, Rusiya tərəfindən İranın cənubundan Hindistana qədər qaz nəqli, habelə Azərbaycan vasitəsilə Rusiya qazının İrana nəqli kimi.

İranın dini lider ayətullah Xamneyinin şəxsində prezident Trampın ağzından İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaq və Tehrana qarşı növbəti sanksiyaları tətbiq etməklə hədələyən ABŞ təzyiqinə qarşı müqavimət oxu formalaşdırmaq cəhdləri prezident Əliyevin və Putinin lazımi dəstəyini almayıb. Hər bir ölkə öz-özlüyündə ABŞ-ın iradları və növbəti sanksiya təhdidləri ilə üz-üzədir və Ön Asiya regionunda qeyri-müəyyən şəkildə qurulan Azərbaycan, İranRusiya kooperasiyasına mane ola biləcək əlavə problemlər yaratmaqda maraqlı deyillər.

 


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar