Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Latviya Ədliyyə nazirlikləri arasında Memorandum imzalanıb


Mərasimdə çıxış edən nazirlər bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolundan danışıblar


Beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan tərəfindən xarici, xüsusilə Avropa İttifaqı dövlətləri ilə ikitərəfli münasibətlər inkişaf etməkdədir.

"Report"-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, Latviya Ədliyyə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti bu il ölkəmizə səfərə gəlib, məhkəmə-hüquq sistemi və aparılan islahatlarla tanış olub. Hüquqi əlaqələrin möhkəmləndirilməsi məqsədilə Azərbaycanın və Latviyanın Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması qərara alınıb. Həmin sənəd qısa müddətdə razılaşdırılıb. Sənədin imzalanması məqsədilə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 13-15-də nümayəndə heyəti ilə Latviyada səfərdə olub.
Səfər çərçivəsində Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolu qeyd olunub. Cari ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya səfəri zamanı iki ölkə arasında imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin və digər mühüm sənədlərin münasibətlərimizin genişləndirilməsinə böyük təkan verdiyi vurğulanıb.

Həmçinin hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, hər iki dövlətdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə fikir və təcrübə mübadiləsi aparılıb. Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərə və əldə olunan nailiyyətlərə maraq göstərilərək, latviyalı nazir yaxın zamanda Azərbaycana səfər etmək niyyətini bildirib.
Sonra nazirliklər arasında məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, probasiya, ədliyyə işçilərinin və hakimlərin tədrisi, məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Nazirlər mərasimdə çıxış edərək bu mühüm sənədin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu qeyd edərək, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin genişlənəcəyinə əminliklərini bildiriblər.

Səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə Latviya Seyminin sədri xanım İnara Murnietse arasında işçi görüş olub. Xanım İ.Murnietse ölkəmizə səfərini məmnunluqla xatırladıb, iki ölkə arasında əlaqələrin dinamik inkişafını vurğulayıb, parlamentlərarası əlaqələri təqdir edib. Həmçinin hazırkı səfərin ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Tədbirdə Latviya Seyminin Komitə sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədr müavini Roman Naudinş iştirak edib.
Səfər zamanı Latviyanın Ali Məhkəməsinin sədri İvars Biçkoviçs ilə görüş keçirilərək ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmənin tətbiqi, hakimlərin seçimi və tədrisi müzakirə edilib, ölkəmizdə müstəqil məhkəmə özünüidarə orqanı və bu sahədə geniş səlahiyyətlərə malik olan Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə maraq göstərilib.

Eyni zamanda Latviyanın ən böyük məhkəməsi olan və apellyasiya instansiyası kimi fəaliyyət göstərən Riqa Regional Məhkəməsində olan Azərbaycan nümayəndə heyəti onun işi və müasir texnologiyaların tətbiqi ilə tanış olub. Qurumun rəhbərliyi və hakimlər ilə görüşdə məhkəmə islahatlarına dair faydalı danışıqlar aparılıb.

Azərbaycan Prezidentinin tapşırığına əsasən penitensiar sistemin təkmilləşdirilməsi, Probasiya Xidmətinin yaradılması üzrə tədbirlərin həyata keçirildiyi nəzərə alınaraq, Latviyanın Dövlət Probasiya Xidmətinin rəhbəri Mixail Papsueviç ilə ayrıca görüş keçirilib. Görüşdə probasiya institutunun tətbiqi və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb, elektron nəzarət sistemi, xüsusilə “elektron qolbaq”ın tətbiqi ilə əyani tanışlıq olub. Eyni zamanda, Elektron Monitorinq Mərkəzinə baş çəkilərək bu qurumun fəaliyyəti ilə maraqlanılıb.

Nümayəndə heyəti, həmçinin yeni inşa olunmuş Oleyne ixtisaslaşdırılmış penitensiar müəssisəsinə baş çəkərək qurumun fəaliyyəti, məhkumların saxlanma şəraiti, onlara tibbi, psixoloji yardımın göstərilməsi və bu sahədə tətbiq edilən yeni üsullarla tanış olub, faydalı təcrübə mübadiləsi aparılıb.


Bütün görüşlərdə həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub, münaqişəyə və Xocalı soyqırımına dair əyani vəsaitlər və broşürlər təqdim edilib.
Latviya tərəfi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdar olduğunu, ölkəmizin haqlı mövqeyini dəstəklədiyini bildirib.

Qeyd edək ki, tədbirlərdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Ən çox oxunanalar