Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Avropa İttifaqı arasında viza rejimi müzakirə olunub


Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi müzakirə olunub


Avropa İttifaqının komissarı: “Yeni tərəfdaşlıq sənədi əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq”.

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
PİA.AZ-ın APA-ya istinadən məlumatına görə, Ş. Mustafayev görüşdə AzərbaycanAvropa İttifaqı arasında əməkdaşlığın bir çox sahələrdə, xüsusilə enerji, investisiya, ticarət və s. sahələrdə inkişaf etdiyini, Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu söyləyib.
 
Qeyd olunub ki, Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 38%, ölkəmizin qeyri–neft sektoruna birbaşa investisiya qoyuluşunda isə 35%-dir. Avropa İttifaqına üzv ölkələrlə strateji tərəfdaşlıq sənədləri, ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviq və qorunması haqqında sazişlər imzalanıb. Azərbaycanın dövlət qurumları texniki yardım alətləri çərçivəsində əməkdaşlıq edir. Ötən həftə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumu iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətlidir.
 
İqtisadiyyat naziri Azərbaycanın nəqliyyat və energetika sahələrində Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirildiyini, limanda azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın fəaliyyət göstərəcəyini və bunun üçün müvafiq hüquqi rejimin yaradıldığını, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb. Enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən Ş. Mustafayev  Azərbaycan üçün qeyri-neft sektorunun prioritetliyini vurğulayıb, ölkə iqtisadiyyatının diversifikasiyası, eləcə də son zamanlar həyata keçirilən kompleks islahatlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Avropa İttifaqı ilə iqtisadiyyatın və ixracın diversifikasiyası, qeyri-neft ixracının və investisiyaların təşviqi, sahibkarlığın inkişafı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
 
Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Y. Han əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, AzərbaycanAvropa İttifaqı arasındakı yeni tərəfdaşlıq sənədi əlaqələrin genişlənməsində əhəmiyyətli olacaq. Y. Han İqtisadiyyat nazirini Brüsselə səfərə dəvət edib.
 
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafına, viza rejiminin sadələşdirilməsinə, Azərbaycan və Aİ arasındakı yeni tərəfdaşlıq sənədinə dair fikir mübadiləsi aparılıb.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar