Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Avropa Birliyi - tərəfdaşlıq prespektivləri varmı?



Qondarma «Dağlıq Qarabağ Respublikası»nın rəhbəri Bako Saakyanın Parisə rəsmi dəvət almasının pərdə arxasında Avropa Birliyinin rəsmi Bakıya təzyiq göstərmək niyyəti dayanır?



Ərəstun Oruclu: “Qərbin Azərbaycana qarşı təzyiqləri getdikcə sərtləşəcək”

Fazil Mustafa: “AB ilə Azərbaycan aarsında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində gələcək münasibətlərin perespektivi yoxdur”.

Azərbaycan prezidenti İlham Əliyev mayın 21-22-də Avropa Ittifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak etməkdən  imtina etdi.  Bəs görəsən bu qərar AB ilə Azərbaycan arasında gələcək münasibətlərə necə təsir edə bilər?

PİA.AZ-ın əməkdaşı bu sualla politoloq Ərəstun Oruclu və deputat Fazil Mustafaya müraciət edib. 


Ərəstun Oruclu: “Qərbin təzyiqləri o dərəcədə güclənəcək ki, Rusiyanın yanında inkişaflı bir şey görməyəcək”


Politoloq Ərəstun Oruclu hesab edir ki, Qərbin Azərbaycana qarşı təzyiqləri getdikcə artacaq: 

“Qərbin Azərbaycana təzyiqləri artacaq. Bu təzyiqlər artıq öz təsirlərini göstərməkdədir. Dünən qondarma «Dağlıq Qarabağ Respublikası»nın rəhbəri Bako Saakyan Parisə dəvət aldı. Ardınca Turan agentliyi Vaşinqton müxbirinin yaydığı məlumata əsasən, ABŞ Dövlət  departamentindəki  məlumatlı mənbənin bildirdiyinə görə, Amerika insan haqları və vətəndaş cəmiyyəti istiqamətində Azərbaycanla danışıqları  dayandırıb. Düşünürəm ki, bunun davamı da olacaq və təzyiqlər getdikcə sərtləşəcək. İstisna etmirəm ki, Qərbin təzyiqləri o dərəcədə güclənəcək ki, Azərbaycan Rusiyanın yanında inkişaflı bir şey görməyəcək”. 


Fazil Mustafa: “Azərbaycana qarşı açıqca hörmətsizlik, işağlçıya qarşı təşviq xarakterli qərar qəbul olunursa, biz nə etməliyik?!”


Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafanın fikrincə isə , prezidentin Riqa sammitinə getməkdən imtina etməsi doğru qərardır:

“AB ilə Azərbaycan aarsında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində gələcək münasibətlərin prespektivi yoxdur, indiki münasibətlər var və bu münasibətlər Qərbin Azərbaycana qarşı münasibətini Avropa Parlamentinin həyasızca qəbul etdiyi “soyqırım” qərarında özünü göstərdi.  Avropada türklərə qarşı nifrət var, ermənilərə dəstək vermək üçün  Fransada heç bir sübutu olmayan bir hadisəyə görə qətnamə qəbul etmişdilər. Əslində bu qətnamədən sonra  Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq etmək niyyətində olması mənəvi cəhətdən doğru deyil. Məncə, Azərbaycan Riqa sammitində də bunu əsas götürərək prezidentin açıqlamasında yer almalı idi. Azərbaycan əleyhinə qərəzli mövqe birmənalı şəkildə ortadadır. Əleyhimizə qərəzli mövqe varsa, Azərbaycana qarşı açıq-aşkar siyasi təzyiq göstərmək düşüncəsi varsa, prezident doğru addım atıb. Azərbaycana qarşı açıqca hörmətsizlik, işağlçıya qarşı təşviq xarakterli qərar qəbul olunursa, biz nə etməliyik?! Hesab edirəm ki, prezidentin bu qərarı ən çox da “soyqırım” məsələsinə əsaslandırılmış arqument kimi dilə gətirilməlidir”.

Gülşən ŞƏRİF
pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar