Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan tərəfinin şərtləri açıqlanıb


“Azərbaycan şirkətlərinin İran ərazisində Astara-Rəşt dəmir yolu sahəsinin tikintisi layihəsində iştirakı 50 faizə yaxın olacaq”


Bunu Trend-ə Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib. O qeyd edib ki, bu sahə "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq: "Azərbaycanla İran arasında imzalanmış kredit sazişinin şərtlərinə əsasən Azərbaycan şirkətləri bütün işlərin 49 faizini icra edəcək".

Nazir müavini bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün layihənin bütün marşrutu boyunca dəmiryol infrastrukturunu təşkil etmək vacibdir: "Layihənin birinci mərhələsinin yekunlarına əsasən Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu, Astaraçay üzərində körpü, İranda quru yüklərin yükləmə-boşaltma terminalı istifadəyə verilib. Görülən işlər bizə yükləri şimal ölkələrindən dəmir yolu ilə İranın Astara şəhərinə daşımağa imkan verir. Oradan yüklər digər nəqliyyat növləri ilə Rəştə və İran limanlarına çatdırılacaq. Amma layihənin potensialının tam reallaşdırılması üçün yüklərin dəmir yolu ilə daşınmasını təmin etmək lazımdır. Beləliklə, tarixdə ilk dəfə yüklərin Fars körfəzindən Şimali Avropaya vahid nəqliyyatla daşınması təmin olunacaq. Ona görə də Azərbaycan tərəfindən ayrılan kredit hesabına tikiləcək Astara-Rəşt sahəsi çox vacibdir".

S.Babayev əlavə edib ki, perspektivdə "Şimal-Cənub" nəqliyyat dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilə bilər: "Bu, Fars körfəzini Şərqi Avropa ilə birləşdirəcək çox perspektivli layihədir. Bu ölkələr arasında ticarət dövriyyəsi milyardlarla dollarla ölçülür. Bu layihə Azərbaycana öz ərazisindən təkcə birinci mərhələdə ildə 3-4 milyon yükün tranzitini təmin etməyə imkan verəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar