Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan siyasətinin gözüyaşlı ataları


Dünyada ən böyük xoşbəxtlik odur ki, hər bir ata-ana öz övladının çiyinlərində dünyadan köçsün, torpağa tapşırılsın


Ən böyük faciə isə övladın atanın çiyinlərində dünyadan köçməsidir. Heç şübhəsiz, bu taleyi yaşayan valideynlər az deyil.

Trend bu yazıda övladını nakam itirmiş siyasətçilərdən, daha doğrusu, azərbaycanlı siyasətçilərdən bəhs edəcək.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 2011-ci ildə 49 yaşlı oğlu Azadı itirib. Azad Mütəllibov xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Ayaz Mütəllibov oğlu dünyasını dəyişənə qədər Moskvada yaşayırdı və ölkəyə qayıdacağı təqdirdə həbs olunacaqdı. Lakin dövlət başçısı İlham Əliyev böyük humanizm göstərərək, Ayaz Mütəllibovun oğlunun dəfnində iştirak etməsi üçün ölkəyə dönüşünə şərait yaratdı.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Mirmahmud Mirəlioğlu üç uşağını vaxtsız itirib. 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində KXCP sədrinin beş yaşlı oğlu həlak olub. Ardınca daha bir oğlu Mircəlil Fəttayev partiya qərəgahının qarşısında ürək tutmasından dünyasını dəyişib. Bu hadisə 2009-cu ildə baş verib. 2012-ci ildə isə M.Mirəlioğlunun qızı Mahirə 28 yaşında vəfat edib. M.Fətullayeva da qardaşı Mircəlil kimi, ürək tutmasından dünyadan köçüb.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da övlad itkisi yaşayan atalardandır. O, oğlu Elçibəyi 8 yaşında itirib. Millət vəkilinin oğlu 2000-ci ildə dayısı Mahir Mirzəyevlə birgə hamamda çimərkən dəm qazından boğulub və hər ikisi dünyasını dəyişib.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov da övlad acısı yaşayan siyasətçilərdəndir. YAP-ın quruclarından olan E.İbrahimovun oğlu 10 il öncə, avtomobil qəzasında həlak olub. Mərhum İran səfirliyində çalışırdı.

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı beş ay bundan öncə vəfat edib. Bir neçə il öncə ailə quran və Rusiyanın Tomsk şəhərinə köçən Nərgiz Yaqublu doğuş zamanı dünyasını dəyişib. Dünyaya gətirdiyi körpənin həyatını xilas etmək mümkün olsa da, Nərgizi həyata qurtarmaq mümkün olmayıb.

Dörd ay öncə vəfat edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadənin oğlu Murad Quluzadə 2010-cu ildə gözlərini əbədi yumub. Deyilənə görə, qan xərçəngindən əziyyət çəkən 36 yaşlı oğlunun ölümü V.Quluzadə üçün gözənilməz olub və bundan sonra onda kəskin ürək ağrıları yaranıb. O, bu ilin may ayının 2-də qəflətən vəfat edib.

AXCP Ali Məclisin sədri Həsən Kərimovun bir ayın içində iki gənc oğlu dünyadan köçüb. Kiçik oğlu İftixar Kərimovun ardınca böyük oğlu Rəşad Kərimov ürək tutmasından dünyasını dəyişib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar