Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan şirkəti Ukraynada yol çəkəcək


Azərbaycanın “AzVirt” yol-tikinti şirkəti Ukraynada yol və infrastruktur obyektləri inşa etməyi planlaşdırır


Ukraynanın “Ekonomiçeskiye izvestiya” nəşri xəbər verir ki, “Azvirt” MMC-nin baş direktoru Kamil Əliyev bunu xarici jurnalistlərə müsahibəsində bəyan edib. 

O deyib: “Fəaliyyətimizin təməlində gördüyümüz işlərin keyfiyyəti və çox sərt nəzarət sistemi dayanır. İxtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetiririk. Əməkdaşlarımız peşəkarlıqlarını artırmaq üçün müntəzəm olaraq xarici ölkələrdə treninq keçirlər”.

Azərbaycanda həyata keçirilən iri layihələri – Bakı, Gəncə, Lənkəran, ZaqatalaQəbələdə strateji magistral yollarının, Bakıda Formula 1 üçün trasın tikintisini xatırladan şirkətin rəhbəri deyib: “1999-cu ildə yeni Bakı aerovağzalı üçün estakada inşa edilib, aeroportda kompleks işlər aparılır. Paytaxtın küçə və prospektlərinin əsaslı təmir olunması sahəsində zəngin təcrübəmiz var. 2002-2003-cü illərdə Səngəçal terminalında daxili yollar çəkmişik. 2006-cı ildə “Böyük İpək Yolu” layihəsi çərçivəsində Şəmkir-Qazax yolunun yenidən qurulmasını başa çatdırmışıq. Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları, perronlar və digər təyyarə meydanları inşa etmişik.

Yol tikintisi sahəsində ixtisaslaşan şirkət 2012-ci ildən başlayaraq bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində yollar inşa etməklə, beynəlxalq səviyyədə fəaliyyətinin coğrafiyasını fəal surətdə genişləndirməyə başlayıb. “AzVirt” Serbiyada drenaj-leysan sistemləri ilə təchiz edilmiş yüksək keyfiyyətli yol çəkib. Bu yol Belqraddan Cənubi Adriatik avtomobil yolunadək uzanan magistral yolun bir hissəsidir. 2016-cı il noyabrın 10-da yolun açılış mərasimində Serbiyanın o vaxtkı baş naziri, indiki Prezidenti Aleksandr Vuçiç iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar