Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan şəhəri kürd mərkəzinə çevrildi


Kərkük Bölgə Məclisi bölgədəki bütün rəsmi idarələrin yanında İraqla yanaşı İraq Kürd Muxtar Vilayətinin də bayrağının asılması haqqında qərar qəbul edib


Axar.az xəbər verir ki, məclisdə keçirilən səsvermə zamanı yalnız 26 kürd nümayəndə qətnamənin lehinə səs verib. 

Ərəblər və türkmanlar isə bu məsələnin müzakirəsini boykot edərək Məclisə gəlməyiblər.

İraq Prezidentinin köməkçisi Üsamə Nuceyfi yaydığı yazılı açıqlamada Kərkükdə İraq Kürd Regional Rəhbərliyi (IKBY) bayrağının asılmasını şəhərdəki milli birliyi pozmağa yönələn addım hesab etdiyini bildirib:”Bu addım Kərkükdəki milli birliyə ziddir, tərəflər arasındakı anlaşma və həmrəylik ruhu ilə ziddiyyət təşkil edir. Tək bir qrupun, yaxud partiyanın iradəsinin qəbul edilməsi, digərlərininsə şəhər rəhbərliyindəki iradə və haqqının tapdalanması qəbuledilməzdir”.

Nuceyfi sözügedən qərarın yenidən nəzərdən keçirilməsinə çağırış edib.

Qeyd edək ki, Kərkük Bölgə Məclisi 41 üzvdən təşkil olunub. Onun 26-sı kürd, 9-u türkman, 6-sı isə ərəbdir. Həm kürdlər, həm də türkmanlar Kərkükü özlərinin mədəni mərkəzi hesab edirlər. Hazırda bölgə de-yure Bağdada, de-fakto isə Ərbilə tabedir. Şəhərin kürdlərin tabeliyinə keçməsi İŞİD-in bölgəyə hücumlarından sonra başlayıb. Əməliyyatlar başa çatana qədər ərazini müdafiə edəcəyini söyləyən Ərbil buraya indiyə qədər İraq əsgərlərini buraxmır.
İraq hökumətinin 1959-cu ildə elan etdiyi son göstəricilərə görə, İraq əhalisinin təxminən 9%-ni (567,000 nəfər – red.) türkmanlar təşkil ediblər. Statistikada həmçinin Kərkük vilayətindəki əhalinin yarıdan çoxu (180,000 nəfər) türkmanlar, 1/3-i isə kürdlər olaraq göstərilib. Digər siyahıya almalarda (1977, 1987, 1997-ci illər – red.) isə tükmanlar ərəb və ya kürd kimi siyahıya alınaraq sayları qəsdən azaldılıb. Üstəlik, həm Səddam Hüseyn, həm də ondan sonrakı dönəmlərdə şəhərə kütləvi şəkildə ərəb və kürdlərin köçü təşkil edilib.

Xatırladaq ki, türkmanlar Azərbaycan türkləridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar