Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan sərhədində hər an partlayacaq atom bombası - Fotolar

“Washington Post” nəşri Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının hər an partlamağa hazır olan təhlükəsindən yazıb


Publika.az xəbər verir ki, Stefon Morellinin fotolarla assosiasiya olunmuş məqaləsi “Həyat və ölümün arasında yaşayanlar” adlanır.

Məqalədə deyilir ki, İrəvanın təxminən 30 kilometrliyində yerləşən AES regionda ciddi qorxuya səbəb olur: “Bunun ən azı iki səbəbi var: AES-in nüvə reaktoru qoruyucu qapağa malik deyil, stansiya seysmik cəhətdən təhlükəli bölgədə yerləşir, yəni zəlzələnin başvermə riski böyükdür. Stansiya 1989-cu ildə Spitak zəlzələsindən sonra bağlanıb, lakin sonradan yenə istifadə olunmağa başlanıb. “National Geographic” jurnalı “Metsamor”u dünyanın ən təhlükəli AES-i adlandırıb”.

Nəşr 22 il öncə - 1995-ci ildə “Metsamor”a həsr etdiyi məqaləni xatırladır. Həmin məqalədə deyilirdi ki, “Ermənistan enerjiyə olan ehtiyacını əsas gətirərək, AES-i yenidən istifadəyə verib. O zaman Ermənistanın 3,6 milyon əhalisinin yarıdan çoxu qışda ölkəni tərk edir, yayda yenidən geri qayıdır”.

“Washington Post” qeyd edir ki, bütün risklərə baxmayaraq, AES indiyə qədər işləyir və insanlar stansiya işçiləri üçün tikilmiş şəhərdə yaşamağa davam edirlər.

Stefon Morellin bu ilin yanvarında Metsamor şəhərinə gələrək, oradakı həyatı fotolara köçürüb.

“Şəhərdə 10 minə qədər insan sovet dövründə tikilmiş köhnə evlərdə yaşayır. Onlar sağ qalmaq və ölüm arasında mübarizə aparır”, - deyə nəşr qeyd edir.

Maraqlıdır ki, enerji istehsal edən AES-in yerləşdiyi şəhərdəki insanlar evlərini isitmək üçün odundan istifadə edir. Çünki istehsal edilən enerji başqa rayonlara gedir. O da diqqət çəkir ki, şəhərdə elektrik enerjisinə qənaət etmək üçün gecələr küçə işıqları söndürülür.

Qeyd edək ki, Naxçıvanın 50 kilometrliyində yerləşən AES bütün region üçün ölüm təhlükəsi adlandırılır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar