Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan səfiri Xorvatiya prezidentinin qəbulunda


12 yanvar 2018-ci il tarixində səfir Fəxrəddin Qurbanov etimadnaməsini Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təqdim edib


Azərbaycan XİN-dən AzVision.az-a verilən xəbərə görə, rəsmi təqdimetmə mərasimindən sonra keçirilmiş görüş zamanı F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Prezident K.Grabar-Kitaroviçə çatdıraraq, ona tapşırılmış məsuliyyətli vəzifədə iki ölkə arasında strateji səviyyədə olan əlaqələrin yüksələn xətlə inkişafı üçün çalışacağını bildirdi. 

Səfir F.Qurbanov Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edərək, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Xorvatiyanın dəstəyini xahiş etdi. F.Qurbanov 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula1 və digər bu qəbildən olan beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycanın Ümumdünya EXPO-2025 kimi mötəbər və nüfuzlu tədbirə sahiblik etmək üçün lazım olan təcrübəyə malik olduğunu vurğuladı. 

Bununla yanaşı qeyd olundu ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar Xorvatiyada da bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Səfir F.Qurbanov əlavə olaraq diqqətə çatdırdı ki, Zaqreb şəhərində Azərbaycan yazıçısı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva tərəfindən ekranlaşdırılan “Əli və Nino” filmi nümayiş etdirilmiş və xorvat tamaşaçıları tərəfindən maraqla qarşılanmışdır. Sonda Səfir “Əli və Nino” kitabının xorvat dilinə tərcümə olunmuş nüsxəsini Prezident K.Grabar-Kitaroviçə təqdim etdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar