Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 6 qırıcı və 106 nəfərlik şəxsi heyət Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konyada “TURAZ Şahini-2015” adlı təlimlərdə iştirak edəcək
"Trend"-in Türkiyənin "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, hərbi hava təlimlərində MiQ-29 və F-16 qırıcı təyyarələri iştirak edəcək.
Hərbi təlimlərin bu gündən başlayaraq aprelin 2-dək davam edəcəyi bildirilir.
pia.az