Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan qazından əldə olunan pullar Fətullah Gülənin kassasına gedir


Türkiyə mətbuatı Fətullah Gülənin Azərbaycandakı əlaqələri ilə bağlı yeni məlumatlar yayıb.


Virtualaz.org saytı türk nəşrlərinə istinadən bildirir ki, Ərdoğan hökumətinə müxalif olan “Aydınlıq” adlı jurnalın yazdığına görə, “F tipli hörgütün” (Fətullah Gülənin şəbəkəsinə verilən ad-red.) əsas maliyyə mənbələrindən biri Azərbaycan üzərində enerji yatırımlarıdır.

Məqalədə iddia edilir ki, fətullahçı şəbəkə AKP iqtidarı dövründə gücləndirilən “AKFEL Enerco” adlı şirkətin Azərbaycandakı bağlantıları vasitəsilə ciddi maliyyə transferləri alır. Jurnal yazır ki, fətullahçı şəbəkənin Azərbaycandakı güclü strukturunun təməlində bu ölkənin enerji potensialı dayanır.

Yazıda o da bildirilir ki, “AKFEL Enerco” şirkətinin sahibi Fatih Baltaçı Fətullah Gülənə sıx bağlı şəxsdir. Türkiyə ictimaiyyəti onun barəsində o qədər də məlumatlı deyil. Bir müddət TUSKON-un rəhbərliyində də yer alan Fatih Baltaçının şirkəti Türkiyədə təbii qazın topdan satışında inhisarçıya çevrilib. Söhbət AzərbaycanRusiyadan idxal edilən təbii qazdan gedir.

AKP hakimiyyətindən əvvəl adi mühəndis işləyən və heç bir kapitala malik olmayan Baltaçı Ərdoğanın hakimiyyətə gəlişindən sonra sürətlə varlanaraq enerji sektorunda mühüm mövqelər qazanmağa başlayıb. 2004-cü ildə o, “AKFEL Enerco” şirkətini 1 milyon türk lirəsi sərmayə ilə qurub. Dövlət enerji şirkətləri İGDAŞ və BOTAŞ-ın elan etdiyi tenderləri bu şirkət udub.

“AKFEÇL Enerco” daha sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ortaqlıq qurub, Azərbaycan qazından əldə etdiyi gəlirlərin önəmli hissəsini Fətullah Gülənin kassasına ötürüb.

Ötən ilin dekabrından Fətullah Gülənlə Ərdoğan arasında müharibə açıq müstəviyə keçəndən sonra Fatih Baltaçı ortalarda görünümür və sükuta üstünlük verir. Bununla belə AKP mediası onun adını bir neçə dəfə “paralel örgütün əsas maliyyə qaynaqlarından biri” kimi təqdim edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar