Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan prezidenti iyulda Fransaya səfər edəcək

Fransa XİN başçısı: "İki ölkə arasında münasibətlər çox yaxşıdır"


"Azərbaycan  və Fransa arasında mövcud siyasi dialoq intensivdir".
 
Bunu  Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan - Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılışında çıxışı zamanı bildirib.
 
Fransalı nazir deyib ki, iki ölkə  arasında münasibətlər çox yaxşıdır: "Müstəqilliyin lap ilkin anlarından Fransa Azərbaycanın yanında olub. UFAZ-ın yaradılmasında göstərilən qətiyyətli təşəbbüsə görə çox şadam. Bu cür layihənin davam etdirilməsində Fransa bundan sonra da səylər göstərəcək. Bu, bizim əməkdaşlığın keyfiyyətinin rəmzidir. Bundan başqa, deyə bilərəm ki, kosmos sahəsində Azərbaycan və Fransa əməkdaşlığının gələcək perspektivləri var".
 
Jan-İv Lö Drian qeyd edib ki, bu il iyulun sonunda prezident İlham Əliyevin Parisə səfəri gözlənilir: " Bu gün prezident İlham Əliyevlə görüşdə də bunu müzakirə etdik".(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar