Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan poloçuları Dünya Kubokunun finalında

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində arena polo üzrə VI Dünya Kubokunu davam edir


Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışda bu gün növbəti oyunlar baş tutub.
 
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunan turnirdə öncə Almaniyanın “Rhein Polo Club Düsseldorf” (“Altun 97”) və Hindistanın “İndian Polo & Riding Club New Delhi” (“Bot”) klubları güclərini yoxlayıblar. İrlandlara 8:5 hesabı ilə qalib gələn “Altun 97” bu dəfə də güclü olduğunu ortaya qoyub. Almanlar 1 gün öncə Azərbaycanın "PaşaBank" klubuna 6,5:7 hesabı ilə uduzan "Bot"u 9:3 hesabı ilə məğlub ediblər. Bu qələbə "Altun 97"ni finala yüksəldib.
 
REKLAM

facebook.com
Daha ətraflı
Native Video by Adributor

Onların həlledici matçda rəqibi Azərbaycanın “Elite Horse & Polo Club” (“PaşaBank”) və “Polo Club Wicklow” (“Palladium”, İrlandiya) klubları arasında baş tutan görüşdə bəlli olub. Matç təmsilçimizin üstünlüyü ilə başlayıb. İlk hissədə rəqib qapısına 2 dəfə yol tapan poloçularımız ikinci yarıda daha gözəl oyun nümayiş etdiriblər və fərqi 6 topa çatdırıblar.
 
Növbəti 12 dəqiqədə məğlubiyyətlə barışmaq istəməyən “Palladium” irəli atılıb və üçüncü hissədə hesabı 1:6 edib. Son yarı da rəqibin üstünlüyü ilə keçib. Onlar daha 2 dəfə fərqlənsələr də, qalıb tərəf  “Paşabank" olub - 6:3.
 
Festivala və VI dəfə keçirilən Dünya Kubokuna isə sabah yekun vurulacaq. Öncə "Bot"la “Palladium” 3-cü yerin sahibi müəyyənləşdirəcək. Ardınca isə final görüşündə "Altun 97" ilə "PaşaBank" üz-üzə gələcək.
 
Qeyd edək ki, iyunun 2-dən başlayan və 4 müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalında bunadək cıdır, çövkən və konkur növləri üzrə yarışlar da təşkil olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar