Xəbər xətti

23 YANVAR

11:46 Teleqüllə yaxınlığında yeni çatlar yaranıb

11:41 Azərbaycan “Dünyanın ən yaxşı ölkələri” nin siyahısında 5 pillə irəliləyib

11:37 Rəşt-Astara dəmir yolu layihəsinə dair müqavilə gələn ay imzalanacaq

11:32 Zidan: “Neymar hamının xoşuna gəlir”

11:27 Şakiranı həbs gözləyir

11:23 Dövlət qulluğuna təkrar sınaq imtahanı keçiriləcək

11:18 Azərbaycanda 2 məmur qəfil öldü - Adlar

11:14 Türkiyə PKK mövqelərini bombalayır

11:07 Nazarbayevin ABŞ səfəri - Rusiyanın narahatçılığı üçün əsas varmı?

11:03 Piyadalar və sürücülərə tətbiq olunan cərimələrin məbləği açıqlanıb

10:59 “Alpinistlərin axtarışları hələ nəticə verməyib” – Klub rəhbəri

10:55 Ölkənin qida təhlükəsizliyi kimlər məşğul olacaq? - Diplomsuz mütəxəsislər ilə...

10:50 Dünyanın ən nazik noutbuku təqdim edildi

10:43 SOCAR-da vitse-prezident dəyişikliyi gözlənilir: Vasif Əmirov Rəhman Qurbanovu əvəzləyəcək?

10:39 Ukrayna Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatını boykot etməyə çağırıb

10:34 Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilir

10:30 Çavuşoğlu: “ABŞ terrorçuların dili ilə danışır”

10:25 Bakıda toy yasa döndü

10:25 Mikayıl Cabbarov nazirliyə “Naz-Lifan” la gəlir

10:20 Putinin yaxın ətrafı dilemma qarşısında

10:16 Metrodan istifadə edənlərin sayı artıb

10:12 Afrin əməliyyatı - kiçik ərazidə oynanan böyük oyun

10:08 Ermənilər 4 rayonumuzu atəşə tutdu

10:04 “Zeytun budağı” əməliyyatında ilk şəhid

10:00 Dollar və manatın bugünkü məzənnəsi

9:57 Ermənistanda prezident - baş nazir qarşıdurması baş verə bilər

9:53 Hollivudun ən yaşlı aktrisası 106 yaşında vəfat edib

9:50 Tramp hökumətin işini iki həftə uzadıb

9:47 Ötən gün Azərbaycanda 108 cinayət faktı qeydə alınıb

9:44 Erməni mətbuatı ölkənin baş nazirini biabır etdi

9:40 Neft bahalaşdı

9:37 SSRİ-ni Qorbaçov, yoxsa xalq cəbhələri dağıdıb?

9:34 Bakıdan Tehrana böyük yaxşılıq - İrəvana bəd xəbər

9:30 Bu gün Davos Forumu başlayır

9:27 İlham Şaban: “Neftin qiyməti 50 dollardan aşağı düşməyəcək”

9:23 Xaləddin İsgəndərov Biləcəri sakinlərini ayağa qaldırdı

9:20 Alpinistlər tapılana qədər axtarılacaq

9:17 “Vətəndaşların siyasətçilərə inamı itib” - AŞ PA-nın yeni prezidenti

9:14 Körpəni xəstəxanaya qoyub qaçdılar - Sumqayıtda

9:07 Atalarının başını yeyən harın məmur övladları -bizdə və xaricdə

9:03 Səməd Seyidov yenidən vitse-prezident seçildi

9:00 Yanacaq və tütün məmulatlarına tətbiq edilən vergilər artdı

0:47 Gürcüstan Qış Olimpiadasını keçirmək istəyir

0:34 Kliniki ölümün sirri açılır: Yeni təcrübə…

0:21 Eyzenşteynin evliliyinin sirri: O, nəyi gizlədirdi?

0:11 Coli Breddən ayrılma səbəbini açıqladı - ilk dəfə

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 YANVAR

23:59 Kolumbiyada iki ağır yol qəzası baş verib: 18 ölü, 14 yaralı

23:54 Yaxın keçmişini bilməyən gənclər - kimi qınayaq...

23:48 Sumqayıt sakini özünü 16-cı mərtəbədən atmaq istədi

23:43 “Ola bilər ki, heç gəlməyim, deyib sağollaşdı” – “Aprel şəhidi”nin xanımı

23:37 İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb

23:30 Azərbaycanda hostel biznesinə maraq artıb

23:24 Bəkir Bozdağ: “Bu kimi xəbərlər qara təbliğatdır”

23:16 Azərbaycan Avropa Şurasını qınadı - Ermənistana görə

23:09 ABŞ Türkiyənin Suriyada təhlükəsizlik zonası yaradacağına ümid edir

23:01 Trampın Davosa səfəri sual altındadır

22:54 Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

22:46 Damla tənqid olunan fotosu haqqında: “Reklam hanı?”

22:39 Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

22:31 Bakıda toy yasa döndü

22:23 “Hər 2 gündə dünyada bir yeni milyarder yaranır” - “Oxfam”

22:15 Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən ölüb

22:07 ABŞ-ın “terror torbası”: Türkiyə “Zeytun budağı” ilə onu yırtmağa çalışır

21:59 Prezident Vahid Ələkbərovla görüşüb - Foto

21:53 Yaponiya güclü qar fırtınasına təslim oldu - 250 reys təxirə salındı

21:47 Bakının bu hissəsində dayanacaqların yerlərinin dəyişdirilməsi təklif olunur

21:40 Koreyada hərbçilərin sayı və xidmət müddəti azaldılacaq

21:33 Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti dayandırılıb

21:26 Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

21:19 İlham Əliyev Davosda mühüm görüşlər keçirdi - Yenilənib

21:12 Yaqland Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib

21:10 Əsgəran-Ağdam istiqamətindəki hərbi hissədə işgəncələr və...

21:02 Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

20:55 İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

20:48 “Neftçi” böyük hesabla məğlub oldu

20:40 Beşiyində külə dönən körpə: Biləcəridə baş verən yanğın hamını ağlatdı

20:32 Vəkilliyə namizədlər üçün imtahana “buraxılış vərəqələri”nin çapına başlanıldı

20:24 Rusiyada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan oluna bilər

20:16 İngiltərə XİN başçısı: “Türkiyə haqlıdır”

20:09 Çayxanada dəhşət: tanışını qaynar su ilə yandırdı

20:00 Putinin seçkidə səlahiyyətli nümayəndələri arasında azərbaycanlı da var

19:53 Ermənistanın Müdafiə Nazirliyi çöküb

19:46 2017-ci ildə 2878 şəxs həbs olunub

19:39 “Türkiyənin terrorla mübarizə hüququnu tanıyırıq” - ABŞ dövlət katibi

19:31 AŞ baş katibi Azərbaycanda haqqında müsbət rəy verdi

19:23 Azərbaycandan çıxışına blok qoyulan şəxslərin sayı açıqlandı

19:15 Çavuşoğlu Tillersonla görüşəcək - Afrinlə bağlı kritik görüşmə

19:07 Əməliyyat Qərargahı alpinistlərin axtarışı ilə bağlı yeni məlumat yaydı

18:59 Yığmamızın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:52 Elzanın bacısı: “Vaxt gələcək onu dahi şair kimi qəbul edəcəklər”

18:46 Vergilər Nazirliyi Mübariz Mənsimovun işini araşdırır

18:44 “Rusiya kürdlərə Afrini Əsədin nəzarətinə verməyi təklif edib” - PYD nümayəndəsi

18:36 Gəncədə 80 yaşlı kişi intihar edib

18:29 Ötən il 30 min adam saxlanılıb - 3 mini dilənçidir

18:20 Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

18:12 Kərə yağının gömrük rüsumu azaldıldı… - Qiymətlər yenə düşmədi

18:05 Azərbaycana qanunsuz miqrasiya təşkil edən 15 nəfər saxlanılıb

17:38 Türkiyə və ASO vuruldu: 3 ölü, 15 yaralı

17:22 Bakıda itkin düşən qız tapılıb

17:10 Ərdoğan: “Afrindəki kürdlər bizə təşəkkür edəcəklər”

16:51 Tanınmış alim vəfat etdi

16:42 Rusiya Myanmaya 6 Su-30 qırıcısı verəcək

16:22 Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

16:11 Qaxda canavarlar fermaya hücum edib, 37 qoyunu parçalayıb

15:57 Ərdoğan: “Afrindən geri çəkilməyəcəyik”

15:51 Bakıda İran vətəndaşının meyiti tapılıb

15:45 Ötən il 38,7 milyon ton neft hasil olunub – SOCAR

15:09 Azərbaycanın lüğət davası: Dilçilik İnstitutu quyuya bir daş atıb...

15:01 AŞPA-nın yeni prezidenti seçildi

14:47 Roma Papasına 350 kiloqramlıq heykəl bağışladılar

14:37 Nardaranda 15 hektarlıq torpağa kim göz dikib?

14:26 “ZEYTUN BUDAĞI” əməliyyatının daha bir sirri :Rusiya-Türkiyə qaz sazişi

14:18 Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

14:05 Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı

13:52 Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

13:28 AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək

13:22 Saratovda ov iti sahibini güllələyərək öldürüb

13:06 Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab

13:04 BMT Təhlükəsizlik Şurasındakı Afrin müzakirələrində Rusiya Türkiyəni müdafiə edəcək?



SİYASƏT

...

Azərbaycan parlamentindən Gürcüstan hökumətinə sərt təpkilər

Tarix 30.12.17, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


Tiflisin işğalçı Ermənistana nəqliyyat dəhlizi açmaq niyyəti Milli Məclisdə kəskin etirazlara səbəb oldu; payız sessiyası bitdi, deputatlar qış tətilinə çıxdılar


Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirildi.

 Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə cari məsələlər ətrafında çıxışlar oldu. Bu zaman deputatlar Gürcüstanın Azərbaycanın maraqlarına zidd olaraq işğalçı Ermənistana nəqliyyat dəhlizi açmaq niyyətinə sərt şəkildə etirazlarını bildirdilər.

“Bu günlərdə Gürcüstanın baş naziri Azərbaycanın mənafeyinə uyğun olmayan bəyanatla çıxış etdi, Abxaziya və Osetiya üzərindən Ermənistana yol verilməsinin mümkünlüyünü dilə gətirdi. Bu, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirən haldır”.

Deputat Fərəc Quliyev bunu Milli Məclisin hazırda davam edən plenar iclasındakı çıxışı zamanı söylədi. O xatırlatdı ki, Gürcüstan-Rusiya müharibəsində Gürcüstanda yaşayan Azərbaycan türkləri birmənalı şəkildə Tiflisi dəstəkləyib: “Amma Cavaxetiya erməniləri fərqli davrandılar. Hətta ermənilər Abxaziyanı ”Kiçik Ermənistan" adlandırdılar. Bunu bilə-bilə Ermənistana dəstək vermək, Azərbaycana qarşı xəyanətdir. Bu məsələlər və Gürcüstana edilən güzəştlər gündəmə gətirilməlidir. Dostluq qrupları hərəkətə keçməli, Gürcüstana xəbərdarlıq olunmalıdır. Bu hərəkətin dərhal Gürcüstan tərəfindən izahatı olmalıdır. Bəyan olunmalıdır ki, əgər onlar ermənilərə dəstək verəcəklərsə, Azərbaycanla münasibətlər bu qaydada davam edə bilməz".

Deputat Qüdrət Həsənquliyev də Gürcüstan-Ermənistan münasibətlərinə kəskin reaksiya verdi: “Bir neçə il əvvəl Gürcüstan parlamentinin sədri olan Nino Burcanadzenin beynəlxalq tədbirdəki çıxışını xatırlayıram. O 2008-ci ildə Rusiya ilə müharibədən danışarkən bircə kəlmə demədi ki, Gürcüstanı qışın soyuğunda donmaqdan kim xilas etdi. Çünki Azərbaycan ləyaqət nümayiş etdirərək Gürcüstana yardım əlini uzatmışdı. Bizim rayonlarda camaat odun yandırırdı, amma qazı kəsib qonşu ölkəyə verirdik. Biz o zaman öz ləyaqətimizi nümayiş etdirdik. Amma o tədbirdə Kosova modelinin postsovet ölkələrinə tətbiq olunub-olunmaması barədə sualın cavabında dedi ki, Kosova variantı nə Moldova, nə Kosovaya tətbiq oluna bilməz, amma Qarabağın adını çəkmədi. Bu, Gürcüstan hakimiyyətinin Azərbaycana münasibəti idi. Hansı ki, 2008-ci ildə Azərbaycan Gürcüstanı müdafiə etdi, ticarət dövriyyəsində Azərbaycan Gürcüstanın 4-cü tərəfdaşıdır, həmçinin Gürcüstana ən çox investisiya qoyan ölkədir. Gürcüstanın səfiri dəvət olunmalıdır, deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. İki işğalçı dövlət arasında sən əlaqə yaradırsan, özü də bunu Azərbaycana qarşı edirsən. Azərbacan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. Biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş vermir. İşğal olunmuş torpaqlar üzərindən dəmir yolu açmaq istəyirlər”.

Spiker Oqtay Əsədov “yəni bu, o deməkdir ki, Azərbaycan Dağlıq Qarabağdan özünə xətt çəkir”-deyə, əlavə etdi.



Deputat Rasim Musabəyov da dedi ki, Tiflisin hərəkəti təəccüb doğurur: “Əslində burada Gürcüstanın maraqlarının müdafiəsindən söhbət getmir. Rusiya Gürcüstanın ərazilərini işğalda saxlayır. Ermənistan Gürcüstanın ərazi bütövlüyünün əleyhinə çıxır. İndi bunlar üçün yol açması Gürcüstana heç bir fayda vermir. Bu gün Bakı, Tiflis və Ankara arasındakı birlik modelinin dağılması modeli ortada var, bu məsələ də ona görə ortaya çıxarılıb. Çalışmaq lazımdır ki, bizim müttəfiqliyimizə xələl gəlməsin. Biz müttəfiqik, ancaq mövcud narahatlıqları bölüşməliyik”.

Parlamentin sədri O.Əsədov da dedi ki, gürcü ekspertlər özləri də Azərbaycanla strateji müttəfiqliyə zidd addım atılmasının yolverilməzliyi barədə açıqlamalar verdiyini xatırlatdı: “Ola bilər ki, Gürcüstanda kimlərsə bizim münasibətlərimizi pozmaq istəyir. Amma inanmıram ki, gürcü hakimiyyəti belə bir addım atsın. Biz Qarsa dəmir yolu çəkmişik, Gürcüstan da bu dəmir yolu layihəsindən bəhrələnir. Biz tapşırarıq dostluq qrupu da məsələni araşdırar, görək nə məsələdir”.

Deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Əflatun Amaşov dedi ki, Gürcüstanın öz milli maraqlarına zidd olaraq belə bir addım atacağına inanmır: “Belə olarsa, Gürcüstan ondan zorla qopardılmış, işğal edilmiş Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımış olacaq. Gürcüstan yaxşı bilir ki, belə bir addım özünün strateji tərəfdaşı olan Azərbaycanın da milli maraqlarına ziddir. Çünki alternativ dəhlizlərdən daha çox işğalçı Ermənistan faydalanacaq. Bu da işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Onu da deyim ki, alternativ dəhliz dedikdə əsasən Abxaziyadan keçən dəmir yolu nəzərdə tutulur. Kim təminat verə bilər ki, belə bir gərgin zamanda həmin yoldan işğalçı Ermənistana, Dağlıq Qarabağın separatçı rejiminə silah-sursat daşınmayacaq?” Ə.Amaşov dedi ki, məsələyə həssas yanaşmalıyıq: “Gürcüstan hər baxımdan bizə çox yaxın ölkədir. Bunları nəzərə alıb Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun adından millət vəkillərimizin bu narahatlığını Gürcüstan parlamentinə, əsasən də Gürcüstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərinə çatdıracağıq”.

Deputat Tahir Kərimli də etirazını bildirdi.

Deputat Musa Qasımlı isə bu məsələyə soyuqqanlı yanaşmağı vacib saydı: “Gürcüstanda heç də hamı dəmir yolunun açılmasının tərəfdarı deyil. Əksəriyyət bilir ki, Baqramyan batalyonu Gürcüstana qarşı döyüşərkən Gürcüstanda yaşayan azərbaycanlılar yaşadıqları ölkənin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşüb”.

Musa Qasımlı həmçinin telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarımızı, dahi yazıçılarımızı və tarixi abidələrimizi şübhə altına alan verilişlər verməkdə ittiham etdi. O, telekanal və media rəhbərlərini bu məsələdə məsuliyyətli olmağa və onları Azərbaycanın milli maraqlarına zərbə vurmamağa çağırdı.



Spiker Oqtay Əsədov Rusiyadakı soydaşlarımızla bağlı iradını söylədi: “Rusiyada yaşayan, işləyən azərbaycanlıların sayı kifayət qədər çoxdur. Amma hansı televiziya kanalı açırsan, verilişlərdə ermənilər iştirak edir”. Sədr bildirdi ki, azərbaycanlılar həmin verilişlərdə iştirak etməlidir: “Hansı insan təşəbbüs göstərir, o debatlara qatılır? Onların qarşısını alan yoxdur ki? Bizim zəifliyimiz bundadır”.

Deputat Elmira Axundova yol nişanları və ötürücülərdən şikayətləndi: “Yollarda olan lövhələrin çoxu köhnədir, az qala sovet dövründən qalmadır. Avropada təkbaşına səyahət edən turist heç bir çətinlik çəkmir. Bu, çox ciddi problemdir, müasir yollarımız yol ötürücüləri ilə də təchiz edilməlidir”.

Deputat Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsi məsələsini qaldırdı. Deputat bildirdi ki, bir qrup fiziki imkanları məhdud şəxslərlə onlar üçün keçirilən bayram tədbirində görüşüb: “Orda iştirak edən və ödənişli ali təhsil alan fiziki imkanları məhdud gənclər, əlillərin hüquqlarının müdafiəsi və problemləri ilə məşğul olan təşkilatların rəsmiləri ödənişli ali təhsil alan əlillərin təhsil haqqından azad edilməsini xahiş ediblər. Fiziki imkanları məhdud gənclərimiz Milli Məclisdə bu məsələyə qısa zamanda baxılmasını və onların ödənişli ali təhsildən azad olunması  məsələsinin qısa zamanda öz həllini tapmasını gözləyirlər. Bu, onlar üçün çox böyük dəstək olar. Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqının ödənişi dövlət vəsaiti hesabına həyata keçirilsin”.

Milli Məclis “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyərkən çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra rayonların icra başçılarının sahibkarlara qarşı qanunsuz hərəkətlərindən, onların sahibkarlığın inkişafına əngəl olmasından bəhs etdi: “Çox təəssüf ki, bəzi icra başçıları sahibkarları incitməkdə davam edir. Bayramqabağı olduğundan mən ad çəkmirəm. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olur. İcra başçıları xüsusi ilə kiçik sahibkarlardan aldıqları tikinti materialları və digər malların dəyərini ödəmir. Biz həmin icra başçıları ilə telefon əlaqəsi yaratmaq istəsək də, onlar zəngə cavab vermirlər”. Q.Həsənquliyev ləğv prosesi həyata keçirilən bankların girovluğunda olan əmlaklarla bağlı konkret misal çəkib və sahibkarların incidildiyini söylədi: “Bir sahibkar ləğvetmə prosesində olan ”Zaminbank" vasitəsi ilə Sahibkarlığa Komək Milli Fondundan kredit alıb. Bank bağlanandan sonra yerdə qalan vəsaiti tam olaraq sözügedən Fonda ödəyib. Sahibkarlığa Kömək Milli Fondu da borcun tamamilə ödənildiyi barədə sahibkara arayış verib. Amma digər müvafiq qurumlar sahibkarın əmlakının girovluqdan çıxarılması üçün arayış vermir. Məsələn, Əmanətlərin Sığortalanması Fondundan sahibkara deyiblər ki, siz vəsaiti özbaşına qaytarmısız. Deyirlər ki, siz niyə vəsaiti Sahibkarlığa Kömək Milli fonduna qaytarmısınız? Fonddan bildirilib ki, bu bankla vəziyyət aydınlaşdırandan sonra sizə vəsaiti hara ödəyəcəyinizi deyəcəkdik". Deputat sahibkarlığın inkişafını əngəlləyən bu cür halların aradan qaldırılmasını istədi.

Spiker iclasın gedişində deputatlarla parlament  jurnalistlərinin futbol oyunundan da bəhs etdi. “Fürsətdən istifadə edib sizi qalib gəlməyiniz münasibətilə təbrik edirəm. Həmişə qalib gələsiniz”-deyə, spiker deputatlara xitab etdi. Deputatlarsa sədrin təbrikini alqışlarla qarşıladılar.

Deputat Zahid Oruc prezidentin Tərtər bölgəsində səfərinin əhəmiyyətindən bəhs etməklə yanaşı, ermənilərin Qarabağa köçürülməsinə həsr olunmuş abidənin bərpa olunmasını da təqdir etdi. Bildirdi ki, 1978-ci ildə qoyulmuş bu abidə ermənilərin ərazilərimizə 150 il əvvəl köçürüldüyünü sübuta yetirir. Ancaq deputat “Marağa-150"-nin qarşısına gedənlər arasında heç olmasa 3-4 ermənini aparmaq lazımdır”-deyə, təklif verdi.

İclasda çıxış edən deputat Fazil Mustafa bildirdi ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olsa da, bir sıra məsələlərdə problemlər qalmaqdadır. Xatırlatdı ki, xüsusən də, sahibkarlıq sahəsində mövcud problemlərin bəziləri bu il də həllini tapmadı: “Sahibkarlar vəsaitlərin banklardan çıxarılmasına yaradılan məhdudlaşdırmada ciddi problemlər yaşayırlar. Bu gün sahibkarlarımızı ən çox narahat edən məsələ budur. Məhdudlaşdırmanın süni şəkildə qoyulması iqtisadiyyatımıza mənfi təsir göstərə bilər. Beynəlxalq Bank məsələsi kimi hal yenidən gündəmə gələcəksə, insanlara hansı cavab vermək istiqamətində düşünməliyik”.

F.Mustafa həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı görülən işlərin də qanedici olmadığını dedi: “May ayında Cümhuriyyətin 100 ili tamam olacaq, ancaq hələ də, ensiklopedik kitablar çap olunmayıb və ya hər hansı film çəkilməyib. Dövlət başçısı üzərinə düşən işi yerinə yetirdi, lakin aididyyatı qurumlardan eyni diqqəti görmədik. Növbəti ildə bu məsələyə xüsusi diqqət göstərilməsini istərdik”.

Spiker Oqtay Əsədov bildirdi ki, cənab prezident sərəncam verib, aidiyyəti qurumlar üzərinə düşən vəzifəni yerinə yetirir. “İyun ayının 10-a qədər parlamentin 100 illik yubileyi keçiriləcək”.

Milli Məclis “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərara dəyişiklik etdi. Layihə barədə çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov bildirdi ki, 2000-ci ildə qəbul olunmuş qərarla bizim Silahlı Qüvvələrimizin 4  taqımı Əfqanıstanda xidmət keçir. Ancaq referendum keçiriləndən sonra bu qərara texniki düzəliş etmək lazım gəlib. Belə ki, yeni redaktəyə əsasən, Əfqanıstanda xidmət keçən şəxsi heyət Silahlı Qüvvələrin deyil, Azərbaycan ordusunun şəxsi heyəti kimi təqdim olunacaq.  Həmçinin digər dəyişikliyə görə, “4 taqım” əvəzinə, “kontingent” sözü yazılacaq. “Çünki kontingent daha geniş anlam kəsb edir. Gələcəkdə şəxsi heyətin sayı artırıla da bilər”-Z.Əsgərov dedi.

Deputat Fuad Muradov bəzi iradlara diqqət çəkdi: “Düzdür, hərdən sosial şəbəkələrdə Milli Məclisin deputatları haqqında müəyyən söz-söhbətlər olur. Bizim də işimiz ondan ibarət olmalıdır ki, ölkədə gedən islahatları dəstəkləməliyik. Bunu sadə insanlara da çatdırmalıyıq”.

Daha sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Birinci vitse-spiker Ziyafət Əsgərov dedi ki, 5 fəsil, 16 maddədən ibarət olan qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Z.Əsgərov bir sıra təkliflərin nəzərə alındığını dedi və qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Parlament gündəlikdəki məsələlərin müzakirəsi və qəbulundan sonra Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik mətnini qəbul etdi. Təbrik mətnini deputat Məlahət İbrahımqızı təqdim etdi.

Spiker Oqtay Əsədov payız sessiyasını yekunlaşdırarkən deyib ki, il ərzində keçirilən 24 iclasda 472 qanun və qərar qəbul edilib. Həmçinin beynəlxalq təşkilatların xətti ilə Milli Məclis 5 beynəlxalq tədbir keçirb. Spiker Prezidentə, Birinci vitse-prezidentə, media nümayəndələrinə və xalqa  bayram təbriklərini çatdırdı. Dövlət Himninin oxunmasından sonra sessiya başa çatdı və deputatlar tətilə çıxdılar. (musavat.com)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

Erməni mətbuatı ölkənin baş nazirini biabır etdi

bitmap-img3

Rakurs

SOCAR-da vitse-prezident dəyişikliyi gözlənilir: Vasif Əmirov Rəhman Qurbanovu əvəzləyəcək?

bitmap-img3

Seçmələr

Bəzi müəllimlərin maaşı 2 dəfə artırıldı - Sərəncam

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru