Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan özünün daxili internet şəbəkəsini yaradacaq


İnternetdən istifadə ilə bağlı yeniliklər olacaq


Bu yenilik “Azdatakom” şəbəkəsi imkanları əsasında yaradılacaq. Həmin şəbəkə üzərində daxili lokal şəbəkənin həyata keçirilməsi planlaşdırılır. Bu yeniliyi istifadəçilər də hiss edəcək.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin baş məsləhətçisi Kamal Məmmədov Publika.az-a açıqlamasında bu yeniliyin üstünlükləri barədə məlumat verib.
 
“Bu gün hər hansı provayderin istifadəçisi digər bir provayderin kontentindən istifadə etmək üçün qlobal şəbəkəyə çıxır. Halbuki hər iki provayder kontenti Azərbaycanın daxilindədir. Bu imkanlar ölkə daxilində olsa,  qlobal şəbəkəyə qoşulmağa ehtiyac olmayacaq.  Bu həm də trafik yüklənməsinin qarşısını almaq üçün lokal kontentdən istifadəyə imkan verəcək. Bunun üçün provayderlərin lokal şəbəkəsi vasitəsilə yaradılmış xidmətdən istifadə etmək mümkün olacaq”.
 
K.Məmmədov ayrı-ayrı istifadəçilərin internetə giriş sürətində bu dəyişikliyi  hiss edəcəklərini deyib.
 
“Məsələn, bu gün istifadəçilər bir dəfə tıklamaqla “Google”un xidmətindən rahatlıqla istifadə edirlər. Çünki bu şirkətin Azərbaycanda serveri var. Buradan edilən müraciət  qlobal şəbəkəyə yox, daxili şəbəkəyə daxil olur. Kontent ölkə daxilində olduğuna görə, qısa zamanda informasiya əldə etmək mümkün olacaq”.
 
K.Məmmədov bildirib ki, ölkə daxilində bu sistemin qurulması üçün yetərincə imkanlar var.
 
“Bu gün ölkə ərazisi yetərincə optik şəbəkəyə malikdir. Bütün ATS, qovşaqlar optik şəbəkə üzərindədir. Yeganə məsələ bu şəbəkənin kontentləri olan provayderləri bir şəbəkədə birləşdirməkdir. Bunun üçün ortaq məxrəcə gəlmək lazımdır. Bunun üzərində iş gedir, hesab edirəm ki, ciddi problem olmayacaq. Həm də, bu yeniliyin ölkə üçün səmərəsi araşdırılmalıdır. Hələ ki, layihə müzakirə  mərhələsindədir”.
 
Baş məsləhətçi uşaqların təhlükəsiz internetdən istifadə etməsi üçün “ağ siyahı” hazırlanmasına da aydınlıq gətirib.
 
“Beynəlxalq tədbirlərdə bu məsələ dəfələrlə müzakirə edilib. Hər dəfə texniki filtirlənmədən daha çox maarifləndirmənin vacibliyi qeyd olunur. Təhlükəsiz internet günü ilə bağlı dünyada maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlərin əsasını insanlar arasında maarifləndirmə işlərinin aparılması təşkil edir. Çünki yalnız uşaqlar deyil, böyüklər də maarifləndirmənin səviyyəsi aşağı olduğuna görə, internetdə ona lazım olmayan saytlara daxil ola bilir.
 
Maarifləndirmə ilə yanaşı, texniki tənzimləmə işləri də önəmlidir. Bütün dünyada bunun üçün filtrlənmə tətbiq edilir. Uşaqların kütləvi şəkildə internetdən istifadə etdiyi məkanlar ev və məktəbdir. Lakin ölkəmizdə də bütün orta, ali təhsil müəssisələri filtrlənmiş internetdən istifadə edir. Burada yalnız pornoqrafik materiallar deyil, həmçinin onlayn-oyunlar, eksterimizm, zorakılıq təbliğ edən saytlara giriş bağlanır. Evlərdə isə valideynlər müəyyən kontentə girişə məhdudiyyət qoyula bilir. Hesab edirik ki, hazırda internet klublara maraq yüksək deyil. Bu baxımdan onlarla bağlı filtrləmə məsələsini aktual hesab etmirik. Ümumiyyətlə, qlobal filtrlənmə nəzərdə tutulmur.  Lakin internetdən təhlükəsiz istifadə ilə bağlı bəzi texniki işlər görülür. Məsələn, bir çox ölkələrdə provayderlər istifadəçilərə  filtrlənmiş internet təklif edir. Gələcəkdə ölkəmizdə də belə bir xidmətin yaradılması mümkün ola bilər. Hazırda bu məsələ ilə bağlı təkliflər müzakirə mərhələsindədir. Konkret qərar qəbul edilməyib, ona görə də konkret fikir demək mümkün deyil. Bununla bağlı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi  və Ombudsman Aparatı tərəfindən iş aparılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar