Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ordusunun şəhid olan zabiti torpağa tapşırıldı


"Müharibə üçün gərək şəhid verməyi bacarasan"


İyulun 31-dən avqust ayının 1-ə keçən gecə Qazax rayonunun Kəmərli kəndində ErmənistanAzərbaycan Ordusunun silahlı qüvvələri arasında atışma olub. Atışmada Azərbaycan Ordusunun 1977-ci  il təvəllüdlü zabiti, baş gizir İsa Almazov baş nahiyəsindən aldığı snayper atəşindən şəhid olub. 

Avqustun 1-də şəhid İsa Almazovun doğulduğu Cəfərli kəndində dəfn mərasimi keçirilib. Dəfn mərasimində ziyalılar, yerli məmurlar, N saylı hərbi hissənin komandiri, Qazax rayon icra hakimiyyəti, kənd camaatı iştirak ediblər.

Mərhumun qohumları, yaxınları onun haqqında xoş sözlər deyiblər, Azərbaycan Ordusuna xidmət etdiyi dövrdə göstərdiyi şücaətlərdən danışıblar. 

"Gecə bizə xəbər gəldi ki, düşmənlərlə döyüşəndə İsanın sağ gözündən güllə girib başının arxa tərəfindən çıxmışdır. O məndən də boylu-buxunlu, qoçaq oğlan idi. On yeddi il hərbidə qulluq edib. Əvvəl Naxçıvan MR-da xidmətdə olub. Təxminən 5 il idi ki, Qazaxa köçmüşdü. İsa özgə cür oğlan idi. Yəqin bir qoçaqlığı var idi ki, şəhid oldu, torpağa qarışdı. Murazı yeni evində balalarıyla xoşbəxt yaşamaq idi. Tikdiyi evə köçə bilmədi qardaşım", - deyə mərhumun qardaşı Musa Almazov qeyd edib.

İsa Almazovun əmisi Cəlal Mustafayev də qardaşı oğlunun şücaətlərindən söhbət açıb.

"İsa Azərbaycanımızın, Qazaxımızın ən mötəbər, igid, qanından qorxmayan oğlanlarından biri idi. On yeddi ildi respublikanın bütün döyüş bölgələrində canla, başla döyüşüb. Dünənki hadisədə də o tək başına qarşı tərəfin bir neçə postunu susdurub. Ermənistan silahlı qüvvələri İsadan o qədər narahat olublar ki, öz snayperçilərinə onu təcili surətdə aradan götürmək əmri veriblər. Ondan əvvəlki gün də bizim Əskipara dərəsində, Məzəmdə, Abbasbəylidə gedən atışmalarda iştirak edib. Biz fəxr edirik ki, bizim belə oğullarımız var, bu təhər möhkəm də vuruşurlar. Müharibədi. Əlbəttə, ölüm də olacaq, itim də olacaq. Qələbə üçün gərək şəhid verməyi bacarasan", - deyə əlavə edib

Mərhumun Azərbaycan bayrağına bükülmüş cənazəsi Cəfərli kənd qəbristlanlığına aparılıb. Qəbiristanlıqda şəhdimizin şərəfinə fəxri qaravul düzülüb. Mərhum torpağa tapşırıldıqdan sonra yaylım atəşi açılıb. 

Qeyd edək ki, İsa Almazov evli idi. Dörd övladı var. Onun əkiz qızlarının hələ bir yaşı tamam olmayıb.
Allah rəhmət eləsin. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar