Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ordusu müharibə hazırlıqlarına başladı


Silahlı Qüvvələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı; deputatdan ilginc açıqlamalar; “Ordumuz torpaqlarımızı düşməndən azad etmək üçün həmişə hazır olmalıdır”


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb.

“Genişmiqyaslı təlimlərin keçirilməsi planına uyğun həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər”.


Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Qoşunların idarə edilməsi, onların təşkili üzrə yüksək tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir.


Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.


Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar planlı tədbirlər yerinə yetirir.


“Bu təlimlərin keçirilməsi müharibəyə hazırlıqdır”. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bu təlimləri modern.az-a şərh edərkən deyib.


Deputat bildirib ki, düşmən işğal etdiyi Azərbaycan torpaqlarından geriyə çəkilmək istəmirsə, biz ordumuzu çox yüksək səviyyədə saxlamalıyıq: "Bunun üçün də vaxtaşırı olaraq təlimlər keçirilməlidir. Ordu kazarmada oturmaq üçün deyil. Ordu təlimlər və vuruşmaq üçündür".



Rasim Musabəyov deyib ki, biz müharibə şəraitində yaşayırıq və bunun üçün də təlimlərin keçirilməsi vacibdir: “Keçən il də bu təlimlər miqyası eyni idi. Builki təlimlərəin 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Bu təlimlərin keçirilməsi müharibəyə hazırlıqdır. Biz həmişə demişik ki, torpaqlarımız sülh yolu ilə azad olunmasa, ordumuzun gücü vasitəsilə torpaqlarımızı geri qaytaracağıq. Ordumuz torpaqlarımızı düşməndən azad etmək üçün həmişə hazır olmalıdır”. (musavat.com)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar