Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ordusu kiberhücumların qarşısını ala biləcək durumdadır?


Ədalət Verdiyev: “Bizim qurumlarımız kiber hücumların qarşısını almağa tam qadirdir. Hal-hazırda da qurumlarımız kiber hücumların qarşısın alırlar”


“2008-ci ildə Gürcüstan-Rusiya savaşı zamanı Gürcüstanın bütün saytlarının bir günün içində Rusiya tərəfindən dayandırılmasını, ötən ay Ukraynanın enerji sektoruna Rusiya tərəfindən müdaxilələrin olunmasını Azərbaycanın Müdafiə Nazirliyinin aidiyyatı qurumları dəyərləndirirlər”.

Məlumdur ki, artıq dünyanın aparıcı ordularında kiberordular da ayrıca və aparıcı hərbi birləşmə olaraq fəaliyyət göstərirlər. Hər nə qədər bu sahə məxvi saxlanılsa da, bir çox dövlətlər kiberordularının olduqlarını gizlətmirlər. Analitiklərin hesablamalarına görə, ən güclü kiberordu ABŞ-a məxsusdur. Bu ölkədə hər il həmən sahəyə 7 milyard dollar dövlət vəsaiti ayrılır, dövlətlə əməkdaşlıq edən hakerlərin sayı isə 9 minə çatır. Ən güclü kiberordu sıralamasında iikinci pilləyə Çini yerləşdirib. Bu ölkədə kiberorduya 1,5 milyard dollar yardım ayrılır, hakerlərin sayı isə 20 minə çatır. Üçüncü pillədə isə Böyük Britaniya gəlir. İldə 450 min dollar vəsaitin ayrıldığı kiberhücum sahəsində 2 min ingilis mütəxəssisi çalışır. Dördüncü pillədə 700 hakerlə Cənubi Koreya, beşinci pillədə isə minə yaxın hakerlə Rusiya durur.

Qeyd edək ki, kiberordunun əsas fəaliyyət sahəsi casusluq, dezinformasiya yaymaq, hərbi əməliyyatlar və müharibə şəraitində düşmənin texniki imkanlarını iflic etməklə, həmçinin düşmən iqtisadiyyatına ziyan vurmaqla əhatələnir. Bəs Azərbaycan ordusu gərəkdiyi zaman düşmən ölkələrin kiber hücumlarının qarşısını ala biləcək durumdadırmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.



Ədalət Verdiyev: “Gələcək müharibələr dənizdə, havada deyil, sırf internet məkanında, internet üzərindən olacaq”.


Kiber hücumların qarşısın alan qurumların fəaliyyətinin pərdəarxası nüansları ilə tanış olduğunu qeyd edən hərbi ekspert Ədalət Verdiyev PİA.AZ-a açıqlamasında əlavə edib ki, bu barədə Azərbaycanda narahatçılığa heç bir səbəb yoxdur:

“Əvvəla onu deyim ki, 2012-ci ilin 26 sentyabrda 708 nömrəli prezident sərəncamı ilə Azərbaycan Respublikasında kiber hücumlarla əlaqəli olan Xüsusi Rabitə və İnfromasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb. Xüsusi təyinatli informasiya texnologiyaları, sistemlərin elekrton hesabları, dövlət orqanlarında internetin təhlükəsizliyinin monitorinqinin həyata keçirilməsi, digər oqanlarla əlaqələndirilməsi  və başqa məsələlər bu agentliyin üzərinə qoyulub. Digər tərəfdən Silahlı Qüvvələrin özündə də belə bir qurum var. Təbii ki, həmin qurumun say tərkibi haqqında məlumat məxfidir. Mənim də bu barədə dəqiq məlumatım yoxdur və məlumatım olsa belə, həmin məlumatın verilməsi düzgün deyil.

Bu çox aktual mövzudur. Bildiyimiz kimi dəfələrlə Ermənistan tərəfindən bizim saytlara, dövlət orqanlarına, banklara, Müdafiə Nazirliyinin saytlarına hücumlar olub. Bəzən onlar qısa müddətli uğura nail olsalar da, bizim qurumlar tərəfindən müdaxilələr həmin fəsadların qarşısın alıb. Bizim qurumlarımız kiber hücumların qarşısını almağa tam qadirdir. Hal-hazırda da qurumlarımız kiber hücumların qarşısın alırlar. Bu hücumların qarşısın alan ciddi personal ehtiyatımız var və bu sahədə resurslarımız çox güclüdür. Kiber hücumların qarşısın alan qurumların fəaliyyətinin pərdəarxası nüansları ilə tanışam və buna görə də konkret olaraq deyirəm ki, bu barədə Azərbaycanda narahatçılığa heç bir səbəb yoxdur. 

Ədalət Verdiyev: “Dənizə, səmaya sahib olana qədər internətə sahib ol”.


2008-ci ildə Gürcüstan-Rusiya savaşı zamanı Gürcüstanın bütün saytlarının bir günün içində Rusiya tərəfindən dayandırılmasını, ötən ay Ukraynanın enerji sektoruna Rusiya tərəfindən müdaxilələrin olunmasını Azərbaycanın Müdafiə Nazirliyinin aidiyyatı qurumları dəyərləndirirlər. Buna görə də onlar öz ehtiyatlarını daim hazır vəziyyətdə tuturlar. 

Onu da qeyd edim ki, gələcək müharibələr dənizdə, havada deyil, sırf internet məkanında, internet üzərində olacaq. Dənizə sahib ola bilərsən, amma əgər internetə sahib deyilsənsə, sahib olduğun dənizi bir saniyədəmi, bir gündəmi  itirə bilərsən. Yəni dənizə, səmaya sahib olana qədər internətə sahib ol”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar