Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan o reytinqdə gerilədi - Siyahı


Avrokubokların pley-off mərhələsinin cavab qarşılaşmalarının ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb


Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında keçirilən 5 görüş siyahıda bir sıra dəyişikliklərə səbəb olub.
 
Bu dəyişikliklər Azərbaycandan da yan ötməyib. Ölkəmiz 1 pillə geriləyib.
 
Buna Şotlandiyanın 4 addımlıq sıçrayışı səbəb olub. “Seltik”in Çempionlar Liqasının qrupuna düşməsi Böyük Britaniya təmsilçisini 22-ci sıraya qaldırıb. Belarus, Bolqarıstan və İsveç kimi geriləyən Azərbaycan isə 23-cü sıraya enib.
 
Cari mövsümdəki qazancımız 2,875-di. “Qarabağ” hamıdan çox - 1,125, artıq mübarizəni dayandıran klublarımızdan “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal əldə edib.
 
Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 17,625-di. Hazırda ölkəmiz 22-ci olan Şotlandiyadan yalnız əlavə göstəricilərdə geri qalır.
 
Bu gün Danimarkada “Kopenhagen”lə görüşəcək “Qarabağ” mərhələ adlasa, ən azı mövqeyimizi qaytarmaq mümkün olacaq. Qələbə və ya heç-heçə ilə keçiləcək mərhələ isə 21-ci yerə qədər irəliləmək üçün də yetərli ola bilər.
 
12-ci pilləyə yüksələn Yunanıstan Avstriya və Çexiyanın hərəsini 1 pillə geri salıb. Sloveniya isə Lixtenşteyni arxada qoyub.
 
Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 90,141 xal.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar