Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinə səfəri baş tutub


17 may 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətinə işgüzar səfər çərçivəsində bir sıra görüşlər keçirib


İlk öncə Həştərxan şəhərində Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət edilib.

Daha sonra səfər çərçivəsində nümayəndə heyətinin  Həştərxan vilayətinin rəhbərliyi görüşü baş tutub. 

Görüşdə Azərbaycan tərəfini Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları təmsil ediblər. İşgüzar müzakirələrdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Vilayətin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, Qubernatorun iqtisadi məsələlər üzrə müşaviri İrahid Mirişov, Həştərxanda Azərbaycan diasporasının rəhbəri Ədalət Hüseynov iştirak ediblər.

Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Xüsusilə qeyd olunub ki, Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələr xalqımızın Ümummilli Lider Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.

Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib. 

Bununla yanaşı görüş zamanı Həştəxan şəhərində inşası tamamlanmış Azərbaycan İş Mərkəzinin açılış mərasimi müzakirə edilmiş, müvafiq tapşırıqlar verilib. 

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu Öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulmuş, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilmiş, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılmış,  Knyaz Vladimirin abidəsi ucaldılmış və “Meçta” uşaq əyləncə şəhərciyi salınıb.

Görüşdən sonra hər iki tərəfin nümayəndələrinin iştirakı ilə həmin bu layihələrə baxış keçirilib.

Yekunda Azərbaycan İş Mərkəzinə baxış keçirilmiş, ərazidə aparılan abadlıq və yaşıllaşma işləri ilə yerində tanış olunaraq müvafiq tapşırıq və göstərişlər verilib.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar