Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycan nefti ucuzlaşdı


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 77,37 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,65 dollar/barel azdır


Bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 76,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,66 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 75,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,51 dollar/barel azdır.

pia.az
Etiket:
loading...