Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan neft gəlirlərindən nəyi qazanıb, nəyi itirib? – İlham Şabanla müsahibə


İlham Şaban: “Azərbaycanda yeganə ümid yeri neft sektordur. Yəni neft çıxır, emal edilir və pul gəlir. Vəssalam. Bizim iqtisadiyyat və maliyyə şüurumuz bundan ibarətdir”.


“Müstəqil olandan sonra bizim dövlətimizi Dövlət Neft Şirkəti saxlayıb”.

PİA.AZ Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müsahibəni təqdim edir:

- İlham bəy, Azərbaycan Prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında qeyd edib ki, Cənub Qaz Dəhlizinə 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub. Ümumilikdə Azərbaycanın TANAP və TAP layihələrindən nə qədər gəlir götürməsi gözlənilir və bu gəlirlər ölkədə yeni "neft-qaz bumu"nun yaranmasına səbə ola bilərmi?

- Əvvəla onu qeyd edim ki, Prezident Cənub Qaz Dəhlizi deyəndə “Şahdəniz” layihəsini də nəzərdə tutur. Yəni burada söhbət ancaq infrastruktur layihələrdən getmir. Onu da vurğulayım ki, Cənub Qaz Dəhlizi 4 seqmentdən ibarətdir. Buraya həm “Şahdəniz 2” hasilat layihəsi, həm də bir-birindən ayrı-ayrılıqda layihə olan qaz-boru kəmərlər layihəsi daxildir. Bunlar da birləşib 3600 km ixrac boru sistemi yaradıblar. Bu boru sisteminin adı da “Cənub Qaz Dəhlizi”dir. Sadəcə Azərbaycan 2014-cu ilin fevralında Prezidentin sərəncamı ilə şirkət yaradıb. Bu şirkətin adı da “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətidir. Azərbaycanın payının maliyyələşdirilməsi üçün oraya “Şahdəniz 2” layihəsi də daxil edilib. Ümumillikdə isə bu layihədə Azərbaycanın təqribən 12 milyard dollarlıq mülkü var. Yəni siz dediyiniz 40 milyard dollar vəsaitin içində Azərbaycan Dövlət Neft Şirkətinin boynuna düşən əsas yük 12 milyard dollardır. 

Artıq biz bu layihənin birinci rübünün sonuna 6 milyarddan bir qədər çox xərcləmələrini ödəmişik. Yəni layihənin xərcinin yarıdan çoxu arxada qalıb. Bu ilin sonu olaraq da 2 milyard onun üstünə gəlməlidir. Gələn gəliri isə ayrı-ayrı hesablamaq lazımdır. 

İlham Şaban: “Azərbaycanda neft servisi ilə məşğul olan çoxlu sayda, təqribən 2 min şirkət var və neft servisi şirkətlərini Statistika Komitəsi qeyri-neft sektoruna, birini tikinti sektoruna, birini qida sektoruna aid edir”.


Demək istəyirəm ki,  “Şahdəniz 2”nin gəlirləri  ayrı, boru kəmərlərinin gəlirləri ayrı hesablanmalıdır. Çünki “Şahdəniz 2”də Dövlət Neft Şirkəti qazın hasılatçısı kimi qazanacaq, həm də bu dövlətin mənfəət qazı olacaq. (Dövlət Neft Fondunda toplanan qaza mənfəət qazı deyirlər).  Azərbaycanın mənfəət qazı ən aşağı 3 milyard olacaq. Buradan gələn bütün qazanc SOCAR-ın öz payıdır və bu pay ayrıca hesablanacaq. Bundan əlavə də boru kəmərlərindən də əldə edilən qazanc olacaq. Təbii ki, burdan da qazanc olmalıdır, çünki kəmərlərə külli miqdarda xərc çəkilib. 

Qeyd edim ki, qaz boru kəmərləri neft kəmərlərindın fərqlidir. Çünki qazın daşınma xərcləri çoxdur. Buna görə də daşıma şirkətləri qaz nəqlindən daha çox qazanc əldə edirlər. Biz baxsaq görərik ki, Dövlət Neft Şirkətinin payının 20%-i TAP-da, 58%-i TANAP-da, 16%-i isə “Cənub Qafqaz Boru Kəməri”ndədir. Bunların hamısı da ayrı-ayrıdır. Hətta ola bilsin ki, hamısından eyni həcmdə qaz keçməsin. Məsələn kəmərin Türkiyə hissəsində əlbəttəki, həcmlər çox olacaq. Azərbaycan hissəsində isə Türkiyə hissəsindən az ola bilər. Çünki gələcəkdə layihənin Türkiyə hissəsindən İraq qazı, yaxud da Türkiyənin ərazisində iki dibdən çıxan qazın ixracı da bu xəttə qoşulacaq. Sonradan “Şahdəniz”dən çıxan əlavə qaz da bu xəttə nəql ediləcək.  Bütün bunlara görə biz boru kəmərləri vasitəsi ilə qazın nəqlinin hər 100 kub metrindən təqribən 5 dollar qazanacağıq. 

İlham Şaban: “Neftdən nə qədər gəlir əldə edildiyini nə İqtisadiyyat Nazirliyi, nə də Dövlət Statistika Komitəsi hələ açıqlamayıb”.


- Siz hesab edirsinizmi ki, bu günə qədər neftdən əldə olunan gəlirlər düzgün istiqamətdə sərf olunub və əgər neftdən əldə olunan gəlirlərin sərfiyyatında nöqsanlar varsa, eyni nöqsanların yenidən təkrarlanmaması nə qədər mümkündür?   

- Nöqsanların yenidən təkrarlanmasının arxasında insan faktoru dayanır. Hər ay neftdən nə qədər gəlir gəlidiyi mənfəət şəklində açıqlanır. Amma bu vaxta qədər neftdən nə qədər gəlir əldə edildiyini nə İqtisadiyyat Nazirliyi, nə də Dövlət Statistika Komitəsi hələ açıqlamayıb. Mən bu rəqəmə rast gəlməmişəm. Yəni neftdən gələn gəlir bir rəqəmdir, amma mənfəət tamam başqa rəqəmdir. Hamı bilir ki, Azəri-Çıraq-Günəşlidən (AÇG) 1 may 2017-ci il tarixinə 124 milyarddan artıq mənfəət gəlib və Neft Fondunda toplanıb. Ancaq dövlətin mənfəətdən əlavə Azəri-Çıraq-Günəşlidən digər qazancı da olub. 

- Azəri-Çıraq-Günəşlidə digər qazanclar nədən ibarətdir?

- 1995-ci ildən Azəri-Çıraq-Günəşli büdcəyə vergi ödəyir. Mən təqribi bilirəm ki, bir neçə il bundan qabaq Azəri-Çıraq-Günəşlinin büdcəyə verdiyi gəlir 22 milyar idi. İndi isə 26 milyard olar. Dəqiq bilmirəm, yəni təxmini ən ortaq rəqəmlə deyirəm. Azəri-Çıraq-Günəşlidən başqa Azərbaycanda neft hasilatı ilə məşğul olan 14 şirkət var. Bundan başqa Azərbaycanda neft servisi ilə məşğul olan çoxlu sayda, təqribən 2 min şirkət var və neft servisi şirkətlərini Statistika Komitəsi birini qeyr-neft sektoruna, birini tikinti sektoruna, birini qida sektoruna aid edir. Neft servislərinin kənd təsərrüfatına aidiyyatı yoxdur. Yəni neft servisləri qeyri-neft sektorları deyillər. Bilirsinizmi ki, qazma şirkətini qeyri-neft sektoruna yazan statistika var?

- Bu necə olur ki?

- Adi bir misal deyim. Bu gün Bibiheybətdə 5 milyardlıq platforma tikilir. amma Dövlət Statistika Komitəsi bu platformanı tikən şirkəti tikinti sektoruna aid edir. Hansı ki,o platforma ilə qaz çıxardacaqlar və sırf neft sektoruna aid bir sahədir. Bunun səbəbini soruşanda da deyirlər ki, tikintidir də. Azərbaycanda bu cür çatışmayan sahələr çoxdur. Əslində bizim iqtisadiyyatın 90%-i neftdir. Sizə başqa misal da deyim. “Şahdəniz” layihəsi çərçivəsində Qardabani qədər yeni boru kəməri çəkildi. Yəni metal gəlid, qaynaq oldu və başqa işlər görüldü. Bütün işləri Dövlət Statistika Komitəsi neft sektoruna yox, qeyri-neft sektoruna yazıb. Bütün bunlara görə də bu gün deyirlər ki, güya qeyri-neft sektorumuz inkişaf edir. Amma reallıq var və reallığa baxanda görürük ki, hələ də əldə bir şey yoxdur. 

İlham Şaban: “Azərbaycanda qazma şirkətini qeyri-neft sektoruna yazan statistika var”.


Bir tərəfdən də xaricilər də o layihələrə pul qoyur. Həm də xaricilərdən əlavə bizim Dövlət Neft Şirkətimiz var. 2006-cı ildə Azərbaycan ilk milyard dolları tək Azəri-Çıraq-Günəşlidən qazandı. Bu vaxta qədər də Dövlət Neft Şirkəti 1 ildə 5 milyon ton neft məhsulunu xaricə satırdı. Yəni Azərbaycanın belə vaxtları olub. Müstəqil olandan sonra bizim dövlətimizi Dövlət Neft Şirkəti saxlayıb. Bu bir faktdır. O vaxtlar da Dövlət Neft Şirkəti xam neft ixrac etmirdi. O vaxt iki dənə neft emalı zavodu gecə-gündüz işləyirdi və məhsul da ixrac olunurdu. Bu ixracdan da dövlətə valyuta gəlirdi, dövlət də həm qaçqının, həm də başqa işlərin görürdü. Bir sözlə əvvəldən Azərbaycanın hər bir işi neftin üzərində qurulub. 

- Azərbaycanın gələcəyini neftdən kənar necə təsəvvür edirsiniz?

- Bunu mən bu gün deməyə çətinlik çəkirəm. Hətta onu da deməyə çətinlik çəkirəm ki, biz müstəqillik illərində hansı işləri görə bilmişik. İndi İqtisadiyyat Nazirliyimiz deyir ki, müstəqillik illərində iqtisadiyyatımıza 200 milyard pul qoyulub. Bunun da təqribən 96 milyardı neft sektorunun inkişafına sərf olunub. Bəs ümumiyyətlə bu qazancın nə qədər neftdən gəlib? Bu qazancın 24 milyardı mənfəət şəklində Azəri-Çıraq-Günəşlidən 2.5 milyardı “Şahdəniz”dən, 25 milyardı da vergi şəklində gəlib. Ümumilikdə isə müstəqillik dönəmində neftdən əldə olunan gəlir 150 milyard olub. Bayaq sadaladığım servisləri də hesablasaq, bəlkə də neft sektorunda əldə olunan gəlir 170 milyardı keçər. Yəni müstəllik illərində iqtisadiyyatımızın gəlirlərinin 90 faizini neft sektoru verib.

Bütün bunlara görə də biz bu gün deyə bilərik ki, hər şeyi neftdən və neftin ətrafındakı iqtisadiyyatdan qazanmışıq. Qazandığımızı da səpələmişik başqa sahələr də ondan qidalanıblar. Nə dərəcədə düz, nə dərəcədə səhv ediblər, məlumdur. 

- Sizcə əsas səhv nədədir? Yəni neft pulları ilə nələri yarada bilərdik və yarada bilmədik?

- Əsas səhv budur ki, 27 ildə biz əlimizdə olan pullarla Qafqazda Azərbaycanın maliyyə sistemini qura bilərdik. Amma qura bilmədik. Halbuki bizim bu imkanımız vardı. Maliyyə sistemini biz ona görə qura bilmədik ki, bizim bank sektorumuz qeyri-peşəkar çalışdı və ortada bu gün böyük mənimsəmə faktları var. Başqa imkanlarımız da vardı ki, o imkanlardan da istifadə edə bilmədik.  Sadəcə düşünün ki, Azərbaycanda birja yoxdur. Bunun nə demək olduğunu peşəkarlar yaxşı bilir. Həm də Azərbaycanın özünün fond birjası adında indeksi yoxdur. Məsələn İranda “İslam İnqilabı” olub, amma İranda fond birjası həmişə fəaliyyətdə olub. Başqa misal İstanbulu deyə bilərik. Məsələn bir təlatüm oldu, o an sənin indeksin düşür və sənin kapitalın oradadır. Yəni sənin hər bir şeyin o indeksə görə müəyyən olunur. Amma Azərbaycanda belə şey yoxdur. O da ona görə yoxdur ki, bizdə maliyyə sistemimizdə koorporativ idarəetmə sistemi yoxdur. 

İlham Şaban: “Bu gün deyirlər ki, güya qeyri-neft sektorumuz inkişaf edir. Amma reallıq var və reallığa baxanda görürük ki, hələ də əldə bir şey yoxdur”. 


Azərbaycanda pul var, Ermənistanda isə mühasib və bankir var. Bəs bizimkilər 20 il bundan əvvəl heç fikirləşmədilər ki, neftdən gələn çoxlu pulu idarə etmək lazımdır? Burada söhbət Neft Fondu kimi idarəetmədən getmir. Fonda məsələn 70 nəfər oturub pulu qoruyurlar. Həmin pulları dövlət büdcəsi alır və artıq o hökumətin işi olur, burada Fondluq iş qalmır. Məsəslə ondadı ki, hökumət neftdən gələn gəlirləri düzgün investisiya edə bilmədi. Deyək ki, Qərbdən xoşları gəlmir, amma Şərqdə Sinqapur, Cənubi Koreya, Yaponiya, Malaziya kimi investisa yatırmalı yerlər var axı. Oralara investisiya qoyulmalıydı. Heç Uzaq Şərqi də demirəm, Livanı deyirəm. Məsələn Yaxın Şərqin ən gözəl maliyyəçiləri Livandadır. Onu da qeyd edim ki, Livandakı maliyyəçilərin əksəriyyəti ermənidir. 

Əsas məsələ o deyil ki, Bakıda bankın ola. Sadalanan yerlərin birində bank açsaydılar və ilkin kapital 10 milyonla gedərdilər, o 10 milyonu da 5 ildən sonra milyard edərdilər. Bir misal da deyim, Britaniyada adi musiqiçinin 80 milyon pulu varsa, ağıllı adamlar çağırıb bu pulu müxtəlif sahələrə qoyurlar. Beş ildən sonra isə həmin 80 milyonu 1 milyard edirlər. 

Bizimkilər isə Beynəlxalq Bankda olan vəsaitləri Azərbaycanın büdcəsi kimi yox etdilər. Deyəndə də deyirlər hər şey yaxşıdır. Soruşmaq lazımdır ki, bəs Azərbaycanda niyə bir dənə də olsa maliyyəçi yoxdur? Əgər maliyyəçimiz varsa, onda Beynəlxalq Bankdan ona 1 milyon verin və o 1 milyonu 10 milyon etsin. Gərək hər şeyi vaxtında edəsən. Bir şeyi vaxtında etməyəndə sonra edilən işlər nəticəsiz qalır. Buna görə də Azərbaycanda yeganə ümid yeri neft sektordur. Yəni neft çıxır, emal edilir və pul gəlir. Vəssalam. Bizim iqtisadiyyat və maliyyə şüurumuz bundan ibarətdir.

İlham Şaban: “27 ildə biz əlimizdə olan pullarla Qafqazda Azərbaycanın maliyyə sistemini qura bilərdik. Amma qura bilmədik”.


Onu da qeyd edim ki, artıq başa düşürlər ki, bu şəkildə yola davam etmək olmaz. Ona görə də çalışşırlar ki, müəyyən dərəcədə itrilənləri bərpa etsinlər. Bu prezidentin də çıxışlarından hər dəfə hiss olunur. Lakin bir daha deyirəm ki, bizdə əsas maneə insan faktorudu. Biz beynimizi dəyişməliyik. Biznesə və iqtisadiyyata fərqli rakursdan baxmalıyıq. Bu sevindirici dir ki, artıq başa düşdülər ki, misal üçün Neft Akademiyasına normal rektor tapıb təyin etdilər. Əgər belə getsə, iki ilə bütün insanlar görəcək ki, o institutda pulsuz oxumaq olar və balları da yüksələr. Həm də neft sahəsi üzrə təhsil almaq üçün Bakı Ali Neft Məktəbi, Azərbaycan Neft və Sənayə Universitesi var. Yəni əsas kadr yetişdirməkdi. Sonradan o peşəkar kadrlar özləri hər şeyi yoluna qoyacaqlar.

- İlham bəy, siz özünüz neft sektorundan kənarda biznes qurub uğur qazana bilərsinizmi?

- Açığı mən çox çalışıram ki, Azərbaycanda neftdən kənar nə isə görüm, amma təəssüf ki, görə bilmirəm. Neftdən kənar bir iş görə bilmədiyimə görə də mən “neftin vurğunuyam”.

Nərminə UMUDLU
pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar