Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib
PİA.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, sentyabrın 23-də FHN-nin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.
Qeyd edək ki, helikopterlər Gürcüstan hökumətinin müraciətinə əsasən, prezident İlham Əliyevin tapşırığı ilə göndərilib.
pia.az