Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məsələsi İran hakimiyyətini parçalayıb

İranın rabitə və informasiya texnologiyaları nazirinin Bakıda geniş əməkdaşlıq müzakirələri apardığı vaxtda, bu ölkənin müdafiə naziri hədə bəyanatı verdi


İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfərindən sonra  qonşu İran dövləti hələ də təhdid xarakterli mövqeyinə son qoymur. Hansı ki, Netanyahunun səfərinin ardınca İran prezidenti Həsən Ruhani Ermənistana elə Bakıya cavab xarakterli səfər etdi, işğalçı ölkəni dirçəltməyə yönəlik bir sıra sazişlər imzalandı.

Azərbaycan İran prezidentinin bu səfərinə dözümlü münasibət sərgilədiyi halda, Tehran  rəsmiləri Azərbaycanın daxili işlərinə müdaxiləyə son qoymurlar. Belə ki, İranın müdafiə naziri, general Hüseyn Dehqan Rusiyanın əsas təbliğat maşını olan “Rossia Today” telekanalına müsahibədə İsraillə Azərbaycan arasındakı  əməkdaşlıq haqqında danışarkən növbəti dəfə ölkəmizin daxili işlərinə qarışıb. Özü də nazirin fikirlərində açıq şəkildə təhdidlər var. 

Sitat: “Biz Azərbaycandakı dostlarımızın diqqətinə çatdırmışıq ki, İsrailə bu regiona çıxış imkanı vermək onların xeyrinə olmayacaq. İran buna dözməyəcək”. 

Dehqanın “onların xeyrinə olmayacaq”, “İran buna dözməyəcək” deməklə nələri nəzərdə tutduğunu demək çətindir. Amma müstəqil bir ölkənin daxili işlərinə qarışmaq üçün bu, kifayət qədər kəskin ifadə, açıq təhdiddir. Düzdür, ardınca o əlavə edib ki, “bu, onların qərarıdır, onların məqsədlərinə çatması və maraqlarının təmin olunması naminə qəbul olunub. Və biz buna qarşı çıxa bilmərik”, ancaq fikirlərinin əvvəli ilə davamı arasında kəskin fərq var. Odur ki, İranın bu kimi davranışlarına son qoyulması zəruri sayılır. 

Qeyd edək ki, bundan əvvəl də tehranlı professor Bəhram Əmirəhmədian Ermənistan mətbuatına verdiyi açıqlamasında “İran Azərbaycanın şiə əhalisini bu ölkənin hökumətinə qarşı istifadə edə bilsə də, heç vaxt o potensialdan istifadə etməyib”-deyə, hədələmişdi. 

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran müdafiə nazirinin sözləri diplomatik etiket çərçivəsindən kənara çıxır: “Bu, iki ölkə arasındakı dostluğa və əməkdaşlığa qətiyyən uyğun gəlməyən, təhdid xarakterli bəyanatdır. Daha əvvəl İranda din adamları, parlament üzvləri bu tip bəyanatlar səsləndiriblər. Lakin müdafiə naziri rəsmi şəxsdir və dövləti təmsil edir”. Ekspertin fikrincə, Azərbaycan mütləq bu məsələyə münasibət bildirməlidir: “Ən azı, İranın Azərbaycandakı səfiri XİN-ə çağırılaraq ondan izahat tələb olunmalı, etiraz notası təqdim edilməlidir”. 

Image result for Şahin Cəfərli

Ş.Cəfərli nazirin dediklərindəki bir sıra məqamlara diqqət çəkdi: “Bu açıqlamanı üstü örtülən bəzi gerçəklərin ortaya çıxması baxımından əhəmiyyətli sayıram. Əvvəla, biz bir daha görürük ki, İran müstəqil Azərbaycan dövlətinin varlığı və onun müstəqil xarici siyasət yeritməsi faktını həzm etməkdə çətinlik çəkir. İran onunla məzhəb eyniliyinə malik həmsərhəd bir ölkənin tamam fərqli, bir çox halda İrandakı rejimin maraqlarına zidd siyasət yeritməsi ilə barışa bilmir. İran Azərbaycanın ondan müəyyən mənada asılı olmasında maraqlıdır, istəyir ki, Bakı öz xarici siyasətini Tehranla koordinasiya etsin. Bu, əlbəttə ki, qəbuledilməz mövqedir. İkincisi, Dehqanın sözləri Azərbaycanın təhdidlərlə, risklərlə dolu mürəkkəb bir coğrafiyada yerləşdiyini bir daha bizə xatırlatdı”. 

Politoloqun sözlərinə görə, çox təəssüf ki, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə hər hansı real təminatlar yoxdur: “Ermənistan Rusiyaya sığınaraq öz təhlükəsizliyini bu ölkəyə həvalə edib. Gürcüstan NATO-ya inteqrasiya kursu seçib və 2017-ci ildə bu istiqamətdə ciddi addımların şahidi olacağıq. Azərbaycan isə Qoşulmayanlar Hərəkatına qoşularaq neytral ölkə olmağa üstünlük verib. Bu hərəkatın siyasi səviyyədə və təhlükəsizlik baxımından bizə hər hansı üstünlük qazandırdığına inanmıram. Bu, Azərbaycana hər hansı təhlükəsizlik qarantiyası vermir, potensial düşmənlər üçün çəkindirici təsiri yoxdur. Azərbaycan ya ikitərəfli, ya da çoxtərəfli əsasda təhlükəsizlik qarantiyası almaq məsələsi üzərində çox ciddi şəkildə düşünməlidir. Bunun həyati əhəmiyyətli və ümummilli xarakterli məsələ olduğu ortadadır və bu mövzuda bütün cəmiyyətin iştirakı ilə müzakirələr aparılıb, qərar verilməlidir. Təbii ki, İrandan səslənən hədələr Azərbaycanı öz siyasətini dəyişməyə vadar etməməlidir. Çünki geri addım atmaq o deməkdir ki, qarşı tərəf bundan sonra da bənzər tələblər irəli sürə bilər, bu isə artıq müstəqilliyin məhdudlaşması mənasına gəlir. Əlbəttə, İranRusiya kimi aqressiv dövlətləri qıcıqlandıracaq və özündən çıxaracaq addımlar atmaq risklidir, bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan ehtiyatlı və tədrici avroatlantik siyasətə üstünlük verməlidir və ölkənin milli təhlükəsizlik probleminin həlli xarici siyasətin 1 saylı prioritetinə çevrilməlidir”.

Elə iki gün qabaq İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər etdi və Bakıda Azərbaycan-İran biznes forumu keçirildi, dostluq mesajları verildi. Üstəlik, elə bu arada “Azərbaycanİran arasında imzalanmış ”Xudafərin" və “Qız Qalası” sazişi İran parlamenti tərəfindən ratifikasiya edildi. 

Image result for “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, nazirin açıqlaması növbəti dəfə İran rəsmisinin Azərbaycanın daxili işlərinə qarışmasıdır: “Bu cür açıqlamalar Mahmud Vaezinin fəaliyyətini də çətinləşdirir. Çünki Vaezi bir tərəfdən Azərbaycanla əlaqələrin inkişafına, ortaq layihələrin reallaşmasına çalışarkən, iranlı bir başqa məmur bu əməkdaşlığa kölgə salan açıqlama verir ki, nəticədə rəsmi Bakı qonşu dövlətlə münasibətlərdə ehtiyatlı mövqeyinə qayıdır”. 

Ümumiləşdirsək, İranın müdafiə naziri təkcə Bakını təhdid etməyib, həm də Azərbaycan paytaxtında qonaq olan həmkarının dostluq və qonşuluqla bağlı mesajlarının səmimiliyinə şübhələr yaradıb. Hər halda, Azərbaycan məsələsi İran hakimiyyətində parçalanma yaradıb. Ermənistanla dostluğu və qardaşlığı seçənlər Bakı ilə hədə dilində danışırlar...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar