Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan məhsullarının Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edilib


Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsinin təmsil olunduğu missiyamız 15-16 noyabr tarixlərində Sankt-Peterburqda təşkil olunmuş bir sıra tədbirlərə qatılıb, Rusiyalı iş adamları ilə məhsuldar danışıqlar aparıb


İqtisadiyyat nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” Qida Sərgisində və sərgi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda və Rusiyanın Şimal Qərb regionunun iri marketlər şəbəkələri və distributor şirkətlərinin iştirakı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. “X5 Retail Group”, “Aşan”, “Maqnit”, “Diksi” və “Metro” kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını təqdim edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.

Danışıqlar zamanı Rusiya şirkətləri Azərbaycanın təbii və keyfiyyətli meyvə-tərəvəz məhsullarına, xüsusilə də “Made in Azerbaijan” brendi ilə dünya bazarında tanınan nar şirəsi, mineral sular və konservləşdirilmiş qida məhsullarına xüsusi maraq göstərilib və bu məhsulların Rusiyaya ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə edib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar