Cümə axşamı, 17 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycan kubokunun təqvimi dəyişəcək

Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək


APA-nın məlumatına görə, buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub.

Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb. Lakin həmin gün Prezident seçkiləri keçiriləcəyindən, Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etmək məcburiyyətində qalacaq.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib. O bildirib ki, məsələ ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.

pia.az
Etiket:
loading...