Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan kommunistləri 1 mayı bayram edəcəklər?


“Azərbaycan Kommunist Partiyası hər il olduğu kimi bu il də 1 May - Zəhmətkeşlər gününü qeyd edəcək, amma fərqli şəkildə”.


PİA.AZ bildirir ki, bunu azvision.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib.

Partiya sədrinin sözlərinə görə, onlar 1 Mayı gəzinti adı altında qeyd edəcəklər:

“Biz bu bayramı “May gəzintisi” adı altında keçiririk. O vaxtlar buna “mayovka” deyirdilər. Mərkəzi Komitənin tədbirlər planına uyğun olaraq bununla bağlı qərar qəbul olunub. Respublikanın rayon və şəhərlərində partiyaının fəaliyyətdə olan komitələri məhz həmin günü səhər saat 10-dan günortaya qədər yaşadıqları şəhərlərin parklarında toplaşıb gəzintiyə çıxaraq qeyd edəcəklər”.

Partiya sədri bildirib ki, Bakıda əvvəllər bu bayram dənizkənarı Milli Parkda qeyd olunurdu, amma artıq indi Bakının hər rayonunun kifayət qədər imkanları, parkı var: “Biz də yoldaşlara əziyyət verməmək üçün hər bir rayon komitəsinin özünəməxsus qeyd etməyi barədə qərara gəlmişik”.

Keçiriləcək tədbirlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətə gəlincə isə partiya sədri deyib ki, buna ehtiyac yoxdur: “Bu, rəsmi mitinq, yürüş deyil, sadəcə gəzintidir.Azərbaycan demorkatik bir ölkədir və burada gəzinti ilə bağlı hansısa müraciətə ehtiyac yoxdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar