Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycan kabel ixracına başladı


Dünyada “Made in Azerbaijan” markasını təmsil edən Sumqayıt Texnologiyalar Parkı (STP) MMC Tacikistana növbəti dəfə məhsul ixracını həyata keçirib


Axar.az xəbər verir ki, bu gün STP sifarişçiyə Tacikistanda “Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə iki növ kabel göndərib.

Texnoparkın tərkibində fəaliyyət göstərən dünyanın ən iri və yüksək texnologiyaya malik kabel zavodlarından biri ölkədə ilk dəfə olaraq xarici bazara 1 kV-dək olan alçaq gərginlikli və kontrol kabelləri ixrac edib.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP -nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur.

pia.az
Etiket:
loading...