Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan iqtisadiyyatını sabit iqtisadiyyat hesab etmək olar?


Ekspert: “Neftin qiymətlərinin son dönəmlərdə artması bizi qətiyyən arxayınlaşdırmamalıdır. Bu qiymətlərin artımından əldə olunan vəsaitlər, ilk növbədə, qeyri-neft sektorunun inkişafını təmin edəcək layihələrin reallaşdırılmasına yönəldilməlidir”


“Qlobal iqtisadi prosesləri nəzərə almadan növbəti illər üçün nə iqtisadi, nə də maliyyə göstəriciləri üzrə düzgün proqnozlar tərtib emək mümkün deyil”.

Bu sözləri  iqtisad elmləri doktoru Fikrət Yusifov Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.  

Xatırladaq ki, iki gün öncə Milli Məclisin plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi baş tutub. Müzakirə zamanı maliyyə naziri Samir Şərifov deyib ki, “2018-ci ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb”. Nazir, həmçinin qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qalır. Bununla yanaşı,  Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, “Gələn il qeyri neft sektorunda 2,9 faiz artım proqnozlaşdırılır”. 

Məlumdur ki, iqtisadiyyatın 3 illik proqnozlaşdırılması həmçinin sabitliyin göstəricisi olaraq bilinməkdədir. Hazırda doğrudanmı Azərbaycan iqtisadiyyatını sabit iqtisadiyyat hesab etmək olar və demək olarmı ki, hökümətin 3 illik proqnozları özünü doğrultmağa qadirdir? Həmçinin qeyri-neft  sektorunda proqnazlaşdırılan artımı kafi hesab etmək olarmı? Ümumiyyətlə, maksimum və minimum cəhdlərlə Azərbaycanı neçə ilə  qeyri-neft ölkəsinə çevirmək mümkündür və bunun üçün Azərbaycan hansı zəruri islahatları həyata keçirməlidir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifovun fikirlərini öyrənib.

Image result for fikrət yusifov pia.az

Fikrət Yusifov:  “Dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki, real sektorun sürətli inkişafını təmin edəcək bütün rıçaqların işə salınmasının zamanı çatıb”.


Neftin qiymətlərində baş verən dəyişikliklərin siyasi səbəblərdən ibarət olduğunu bildirən Fikrət Yusifova PİA.AZ-a açıqlamasında bildiribki, istənilən halda neftdən əldə edilən gəlirlə qeyri-neft sektorunun inkişafını təmin edəcək layihələrin reallaşdırılması iqtisadiyyatımızın gələcək taleyi üçün çox vacibdir:

“Qlobal iqtisadi prosesləri nəzərə almadan növbəti illər üçün nə iqtisadi, nə də maliyyə göstəriciləri üzrə düzgün proqnozlar tərtib emək mümkün deyil. Azərbaycan dünya iqtisadi müstəvisinin bir parçasıdır, iqtisadiyyatımız isə neftdən asılıdır. Bu səbəbdən biz ən azından dünyada gedən iqtisadi prosesləri daha yaxından izləməyə borcluyuq. 

2014-cü ilin ortalarından etibarən neftin qiymətlərində baş verən kəskin azalmalar və bu qiymətlərin daha çox siyasi səbəblərdən aşağı düşməsi sübut etdi ki, dünya iqtisadi müstəvisində baş verən proseslər heç də həmişə iqtisadi amillərlə bağlı olmur. Bu səbəbdən yaxın 3 il ərzində hadisələrin necə inkişaf edəcəyinə indidən dəqiq proqnoz vermək mümkün deyil. Bəs belə olan halda ölkənin iqtisadi və maliyyə durumunu sabit saxlamaq, onu dünya iqtisadi müstəvisində baş verə biləcək təlatümlərdən sığortalamaq üçün nə etmək lazımdır? 

Yol birdir və bu yol ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin edən addımlardan keçir. Hesab edirəm ki, qlobal iqtisadi müstəvidə baş verə biləcək “şoklardan” sığortalanmağın ən doğru yolu budur. Hökumətin bu istiqamətdə müəyyən etdiyi strategiya tədqirəlayiqdir. İndi əsas məsələ bu strategiyanı mümkün qədər tez və səmərəli reallaşdırmaqdan ibarətdir. Bir sözlə, bu yolda indi daha kəskin addımların atılması zəruridir. Neftin qiymətlərinin son dönəmlərdə artması bizi qətiyyən arxayınlaşdırmamalıdır. Bu qiymətlərin artımından əldə olunan vəsaitlər, ilk növbədə, qeyri-neft sektorunun inkişafını təmin edəcək layihələrin reallaşdırılmasına yönəldilməlidir.


Fikrət Yusifov: “Dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki, real sektorun sürətli inkişafını təmin edəcək bütün rıçaqların işə salınmasının zamanı çatıb”.


Biz real sektordan ixracımızı dəfələrlə artırmaq hesabına ölkən iqtisadiyyatının və onun maliyyə durumunun neftdən asılılığını optimal həddə endirə bilərik. Hesab edirəm ki, növbəti illlərdə real sektorun inkişaf sürəti rekord hədlərdə təmin edilməlidir. 2017-ci ildə qeyri-neft sektorundan ixracın ötən ilin eyni  göstəricilərindən  17% artıq olacağı gözlənilir. Bu yaxşı artım sürətidir. Lakin unutmamalıyıq ki, bu gün real sektordan ixracımız ümumi ixracımızın 10%-dən çox deyil. 

Müqayisə üçün nefti - qazı olmayan Belarusiyanın 2017-ci ildə ixracının həcmi 28 milyard ABŞ dollarına yaxın təşkil edəcək. Belarusiyanın ərazisi bizim ərazimizdən 2,4 dəfə böyük olsa da, əhalisinin sayı bizdəkindən yarım milyon nəfərə qədər azdır. Orta hesabla Belarusiya 15-20 gün ərzində bizim qeyri-neft sektorundan bir il ərzində ixrac edə biləcəyimiz qədər məhsul ixrac edir. 

Dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki, real sektorun sürətli inkişafını təmin edəcək bütün rıçaqların işə salınmasının zamanı çatıb. Yaxın illərdə neftin qiymətləri ilə bağlı hansı proseslərin gedəcəyinə heç kim təminat verə bilməz. Artıq son bir neçə ildə siyasi oyunlar fonunda neftin qiymətlərinin birdən-birə necə kəskin azaldığının və  bu səbəbdən iqtisadiyyatı neftlə bağlı olan ölkələrin  iqtisadi proqnozlarının necə alt-üst olduğunun canlı şahidi ola bildik”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar