Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan fransız məhkəməsində yeni döyüşə girir

Fransada Azərbaycanın, France Televisions qrupunun tərəfini saxlamış məhkəmə qərarından apellyasiya şikayətinə baxılacaq


Bu barədə Paris-Normandie nəşri məlumat yayıb.

Daha əvvəl yazdığımız kimi, fransız məhkəməsi Azərbaycan hökumətinin France 2 telekanalına, həmçinin onun əməkdaşları – Elis Lyusya və Loran Rişara qarşı iddiasını rədd edib. Azərbaycanın apellyasiya şikayətinə sentyabrın 13-də baxılacaq.

Xatırladaq ki, 2015-ci ilin sentyabrında həmin jurnalistlər qərəzli reportaj hazırlayaraq, faktiki olaraq Azərbaycana böhtan atıblar. Reportajda ölkə "diktatura" adlandırılıb, onun rəhbərliyinin ünvanına təhqirlər səsləndirilib. Azərbaycan vurulmuş zərərə görə 1 avro simvolik cərimə, o cümlədən Fransanın müvafiq orqanlarının bu telekanala yayım qadağası tətbiq etməsini, ya da 12 min avro cərimələməsini tələb edirdi.

Fransız məhkəməsində Azərbaycanın maraqlarını təmsil edən Olivye Pardo daha əvvəl qəbul edilmiş qərarla bağlı öz hiddətini gizlətmir və ona yenidən baxılacağına ümid edir.

"Azərbaycanı diktatura adlandırmaq gülməlidir və biz mövqeyimizi yaxşı əsaslandırmışıq. Bu ölkə İnsan Hüquqları üzrə Avropa Konvensiyasını imzalayıb və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasındadır", - deyə Olivye Pardo bildirib.

O həmçinin vurğulayıb ki, Azərbaycan bu böhtanı dayandırmaq üçün axıra qədər gedəcək.Virtualaz.org

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar