Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan əsilli milyarderlər Rusiyada “kral” elan edildi


“Forbes” jurnalı Rusiyanın kommersiya təyinatlı daşınmaz əmlak biznesindən ən çox gəlir əldə edən 30 biznesmeninin növbəti illik reytinqini yayıb


Bu siyahıya daşınmaz əmlakın icarəyə verilməsindən rekord məbləğlərdə gəlir əldə edən biznesmenlər daxildir. Və siyahıya artıq üçüncü ildir ki, Azərbaycandan olan milyarderlər - Qod Nisanov və onun biznes ortağı Zarah İliyev liderlik edir.

Jurnal 2014-cü ildə daşınmaz əmlakın icarəyə verilməsindən 1,4 milyard dollar gəlir əldə edən Nisanovu və İliyevi “daşınmaz əmlak kralı” elan edib.

Bu siyahıya 2011-ci ildə digər nüfuzlu azərbaycanlı biznesmen Araz Ağalarov liderlik edirdi. Lakin Nisanov və İliyev 2011-ci ildə Ağalarovu liderlikdən sıxışdırdılar.

“Forbes” bildirir ki, Nisanov və İliyevin “Kiyevskaya ploşad” şirkəti çoxsaylı daşınmaz əmlak aktivlərinə, o cümlədən “Food City” ticarət mərkəzinə, “Radisson Royal” otelinə, “Yevropeyski” ticarət mərkəzinə malikdir.

Qeyd edək ki, digər azərbaycanlı biznesmen, prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimov da “Kiyevskaya ploşad” şirkətinin ortağıdır. Ancaq “Forbes” onun adını Nisanov və İliyevlə yanaşı “krallar” siyahısında çəkmir.

Siyahıda ikinci yeri erməni biznesmen Samvel Karapetyan tutur. Onun “Taşir” şirkəti icarə biznesindən 1,08 milyard dollar təmiz gəlir əldə edib.

3-cü yerdə İnqvar Kampard və ailəsinin “İKEA Mos” şirkətidir - 790 milyon dollar. İnquş əsilli milyarder Mixail Qutseriyev və qohumları Sait-Salam Qutseriyev, Mixail Şişxanov isə daşınmaz əmlak icarəsi biznesindən 615 milyon dollar gəlir əldə edinlər.

5-ci yerdə Alixan Mutsoyev, Amiran Mutsoyev və Amirxan Moridir. Onların “Regionı” şirkəti 520 milyon dollar gəlir əldə edib.

6-cı pillədə Boris Mints, Aleksandr Nesis və “Goldman Sachs” şirkəti qərarlaşıb - 494 milyon dollar.

7-ci yeri türkiyəli tikinti maqnatı Şarık Tara və oğlu Sinan Tara (412 milyon dollar gəlir), 8-ci yeri Araz Ağalarov (370 milyon dollar gəlir), 9-cu yeri Aleksandr Svetkov (364 milyon dollar), 10-cu yeri isə Aleksey Xotinlə Yuri Xotin (320 milyon dollar) tuturlar.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar