Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ən çox islahat aparan 29 ölkələrdən biridir



Dünya Bankının 2015-2016-cı illəri əhatə edən hesabatında Azərbaycan üç və daha çox islahat aparan ən inkişaf etmiş 29 ölkələrdən biri kimi təsvir edilib


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) hesabatı şərh edib.

Sənəddə qeyd olunur ki, Azərbaycanın vergi ödənişləri və xarici ticarətin aparılması indikatorları üzrə reytinqi qaldırılıb. İdxal və ixrac bəyannamələrinin təqdim edilməsi üçün elektron sistemin istifadəyə verilməsi, xarici ticarətin aparılması indikatoruna əhəmiyyətli müsbət təsir edib. Biznesə başlama indikatoru üzrə də yüksək reytinq qorunub.

Qeyd edək ki, “Doing Business” hesabatı Dünya Bankı Qrupu tərəfindən hazırlanır və 10 indikator üzrə 190 ölkənin qiymətləndirilməsi məqsədini daşıyır. Cari il ərzində Azərbaycanda bir sıra islahat tədbirləri geniş spektrdə həyata keçirilib və bu səbəbdən “Doing Business” hesabatının 10 indikatoru aparılmış islahatları tam əhatə etmir. Eyni zamanda, bu hesabatda nəzərə alınan islahat tədbirləri yalnız cari ilin may ayına qədər aparılan islahatlardır.

Bu il iyulun 15-də Prezident İlham Əliyev sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabətqabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiya və komissiyanın katibliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Yaradılmış komissiya və komissiyanın katibliyinin apardığı iş nəticəsində növbəti ildə Azərbaycanın “Doing Business” hesabatında mövqeyinin daha da yaxşılaşdırılması gözlənilir. Ümumiyyətlə, Azərbaycanda biznes mühitin yaxşılaşdırılması üzrə aparılan islahatlar davamlı xarakter daşıyır və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar