Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan əleyhinə qəbul edilən iki qətnamə: Qarşıdurma böyüyəcək, yoxsa...


Asim Mollazadə: “Avropa Şurasında Azərbaycan əleyhinə qəbul edilmiş iki qətnamə Azərbaycana qarşı aparılan informasiya savaşının tərkib hissəsidir”


Natiq Cəfərli: “Avropa Şurasında Azərbaycanla bağlı problemlərin həll edilməsinə ümid edirəm və bunu da gözləyirəm”.

Xəbər verdiyimiz kimi dünən AŞPA-da Azərbaycan əleyhinə iki qətnamə qəbul olunub. İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə dinləmələr keçirilib. Hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib. Daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib. Müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib. Çıxış edən deputatlar isə ümumilikdə hər iki hesabatın hazırlanmasını yüksək qiymətləndiriblər. 

Həmçinin AŞ PA-nın keçmiş sədri Ann Brassör, digər parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank, Kristof Ştrasser Azərbaycan hökumətinin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onlar əsasən REAL sədri İlqar Məmmədovun həbsdən azad edilməsi, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri ilə bağlı problemlərin həllinə dair çağırışlar ediblər. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq ittihamlara cavab verib. O, hollandiyalı deputat Omtzigt Pyeterin Azərbaycan hökuməti ilə bağlı sərt ittihamlarına kəskin münasibət bildirib.

Bu qətnamələrin qəbulundan sonra Azərbaycanla Avropanın demokratik təsisisatları ilə münasibətləri necə təsəvvür etmək olar, qarşıdurma böyüyəcək, yoxsa qarşlıqlı güzəştlərlə böhrandan çıxış əldə oluna bilər? Qarşıdurma böyüyərsə, Azərbaycanın xarici və daxili siyasəti bundan nə qədər ziyan görə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəyə və Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərliyə müraciət edib.



Asim Mollazadə: “Azərbaycan bu müharibəyə hazır olmalıdır və bu müharibədə biz öz hüquqlarımızı, öz maraqlarımızı qorumağı bacarmalıyıq”.


Azərbaycana qarşı müharibənin tək səngərlərdə deyil, beynəlxalq təşkilatlarda, beynəlxalq informasiya vasitələrində də getdiyin qeyd edən millət vəkili əlavə edib ki, Azərbaycan da bu müharibəyə hazır olmalıdır və bu müharibədə biz öz hüquqlarımızı, öz maraqlarımızı qorumağı bacarmalıyıq:

 “Mən hesab edirəm ki, Avropa Şurasında Azərbaycan əleyhinə qəbul edilmiş iki qətnamə Azərbaycana qarşı aparılan informasiya savaşının tərkib hissəsidir. Avropa Şurasında Azərbaycana qarşı qəbul olunan qətnamələrin arxasında həmin qüvvələrin təzyiqi dayanır. Azərbaycan öz haqlarını müdafiə etmək üçün ona qarşı olan haqsızlıqları ifşa etməlidir və beynəlxalq ictimaiyyətə bu prosesin mahiyyətini izah etməlidir. 

Mübarizə davam edir və Azərbaycana qarşı müharibə tək səngərlərdə deyil, göründüyü kimi beynəlxalq təşkilatlarda, beynəlxalq informasiya vasitələrində də gedir. Azərbaycan da bu müharibəyə hazır olmalıdır və bu müharibədə biz öz hüquqlarımızı, öz maraqlarımızı qorumağı bacarmalıyıq. 

Mən düşünürəm ki, Azərbaycan hər bir prosesdə ilk növbədə öz qanunvericiliyi ilə beynəlxalq qanunvericiliyin vəhdətin yaratmalıdır. Bütün məsələlər, qərarlar hansısa təzyiqlər əsasında deyil, Azərbaycanın milli maraqları əsasında olmalıdır”.



Natiq Cəfərli: “Azərbaycanla Avropa Şurası arasında danışıqlar başlanılacaq və danışıqlar nəticəsində də müəyyən qərarların, qarşılıqlı güzəştlərin olmasını gözləyirəm”.


Azərbaycan hökümətinin Avropa Şurası, ümumiyyətlər Avropa məkanı ilə əlaqələrin tamamilə pisləşməsinə və xeyli geriləməsinə imkan verməyəcəyin düşünən Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi əlavə edib ki, çox güman ki, Azərbaycanla Avropa Şurası arasında danışıqlar başlanılacaq:

 “Əslində Azərbaycan əleyhinə qəbul edilən həmin iki qətnamədə səsləndirilən problemlərin Azərbaycanda olmadığını inkar etmək doğru deyil. Yəni səsləndirilən problemlər Azərbaycanda var. O problemləri biz özümüz daxilimizdə həll etməliyik.  Amma çox təəssüf ki, daxildəki problemlərin həm hökümət, həm qeyri-hökümət təşkilatları, həm də müxalifət tərəfindən bir dialoq şəkildə həll etmədikcə, belə bəyanatların, belə qətnamələrin qəbul olunmasının şansı artır. Bu da dünya miqyasında Azərbaycana qarşı istifadə olunan bir prosesə çevrilir. Azərbaycanda bu problemlər var və həll olunmalıdır. 

Mən inanmıram ki, Azərbaycan höküməti Avropa Şurası, ümumiyyətlər Avropa məkanı ilə əlaqələrin tamamilə pisləşməsinə və xeyli geriləməsinə imkan versin. Çox güman ki, Azərbaycanla Avropa Şurası arasında danışıqlar başlanılacaq və danışıqlar nəticəsində də müəyyən qərarların, qarşılıqlı güzəştlərin olmasını gözləyirəm. Çünki Azərbaycan üçün Avropa məkanı çox vacibdir. Avropa Şurası Azərbaycanda qanunvericiliyin monitorinqi, qanunvericiliyin beynəlxalq standartlara çıxarılması ilə bağlı, həmçinin bir çox layihələrin həyata keçirilməsi ilə bağlı hökümətə həm hüquqi, həm maddi, həm də texniki dəstək olub. Yəni Avropa Şurasından ən çox texniki yardım alan dövlət və hökümət qurumları olub. 

Onu da qeyd edim ki, Azərbaycanın Avropa Şuasında təmsilçiliyi həm də işğalçı qonşularımızın bizə qarşı çox böyük fəaliyyət aparmasının qarşısını alan əsas faktora çevrilib. Bir anlıq təsəvvür etsək ki, Azərbaycanla Avropa Şurası arasında əlaqələr tamam sıfırlanıb və Azərbaycan orada təmsil olunmasa, bu zaman işğalçılar bizimlə bağlı daha sərt qərarların qəbul olunmasında aktivlik edəcək, onlara cavab verənlər də olmayacaq. Buna görə də həm siyasi, həm iqtisadi, həm də sosial nöqteyi nəzərdən Avropa Şurası və Avropa məkanı ilə Azərbaycanın əlaqələrinin daha da genişlənməsi, böyüməsi vacib amillərdən biridir. 

Həmçinin bildiyimiz kimi Azərbaycanın ən böyük ticarət tərəfdaşı Avropa Birliyidir və Azərbaycana ən çox investisiya qoyan ölkələr Avropa ölkələridir, yəni Avropa Şurasına və Avropa Birliyinə daxil olan ölkələrdir. Buna görə də həmin qətnamələrdə göstərilən problemlər, yəni insan haqları ilə, demokratiya ilə, siyasi məhbuslarla, qanunvericiliklə, sivil toplumla bağlı problemlər Azərbaycanda öz həllini tapmalıdır. Bu problemlərin həll olunması Azərbaycana lazımdır və düşünürəm ki, Azərbaycan danışıqlar yolu ilə həmin problemlərin həll olunmasında addım-adım irəli getməlidir. Bundan başqa mən başqa yol görmürəm”.

Natiq Cəfərli: “Qəbul edilmiş qətnamələr İlqar Məmmədovun dərhal azad olunmasına heç bir hüquqi əsas yaratmır”.


Bu qətnamələrin qəbulundan sonra İlqar Məmmədovun həbsdən azad olunmasını mümkün hesab etmək olar və İlqar Məmmədovun həbsdən azad olunması böhrandan çıxış yoludur, sualını cavablandıran REAL rəsmisi bildirib ki, Avropa Şurasında qəbul edilən qətnamələrin heç bir hüquqi əsası yoxdur:

Avropa Şurasında qəbul edilən qətnamələrin heç bir hüquqi əsası yoxdur. Çünki həmin qətnamələr tövsiyə xarakterlidir. Ümumiyyətlə Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərarlar tövsiyə xarakteri daşıyır. Yəni onların hüquqi yapdırımları yoxdur. Buna görə də onların qəbul etdiyi qətnamələr yerinə yetirilməyəndə ardınca heç nə gəlmir. Buna görə də indi qəbul edilən qətnamələr sadəcə İlqar Məmmədovla bağlı problemin bir daha yüksək tribunadan səsləndirildi. Bu problemin həlli Azərbaycanın özünə çox lazımdır. İlqar Məmmədov haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarı da var. Həmin məhkəmə qərarına görə də İlqar Məmmədov azad olunmalıdır. 

Həmçinin qeyd edim ki, İlqar Məmmədovun azad olunması Avropa məkanı ilə Azərbaycanın münasibətlərinin xeyli dərəcədə normallaşmasına səbəb olacaq addımlardan biri kimi mütləq qeyd olunacaq. Buna görə də bu məsələ qətnamələrlə həll olunmayacaq. Çünki qətnamələr İlqar Məmmədovun dərhal azad olunmasına heç bir hüquqi əsas yaratmır. Amma Avropa Şurasında, Avropa Şurası Parlament Assambleyasında bu məsələnin bir daha vurğulanması, gündəmə gəlməsi onu deməyə əsas verir ki, Azərbaycan höküməti də, Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirərək, ən azından problemin bu hissəsinin aradan qaldırılması üçün müəyyən addımlar atmalıdır və İlqar Məmmədov azad olunmalıdır. 

Biz də ümid edirik ki, Azərbaycan höküməti müxtəlif yollarla, yəni əhf sərəncamı, qanunvericiliyə dəyişikliyin edilməsi yolu ilə İlqar Məmmədovun azadlığa çıxarılmasına şərait yaradacaq. Bununlda da Avropa Məkanı ilə Azərbaycan arasında olan ən böyük fikir ayrılıqlarından birinə son qoyulacaq.

Natiq Cəfərli: “Qərblə münasibətlərin kəskinləşməsindən heç kim heç vaxt, heç nə udmur”.


Azərbaycan da Türkiyə kimi Avropaya qarşı sərt mövqe sərgiləməyə davam edərsə, nə ola bilər sualını da cavablandıran Natiq Cəfərli qeyd edib ki, o, Azərbaycan hökümətinin Avropa Şurası ilə münasibətlərin kəskinləşməsinə çalışacaqlarına inanmır:

Əslində çox maraqlıdır ki, nə qədər ritorik olaraq rəsmi Ankara Avropaya qarşı aqresiya nümayiş etdirə də, Türkiyənin də ən böyük ticarət partnyoru da Avropa Birliyidir. Yəni Türkiyənin ən çox ixrac etdiyi ölkələr Avropa ölkələridir. Həmçinin də Türkiyə iqtisadiyyatına ən çox investisiya qoyan, yəni 500 milyard dollara yaxın investisiyasa qoyan 5 ölkədən 4-dü Avropa Birliyi ölkələridir. Bir sözlə Qərblə münasibətlərin kəskinləşməsindən heç kim heç vaxt, heç nə udmur. Çünki texnologiyalar, investisiyalar, cəlbedici bazarlar oradadır. Buna görə də mən inanmıram ki, Azərbaycan rəhbərliyi də, Azərbaycan höküməti də Avropa Şurası ilə münasibətin kəskinləşməsinə çalışacaqlar. Avropa Şurasında Azərbaycanla bağlı problemlərin həll edilməsinə ümid edirəm və bunu da gözləyirəm”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar