Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan əhalisinin sayı 10 milyona çatır


İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 31 min 428 nəfər və ya 0,3 faiz artaraq bu il iyun ayının 1-i vəziyyətinə 9 milyon 929 min 513 nəfərə çatıb


Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Bu ilin 5 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55 min 653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.

Cari ilin yanvar-may aylarında ölkədə 25 min 277 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

Beş ay ərzində qeydiyyat şöbələri tərəfindən 22 min 489 nikah və 6 min 177 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

Yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1605 nəfər Azərbaycana gələn, 553 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 1052 nəfər təşkil edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar