Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan əhalisinin dollara tələbatı hansı səbəblərdən artıb? - Ekspert açıqladı


Bank üzrə ekspert: “Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası banklara verilən kreditlərin təyinatı üzrə istifadəsinə hələ də nəzarət edə bilmir”


Rusiya və Türkiyədə dolların bahalaşması da bizim əhaliyə psixoloji təsir etdi, əsassız devalvasiya gözləntiləri artdı”.

Bu fikirləri bank üzrə ekspert Əkrəm Həsənov əhalinin birdən-birə dollara olan marağının artmasının səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Azərbaycan bankları bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411,732 mln. ABŞ dollarının xalis satışını həyata keçiriblər. Mərkəzi Bank (AMB) xəbər verir ki, bu, mart ayı ilə müqayisədə 15 dəfə çoxdur. Apreldə əhali banklardan 545,660 mln. dollar alıb, banklara 133,928 mln. dollar satıb. Aylıq müqayisədə əhaliyə dollar satışı 2,7 dəfə artıb, əhalidən dollar alışı isə 24% azalıb. 2018-ci ilin yanvar-fevral aylarında aylarında əhalidən dollar alışı satışı üstələdiyi halda, mart və aprel aylarında əks proses baş verib.

Əhalinin birdən-birə dollara olan marağının artmasını nəylə izah etmək olar?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı bank üzrə ekspert Əkrəm Həsənovun fikirlərini öyrənib.



Əkrəm Həsənov: “Əsas səbəb Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin 15%-dən 11%-dək endirilməsi və banklara həmin faiz dərəcəsi ilə kreditlərin verilməsidir”.


Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası banklara verilən kreditlərin təyinatı üzrə istifadəsinə hələ də düzgün nəzarət edə bilmədiklərini vurğulayan bank üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, buna görə də artıq pul həcmi yaranan kimi valyuta mübadiləsi əməliyyatları artır:

“Əsas səbəb Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin 15%-dən 11%-dək endirilməsi və banklara həmin faiz dərəcəsi kreditlərin verilməsidir. Dövriyyədəki milli pul kütləsi artdıqca, onun bir qismi təbii valyuta bazarına axır. Təəssüf ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası banklara verilən kreditlərin təyinatı üzrə istifadəsinə hələ də düzgün nəzarət edə bilmir. Buna görə də artıq pul həcmi yaranan kimi valyuta mübadiləsi əməliyyatları artır. 

Amma burada həmçinin müəyyən psixoloji amillər də var. Əhali arasında əsassız şaiyələr yayılır. Məsələn, onlardan biri bu idi ki, guya prezident seçkilərindən sonra dollar bahalaşacaq. Digər tərəfdən Rusiya və Türkiyədə dolların bahalaşması da bizim əhaliyə psixoloji təsir etdi, əsassız devalvasiya gözləntiləri artdı. 

Təəssüf ki, bəzən elə bankların özü əhalidə belə mənfi gözləntilər yaradır. Məsələn, dollar kreditləri üzrə borclulara zəng edib deyirlər ki, gəlin dollarla olan kreditinizi manata çevirin, tezliklə devalvasiya olacaq və s. kimi hallar baş verir. Təbii, bu əsnada həmin banklar kredit şərtlərini sərtləşdirir, məsələn faiz dərəcəsini artırırlar. Bütün bunlar əhalini əllərində saxladıqları pulları dollara çevirməyə sürükləyir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar