Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ədəbiyyatı Avropanın mərkəzi kitabxanalarında

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində bu il Almaniyada işıq üzü görmüş “Sirr” (Azərbaycan hekayələri) kitabı bir sıra Avropa ölkələri kitabxanalarına yerləşdirilib


Müasir Azərbaycan nəsrinin mənzərəsini əks etdirən kitabın nüsxələri Almaniyanın Berlin, Boxum, Bamberq, Yena, Frayburq, Halle universitetlərinin kitabxanaları, Berlin Ədəbiyyat və İncəsənət araşdırmaları Mərkəzinin kitabxanası, Münhen Şərqi Avropa İnstitutu kitabxanası, Vyana Universiteti kitabxanası, İnnsburq, Qrats, Zaltsburq şəhər kitabxanaları, İsveçrənin Sürix və Bazel şəhərlərinin Mərkəzi kitabxanaları, Bern Universitetinin kitabxanası, Lüksemburq Universiteti kitabxanası, eləcə də Lixtenşteyn Mədəniyyət İdarəsi kitabxanalar şəbəkəsində yer alıb.

Qeyd edək ki, kitaba Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı kimi ədəbi simaların əsərlərinin toplandığı kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar