Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dövlətinin xəbər siyasətinin TAC-ı



AzərTAc və ya tam adı Azərbaycan Dövlət İnformasiya Agentliyi 95 illik yubileyini qeyd edir


Hazırda yerli və xarici kütləvi informasiya vasitələri üçün Azərbaycanın hələlik yeganə rəsmi dövlət informasiya mənbəyi olan AzərTAc 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Daha sonra agentlik sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyətini davam etdirib. Azərbaycan 1991-ci ildən yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib və 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

Trend xəbər verir ki, 2015-ci il fevralın 26-da isə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın Azərbaycan Dövlət İnformasiya Agentliyi - AzərTAc adlandırılması haqqında sərəncam imzalayıb.

AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində 7 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və çin dillərində informasiyalar yayır.

AzərTAc-ın respublikanın bölgələrində, eləcə də dünyanın müxtəlif yerlərində müxbir məntəqələri fəaliyyət göstərir. Agentlik foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır.

Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri", "Sənət korifeylərimiz" və digər layihələr həyata keçirir. 2013-cü ilin sentyabrından AzərTAc-ın Uşaq Bilik Portalı fəaliyyət göstərməyə başlayıb. Agentliyin yenilənmiş videosaytı da artıq istifadəyə verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar