Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan diplomatı içib qəza törətdi, ağır yaralanan var - Video

Azərbaycanın Kiyevdəki səfirliyinin yüksək vəzifəli əməkdaşı, yaxud ola bilsin ki, səfirin özü sərxoş vəziyyətdə xidməti avtomobili yüksək sürətlə idarə edərək ağır qəza törədib


Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, hadisə bu gün oktyabrın 15-də Kiyevin Bessarabiya meydanı yaxınlığında baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, səfirliyin “Mitsubishi Outlander” markalı avtomobili yüksək sürətlə hərəkətdə olarkən Kreşatik meydanından Şevçenko bulvarına  doğru dönməyə çalışıb. Bu zaman hərəkət sürəti yüksək olduğundan avtomobil idarəetməni itirərək səkiyə çıxıb, orada beton manəyə dəyərək yolun qarşı hərəkət hissəsinə çıxıb, orada “Renault” və “Toyota” markalı iki avtomobili vurub.

Qəza nəticəsində bir nəfər-“Renault”nun sürücüsü ciddi xəsarət alıb. Qəzadan sonra diplomatın avtombili qısa zamanda hadisə yerindən evakuasiya edilib. Bildirilir ki, sükan arxasında ya səfirin özü, ya da onun müavini olub. Digər məlumata görə sükan arxasında Azərbaycan konsulu imiş. Qəzadan sonra Şevçenko bulvarında nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Hələlik polis qəzaya səbəb olan sürücü ilə bağlı məlumat yaymayıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar