rezonans

Xəbər xətti

19 İYUN

10:13 Bakıda sürücü avtomobildən düşərkən ona 4 bıçaq zərbəsi vurulub

10:09 Obama növbəti prezident seçkilərində siyasətə qayıda bilər

10:05 Zaqatalada 1,8 kq narkotik vasitəni satan keçmiş məhkum tutulub

18 İYUN

21:55 Tramp: “ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”

21:46 Ermənistan ordusunda yüksək vəzifələrə təyinatlar olub

21:39 FES-in qərarı: dollar sürətlə möhkəmlənir

21:24 İtaliyada yüzdən artıq mafioz həbs olunub

21:12 “Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”

21:07 Ət kəsiminin sanitar normaları açıqlandı

20:55 Argentinalı senatorun arvadı və oğlu ölü tapılıb

20:49 Dərəyə aşan avtomobilin sürücüsü öldü

20:37 DÇ- 2018: Kaliniç yığmadan qovuldu

20:23 Yıldırımdan Menbiç açıqlaması

20:11 İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb

20:06 Kadırovdan ABŞ-a cavab

19:58 Makedoniyada etirazlarda xəsarət alanların sayı 17-ə çatdı

19:50 Menbiçdə birgə hərbi əməliyyat başladı

19:42 Quşadasında azərbaycanlı qadınlar tutuldu

19:37 Kral 30 milyardı öz adına keçirdi

19:30 Online oyunlardan asılılıq xəstəlik kimi tanındı

19:23 Makedoniya yeni qanun layihəsini təsdiqləyib

19:11 Xudat sakinindən narkotik götürülüb

19:06 Türkdilli ölkələr vahid gömrük zonası yaradır

18:59 Aslan Kərimin videosundan danışdı

18:46 İsrailin keşmiş naziri İran casusu çıxdı

18:41 Qadına söyüş söymək niyə yaraşmır?

18:37 Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim olundu

18:30 Bu aydan “iPhone” ucuzlaşır

18:24 Qrişem: “Trampın arvadı buna nifrət edir”

18:19 Türk ordusundan Menbiç açıqlaması

18:13 Türkiyənin keçmiş naziri vəfat etdi

18:08 “Fənərbağça”nın baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

18:02 DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

17:55 Bu il Azərbaycanda 400 tondan artıq barama təhvil verilib

17:49 Kazım Qarabəkir paşanın qızı vəfat etdi

17:42 “Atasının ölümünə səbəb Aytacdır”

17:36 Ölüm riskini azaldan qidalar – Siyahı

17:31 “Neftçi” Baqali Dabonu transfer etdi

17:27 “Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”

17:23 Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

17:18 Salyanda üç bacının yeganə qardaşı özünü asdı

17:12 Bitkoin ucuzlaşır

17:12 Avtomobil dərəyə aşdı: 2 yaralı

17:04 Şəkidə avtomobil yanıb

16:34 “Audi” şirkətinin rəhbəri həbs olunub

16:30 Həsən Ruhani Avstriyaya səfər edəcək

16:24 “Azadlıq” meydanında hərbi paradın məşqləri başlayıb

16:19 Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

16:15 Rusiya Baltik dənizi yaxınlığında hərəkətə keçdi

16:11 Türk əsgərləri Menbiç şəhərinə doğru irəliləyir

16:07 Gəncə sakinindən “Tramadol” həbləri götürülüb

16:02 İranda üç polisi öldürən avtobus sürücüsü edam olunub

15:58 Leysan İsmayıllının 66 kəndini, Ağsunun 70%-ni işıqsız qoydu

15:53 Lider olmaq üçün 4 qayda

15:49 İranın Suriyada üç çətin seçimi - Təhlil

15:45 Azərbaycanlı biznesmen həbs olundu

15:42 “Qarabağdakı aviaşou Paşinyanın zəifliyinin göstəricisidir”

15:37 Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

15:31 Əhalinin banklarda 7.8 milyard manat pulu var

15:26 “Günay Bank”ın sədri: “Bankdan pul oğurlanması iddiası əsassızdır”

15:22 “Facebook” uşaqlar üçün bunu qadağan etdi

15:19 “Əl-Qaidə”-nin liderlərindən biri saxlanılıb

15:15 İspan kralının kürəkəni cəzasını qadın həbsxanasında çəkəcək

15:11 Goranboy sakini yuyucu tozdan zəhərlənib

15:06 Qaradağda 4 otaqlı ev yanıb

14:56 Elektrik naqilləri oğurlayan şəxs yaxalanıb

14:51 Ötən gün 76 cinayət faktı qeydə alınıb

14:47 Arif Rəhimzadə: “Sərdar Cəlaloğlu tamamilə başını itirib”

14:44 Melania Tramp: “ABŞ qəlblə idarə olunan ölkədir”

14:40 Keçmiş Yəmən prezidentinin ölüm qabağı müraciəti yayılıb

14:36 İdmançımız Avropa çempionatında 25-ci yeri tutdu

14:31 Özünü birinci mərtəbədən atmaq istədi

14:27 Ağdamda yağan yağış nəticəsində evlərə su dolub

14:23 DÇ-2018: Kaliniç Xorvatiya millisindən uzaqlaşdırıla bilər

14:19 Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

14:15 Instagram bu funksiyanı ləğv edir

14:11 Zəlzələ nəticəsində xəsarət alanların sayı 300 nəfəri keçdi

14:07 Çindən Türkiyədəki seçkilərlə bağlı açıqlama

14:03 Azərbaycan XİN-dən Manvel Qriqoryanın həbsinə münasibət

13:59 Erməni müəllif Bakını hədələdi

13:56 Kravçukdan Putin və Poroşenkoya çağırış

13:52 İŞİD Suriyada əsas istinadgahını itirib

13:47 Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib

13:43 6 tona yaxın çətənə kolu aşkarlandı

13:38 “Bir qoca ilə bir qarı vardı”

13:35 Löv: “Bu məğlubiyyətdən dərs çıxarmaq lazımdır”

13:31 Roma Papası miqrantlara dəstək verdi

13:14 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

13:09 Paşinyanın həbs etdiyi generalın oğlu istefa verib

13:06 Şəkidə çobanı ildırım vurub

13:01 Gürcüstanda “Lotu Quli”nin adamları saxlanılıb

12:53 Sabahın hava proqnozu

12:49 Moskva və Riyad neft hasilatında artıma razılaşdı

12:46 Dünya çempionu velosipeddən yıxılıb öldü

12:42 Yaponiyadakı zəlzələdə azərbaycanlılar zərər çəkməyib

12:38 Bu günün hava proqnozu

12:34 Günün matçlarını yayımlayacaq kanallar

12:30 Güclü külək və yağış 3 rayonda fəsadlar törətdi

12:26 Türkiyə Antarktikada elmi baza yaradır

12:23 “Kişi özünə baxmırsa, onunla ailə qurmaram”

12:18 “Neftin baha olması ABŞ-a sərf etmir”

12:15 “Dünyanın ən yaxşı millisinə qalib gəldik”

12:12 “Ermənilər tək bizi yox, nəhəng neft şirkətlərini də hədələyir”

12:09 Moskvada daha bir məscid istifadəyə verildi

12:06 Türkiyədə ağır yol qəzası: 3 ölü, 39 yaralı

12:01 Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

11:57 Hadisə: “İllərdir bu xəstəlikdən əziyyət çəkirəm”

11:53 ATƏT-in nümayəndə heyəti Azərbaycana gələcək

11:49 Ermənistan bir neçə Su-30SM qırıcısı alır?

11:45 Türkiyə seçkiləri: Bu namizəd ilk turda qalib gələcək

11:41 Neft ucuzlaşıb

11:36 ABŞ Suriya ordusunu bombalayıb: 48 ölü

11:32 Goranboyda qadın intihara cəhd edib

11:27 Nigeriyada iki terror aktı: 31 ölü

11:24 Məşhur aktyor futbola baxarkən öldü

11:20 Yaponiyada zəlzələ: 3 ölü, 200 yaralı

11:16 Azərbaycanda bank sədrinin müavini əmanətçilərin 100 milyonunu oğurlayıb ölkədən qaçdı

11:12 Kolumbiya prezidentini seçdi

11:07 Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

11:04 Kəpəkdən qurtulmağın təbii yolları



ƏDƏBİYYAT

...

Azərbaycan dilini ağlamalı günə salanlar

Tarix 05.06.18, 15:43

Font ölçüsü : - / +
bitmap-img6

Mirmehdi Ağaoğlu yazır...


Ötən gün dostumuz Ömər Xəyyam sosial şəbəkədə Azərbaycan dili haqqında maraqlı bir status yazmışdı. Statusu olduğu kimi paylaşıram:

“Şair deyir ki, bəs Azərbaycan dili ədəbi şedevr yaratmağa imkan vermir. Yalan sözdü. Ola bilər, siz dili yaxşı bilmirsiz, sözün enerjisini hiss etmirsiz, sözün istifadə qaydalarını, sözlə rəftarı bilmirsiz , amma haman bu dildə, eyni sözlərlə Muğannanın, İsmayıl Şıxlının, İsi Məlikzadənin, Əli Vəliyevin, Ənvər Məmmədxanlının, Əkrəm Əylislinin, Sabir Əhmədlinin, Bayram Bayramovun, Məmməd Orucun, Anarın, Elçinin, Kamal Abdullanın, Rəhim Dünyamalının, Fəxri Uğurlunun, Saday Budaqlının, Zahid Sarıtorpaqın, Pərviz Cəbrayılın, Şərif Ağayarın, Mübariz Örənin (və bir xeyli adlarını unutduqlarım) şedevrləri var. Bu naşı, diletant mövqedən əl götürün, bacarıqsızlığınızı, söz duymazlığınızı dil üstə atmayın, günahdı. Bu enerjini duymaq üçün, sözü hiss etməkdən ötrü fəhm lazımdı, fəhm.”

Dostumuzun müzakirəyə səbəb olan bu statusu bir neçə il əvvəl “Azadlıq” radiosunda getmiş oxşar mövzunu yadıma saldı. Həmən müzakirə də xeyli əks-səda doğurmuş, səhv etmirəmsə Pərviz Cəbrayılın səsləndirdiyi “Naqis dil yoxdur, hər kim ki, öz dilinə naqis deyir, onun dilindən xəbəri yoxdur” fikri uzun müddət radioda anons kimi səsləndirilmişdi.

Bəli, naqis dil yoxdur. O dildə yaza bilməyənlər, o dilin potensialından istifadə edə bilməyənlər var.

Necə olur ki, Yunis Əmrə... Qaracaoğlan... Nəsimi... Füzuli... Seyid Əzim... Mirzə Cəlil... İsa Muğanna... Əkrəm Əylisli şedevrlər yaradanda dil naqis olmur? Əgər bu dil həqiqətən naqisdirsə, bu dildə müasir əsər yazmaq mümkün deyilsə, dil işlək deyilsə o zaman bu əsərlər hardan ortaya çıxdı? Məgər bu əsərlər Azərbaycan dilinin gözəlliyini, potensialını ifadə etmir?

Hər bir dil külçə qızıl kimidir. Kimi o qızıldan üçdüymə, beşdüymə sırğa düzəldir, kiminin də gücü ancaq qızıl diş hazırlamağa çatır. Ona görə də gəlin günahı dildə görməyək.

Ancaq orası da var ki, biz tərcümə zamanı bəzi çətinliklərlə də qarşılaşırıq. Bu məsələyə şair Salvan Sarvan sözü gedən müzakirədə toxunmuşdu:

“Bəzən dil düşüncənin sərhədlərini bəri başdan cızır, yəni sən, ixtiyarsız olaraq, yalnız bu dilin imkanları çərçivəsində düşünməyə başlayırsan və bu düşüncəni həmin dildə ifadə etməkdə təbii ki, problem olmur.

...Ən yaxşı tərcüməçilərimiz də etiraf ediblər ki, məsələn, ingilis yazıçılarının əsərlərində elə düşüncə qatları var ki, onu tərcümə eləməkçün, sadəcə, həmin kontekstə uyğun dil qatımız yoxdur. Hərdən mən özüm də redaktə prosesində belə ziddiyyətlərlə qarşılaşıram.”

Doğrudur, hərdən belə də olur. Başqa bir dildə olan sözün Azərbaycan dilində qarşılığını tapa bilmirsən, hətta ona yaxın sözü belə tapmağa çətinlik çəkirsən. Çünki dilin inkişafına, dilin lüğət tərkibinin çoxluğuna insanların yaşadığı ərazi, həyat tərzi, iqlim, sosial durum və sair təsir edir.

Misal üçün, Türkiyə türkcəsində gəminin, qayığın onlarla adı var. Yelkənlərinin, dorlarının, avarlarının sayından, ölçüsündən asılı olaraq növləri də dəyişir. Ancaq bizim dilimizdə bu növlərə aid sözlər yoxdur, hamısına ucdantutma gəmi deməyə məcbursan. Səbəb, çox sadədir, biz dənizçi xalq deyilik. Bizdə dənizçilik balıq tutmaq səviyyəsindən o yana keçməyib, ancaq Osmanlıda gəmiçilik inkişaf etmiş sahə olub. Və ya eskimosların dilində qarın onlarla adı var, ərəblərdə dəvənin. Bu nümunələrdən belə çıxmasın ki, bizdə sinonim, oxşar sözlər yoxdur, var, biz tarixən əkinçi-köçəri xalq olduğumuzdan əkin sahəsinin müxtəlif adları var. Taxıl ilkin əkiləndə bir cür adlanır, azca boy verəndə başqa cür, sünbül yetişəndə başqa cür, taxıl biçiləndən tamam ayrı cür. Eləcə də qoyun-quzunun yaş və vəziyyətlərinə uyğun müxtəlif adları var.

Bunlar hamısı xalqların həyat tərzindən irəli gəlir. İndi məsələni, aqrarlıqdan çıxaraq və tamam başqa müstəviyə aparaq.

XIX əsrdə buxar maşınının kəşfi ilə Qərbdə sənayeləşmə sürətləndi. Qərb dünyası yeni mərhələyə qədəm qoydu və bu inkişaf təkcə sənayedə deyil, elmdə, fəlsəfədə, incəsənətdə də özünü göstərməyə başladı. Sənayeləşmə dilin inkişafına zəmin yaratdı, onun ərazilərini genişləndirdi. Yeni inkişaf tempi özü ilə yeni dil imkanları gətirdi.

Gəlin unutmayaq ki, Qərbdə belə bir prosesin getdiyi bir dövrdə bizdə nəsr hələ yeni-yeni addım atırdı. Ceyms Coys ingilis dilinin müxtəlif qatlarından yararlananda, yeri gələndə özü yeni sözlər yaradaraq “Uliss” kimi dünyanın ən mürəkkəb romanını yazanda bizdə ilk roman təzə yazılmışdı, heç 20 il olmazdı.

Bu yalnızca Ceyms Coysun uğuru idimi? Xeyr. Bu hər şeydən əvvəl sənayeləşmənin, inkişafın uğuru idi. İnkişaf özü ilə fəlsəfənin, incəsənətin və elm sahələrinin də böyüməsinə şərait yaratmışdı. Nəticədə elmin, fəlsəfənin, incəsənətin dili böyüyüb-genişləndi və yazıçıların bundan faydalanmağına imkan yaratdı.

Dəfələrlə eşitdiyim bir məsələni deyim: Fəlsəfə kitablarını tərcümə edənlər yüzlərlə sözün dilimizdə qarşılığını tapa bilmirlər. Niyə? Çünki o söz bizdə yoxdur. Bu dilimizin naqisliyidirmi? Əlbəttə, yox. Sadəcə bizdə fəlsəfə sahəsi inkişaf etməyib, zamanında dünyada yaranan əsərlər dilimizə çevrilməyib və həmin fəlsəfi terminlərin qarşılığı dilimizdə tapılıb yerinə qoyulmayıb. İndi siz deyin, Kantın, Hegelin böyük fəlsəfi əsərlər yaratdığı dildə yeni roman yazmaq daha asandır, yoxsa fəlsəfi terminlərdən kasadlıq çəkən Azərbaycan dilində?

Yeri gəlmişkən, bir məqamı da qeyd edək. Dilimizin lüğət tərkibi ilə bağlı dilçilərin apardığı müzakirələr zaman-zaman mətbuatda da əks olunur. Bir çox hallarda bu müzakirələrin nə qədər primitiv, vaxtıkeçmiş olduğunu görürük. Dilçilərin məsuliyyətsiz çıxışlarını, sovetdənqalma fikirlərini görəndə az qalırsan ağlayasan. Məncə bu yerdə bir nümunə də gətirsəm mənzərənin nə qədər faciəvi olduğu daha aydın görünər. “Selfi” sözü artıq neçə ildir danışıq dilimizdə geniş istifadə olunur, körpələrimiz dil açanda “ana, ata” yerinə “selfi” deyirlər, ancaq dilçilərimiz hələ indi-indi o sözü lüğətə salmaq haqqında düşünürlər. Nə bilmək olar, bəlkə heç salmayacaqlar da, baxır keflərinə.

Dil statik yox, dinamikdir, dəyişkəndir, inkişaf edəndir. Süni sürətdə onun inkişafının qarşısını almaq istəsən də, “kənar təsirlər”dən qorumağa çalışsan da bir şey alınmayacaq. Xarici dillərdən olsa da lazımlı sözlər gəlib dilimizdəki boşluqları dolduracaq. Bunun qarşısını nə dilçilər, nə də Nəsimi zamanında qalmış Nəsimi adına Dilçilik İnstitutu ala biləcək.

Buna görə də dili qəliblərə salmaqdansa, onun inkişafına şərait yaratmaq, eksperimentlərə açıq olmaq lazımdır.

Yenə də təkrar edirəm, təəssüf ki, bizdə tarix boyu bu proses çox ləng, mühafizəkar şəkildə aparılıb. Buna görə də nə fəlsəfə dilimiz, nə texnika dilimiz, nə inşaat dilimiz inkişaf edib.

Sovet dövründə inşaatda “şpaklyovka” sözü işlədilirdi, müstəqillik illərində türk inşaat şirkətlərinin ölkəyə axını gücləndi, türklərin təsiri ilə ustalar “şpaklyovka” yerinə “alçı” işlətməyə başladılar. Yəni dilçilərin nə etməyindən asılı olmayaraq dilimizə yeni termin keçdi. Onlarla, yüzlərlə belə nümunə göstərmək olar, ancaq mənə görə, buna ən yaxşı nümunə “vkluçatel” sözüdür. Lüğətdə “elektrik açarı” kimi yazılıb. İnandırım sizi, bu sözü lüğətə daxil edən dilçi ömür boyu onu məişətdə işlətməyib. İndi bir yazıçı götürüb “Akif elektrik açarını söndürdü” yazsa, onu yeddi köydən qovarlar, hoydu-hoyduya götürərlər.

Təəssüf ki, dilimizin elmi, akademik inkişafı baş tutmayıb. Ola bilsin kimlərsə statistika üçün nələrsə hazırlasın, sübut etməyə çalışsın ki, dilimiz dəyişir, müasirləşir, inkişaf edir, yeni qatları yaranır, ancaq biz təcrübədə belə olmadığını görürük.

Çox zaman deyirlər ki, dili yaradan yazıçılardır. Mənə görə bu banal fikirdir. Dilin məsuliyyətini yazıçıların, şairlərin üstünə atmaqdansa qoy, dilçilər, filoloqlar bir zəhmət, boyunlarına düşən yükü daşısınlar.

Yazıçı-şairlər də lazım olanda dilə öz töhfələrini verəcəklər.

Zatən dilimiz son yüz ildə nə inkişaf edibsə yazıçıların, şairlərin hesabına inkişaf edib.

Yenə Allah onlara versin, başqa heç nə.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

“Ermənilər tək bizi yox, nəhəng neft şirkətlərini də hədələyir”

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Ermənistanda gizli ABŞ laboratoriyası - Ermənistan cəzalanacaqmı?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru