Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan dəmir yolunda yenilik - Foto


Dəmir yolu 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçir


Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatıb və indi həmin sahədə elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsi gündəmdədir. 

Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, enerji təchizatı üzrə keçirilmiş tender vasitəsilə podratçı şirkət müəyyən olunub və ATEF şirkətlər qrupu (podratçı) ilə cəmiyyət arasında müqavilə imzalanıb.

Bu müqavilənin icra qrafikinə əsasən podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə “Azərbaycan Dəmir Yolları” QSC ilə razılaşdıraraq start verib. Layihə sənədlərinin hazırlanması dörd mərhələyə bölünüb. Birinci mərhələ Böyük-Kəsik-Gəncə sahəsi, ikinci mərhələ Gəncə-Ucar sahəsi, üçüncü mərhələ Ucar-Hacıqabul sahəsi və dördüncü mərhələ Hacıqabul-Bakı sahəsi ilə əhatə olunub. Araşdırmalardan sonra 12 ədəd dartı yarımstansiyasının yeri seçilərək müəyyən edilib və onların quraşdırılmasına başlanılıb. Tikinti işlərini lazım olan mal-materiallarla, texniki qurğularla təmin etmək məqsədi ilə “ATEF” şirkətlər qrupunun zavodlarında dəmir dayaqlar, yüksək gərginlikli transformatorlar hazırlanıb. Artıq birinci mərhələ üzrə Böyük-Kəsik-Gəncə sahəsində - Böyük Kəsik, Ağstafa, Düyərli və Alabaşlı dartı yarımstansiyaları tikintisi başa çatdırılıb. Burada yüksəkgərginlikli avadanlıqlar, transformatorlar, açarlar, 110 və 25 kV-luq paylayıcı qurğular quraşdırılıb. Hazırda ikinci mərhələ üzrə Gəncə-Ucar sahəsində layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar