Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan alpinistləri Elbrusun zirvəsini fəth etdi


Azərbaycan alpinistlər komandası Avropanın ən yüksək zirvəsi olan Elbrusa (5642 m) uğurla qalxa biliblər


Həmin komandanın tərkibinə Azərbaycan Alpinizm Federasiyasının (AAF) idmançıları, "Nikoil Bank"ın alpinist qrupu və "Murov" ekstremal idman klubunun üzvləri daxil olub.

AzNews.az federasiyaya istinadən məlumat verir ki, hər üç qrupun birgə layihəsi olan ekspedisiyanın rəhbərliyini təcrübəli alpinist, AAF-ın prezidenti İsrafil Aşurlu həyata keçirib.

Alpinistlərin səfəri çox çətin hava şəraitində keçib. İqlimə uyğunlaşmaq üçün birinci gündə alpinistlər 3800 m hündürlüyündə yerləşən əsas düşərgədək çıxıblar, ikinci gün 4200 m-dək, üçüncü gün isə 4800 m-dək qalxıblar. Bir günlük istirahətdən sonra saat 02:00-da komanda zirvə istiqamətində yola çıxıb. Güclü külək və şaxtaya baxmayaraq, alpinistlər Elbrus zirvəsində Azərbaycan bayrağını sancıblar. Bundan sonra idmançılar uğurla aşağı düşüb, Elbrus ətəyindəki Azau qəsəbəsində dincəlmək üçün dayanıblar.

Xatırladaq ki, bu ekspedisiya ilə AAF-ın prezidenti İ.Aşurlunun Elbrus dağının zirvəsinə qalxma sayı 14-ə çatıb.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar