Xəbər xətti

23 SENTYABR

0:55 Türkiyə-Rusiya-İran ittifaqı dağılacaqmı?

0:46 Merkel türklərdən səs istəyir

0:39 Qazaxıstanda benzin bahalaşdı

0:26 Rusiyalı turistlər Bakıda gündə təxminən 78 dollar xərcləyir

0:12 Baş məşqçisi Neymarı qovdu

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 SENTYABR

23:57 İnsanları tanıyan qapı zəngi hazırlanıb

23:44 Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

23:38 İnternetin ən təhlükəli insanının adı açıqlandı

23:24 ABŞ-a sərt xəbərdarlıq: “Cavabsız qalmayacaq”

23:11 Bakıda sürücünü vəhşicəsinə döyən şəxs tutuldu

23:06 Şimali Koreya növbəti hidrogen bombası sınağına hazırlaşır

22:56 Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?

22:42 Qaradağda “Sənaye Parkı” yaradılır

22:36 Mingəçevirdə partlamamış mərmi tapılıb

22:28 Qurbanov: ““Roma” ilə oyuna bu cür çıxa bilmərik”

22:16 Ukraynanın Hindistandakı səfirinin telefonu oğurlandı

22:09 Aslı Enver: “Hər hansı bir səhv sevgini bitirmir”

21:56 Məmmədyarov həmsədrlərlə görüşüb

21:44 Bakıda sərnişin avtobusu piyadanı vurdu

21:32 Qaxda 42 yaşlı qadın itkin düşüb

21:24 Avropa çempionatı: Azərbaycan Macarıstan yığmasına qalib gəldi

21:18 Nazpəri Dostəliyeva: “Evimə girən oğrulara ürəyim ağrıdı”

21:06 Eyfel qülləsini indiyədək 300 milyon insanziyarət edib

20:59 Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

20:46 “Roma” klubunun qəzeti “Qarabağ“dan yazdı

20:32 İlham Əliyev voleybol matçında

20:25 Kadir Topbaş istefa verdi

20:18 Jirinovski: “Qripləmiş deputatlar cərimələnsin”

20:02 Şimali Koreya gəmiləri Rusiya sularına girdi

19:56 “General Motors” 2,5 milyondan çox avtomobili geri çağıracaq

19:52 “Neftin ucuzlaşmasına baxmayaraq, Azərbaycana maraq qalır”

19:47 Azərbaycandan ABŞ-a cavab zərbəsi

19:40 Voleybol üzrə Avropa çempionatının açılışı keçirildi

19:35 Koreya: “Bənzəri olmayan nəhəng raket görəcəksiniz”

19:31 Şərqşünas: “Kürdlərin keçirəcəyi referendum yeni situasiya yaradacaq”

19:26 Mingəçevirdə partlamamış mərmi tapılıb

19:21 Novak: “Bu ilin II yarısında neftə tələbat artacaq”

19:17 Ermənilər Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədib

19:12 Tramp Şimali Koreya liderini dəli adlandırdı

19:07 Londonda “Uber”ə qadağa qoyuldu

19:02 Metropolitendə yeni dispetçer mərkəzi fəaliyyətə başladı

18:56 Ramil Usubovdan yeni rəis təyinatı

18:51 “Həmsədrlərlə masada olan təkliflər əsasında ciddi danışıqlar aparılacaq”

18:46 Şamaxıda Sabirin ev muzeyi yenidən tikiləcək

18:42 İŞİD-ə nə qədər azərbaycanlı qoşulub?

18:38 “Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq”

18:34 Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə öldü

18:30 “Ölkənin idarəolunmasına daha güclü qadınlar gəlir”

18:25 Qayınana onu bıçaqlayan kürəkənini bağışladı

18:20 Deputat: “Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”

18:16 Türkiyə sahillərində qayıq batdı: 15 ölü

18:12 İlham Əliyevdən Səudiyyə Ərəbistanının Kralına təbrik

18:08 Özcan Deniz: “Uşağımız cəmi 7 millimetrdir”

18:04 İlham Əliyev fərman imzaladı

18:00 Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

17:54 Xırdalanda 8-ci sinif şagirdi itkin düşüb

17:48 Milli Məclisin Komitə sədri: “Pulumuz kifayət qədərdir, narahat olmayın”

17:42 Arif Əsgərovun Azərbaycandan qaçan oğlu şahid imiş

17:35 Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsxanada ölüb

17:30 Masallıda 8 yaşlı oğlanı avtomobil vurub

17:23 Yaxın Şərqin rəqqasları: Tələbani və Bərzani

17:15 “Sevdiyim adamı əlimdən aldın”

17:10 Nyu-Yorkda nazirlər Əliyev-Sərkisyan görüşünün vaxtını müzakirə edəcək

17:04 Dolların sentyabrın 25-nə olan məzənnəsi

16:58 Selfi zamanı səfirin smartfonu oğurlandı

16:53 Azər Hüseynbala palataya köçürülüb

16:48 Tillerson istefa verir?

16:43 “Apple” və “Facebook” Meksika zəlzələsindən zərərçəkənlərə 1 milyon dollar ayırdı

16:37 Şəmkirdə iki avtomobil toqquşdu - Yaralılar var

16:32 Müsavat Partiyası Milli Şuranın sabahkı mitinqinə qatılmayacaq

16:30 Təhsil sahəsindəki yeni qaydaların zəif və üstün tərəfləri nədir?

16:27 Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı

16:22 Rusiya sualtı gəmisi Suriyada yaraqlıların hazırlandığı bazanı məhv etdi

16:19 Avrasiya ölkələrinin gənc liderlərinin forumuna start verildi - Foto

16:17 Əhməd Əhmədzadə 3 milyardı necə xərcləyib?

16:12 Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

16:05 QAT erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirib

15:59 Saakaşvili Lvov məhkəməsinə gəlmədi

15:53 Bakıda yataqxanada baş verən yanğında polis komandiri zəhərlənib

15:46 İran yeni ballistik raketini üzə çıxardı

15:40 “Dünya yalnız bizdən asılıdır” - Trampın MBT-dəki çıxışının tam mətni

15:35 Stadion ətrafında bina tikilir: İcranın xəbəri yoxdur – Foto

15:30 “Milan”da qalmağı ədalətli saydım”da qalmağı ədalətli saydım”

15:23 Elza 75 dəfə yol hərəkət qaydalarını pozub

15:11 Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

15:05 DTX: 900-ə yaxın Azərbaycan vətəndaşı İŞİD-ə qoşulub

14:59 “Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda

14:59 İcra başçısı məşhur taksi xidmətini aldı - Şirkət yaratdı

14:53 Qubad İbadoğludan Elman Rüstəmova sərt etiraz

14:47 Erməni deputatlar Bakını gəzəcəklər

14:41 Azərbaycana İlqar Məmmədovla bağlı xəbərdarlıq hazırlanır

14:36 Rusiyada mədəndə qəza: 180 işçi təxliyə edildi

14:31 Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyi söküldü

14:26 Avtobus sürücüsünü döyən şəxs tutuldu

14:21 “ABŞ ssenarini PKK üzərində qurub və İranla toqquşmaya hazırlaşır”

14:15 “Bu, üzən məzənnəyə keçidin məntiqi davamı olacaq”

14:10 Qara dənizdə qayıq batdı: 5 ölü

14:06 Neymar üzr istədi

14:01 Gədəbəydə ata-anasını qətlə yetirən şəxsin axtarışı davam etdirilir

13:57 “AAAF Park”-ın sahibi həbs edilib? - Yeniləndi

13:34 Həbsdə olan general oğlunun məhkəməsi təxirə düşdü

13:30 NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya gəlir

13:25 Nazim efirdə əsəbiləşdi, jurnalistlə dalaşdı - Video

13:20 Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın mitinqi ilə bağlı xəbərdarlıq edib

13:17 ABŞ-İran qarşıdurması - Regionda yeni müharibə ocağı közərir?

13:15 Nazirlər Kabinetində struktur islahatları başa çatıb, şöbə müdirlərinin tam siyahısı

13:11 Nizaminin tədqiqatçısı dostlarından donos yazırdı...

13:07 Erməni deputat: “Xahiş edirəm Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyək”

13:02 Dostlarını “Nar”-a gətir, 5 ay pulsuz danış

12:57 Ən etibarlı brauzer müəyyən edildi

12:52 Hava pisləşəcək, yağış yağacaq, dolu düşəcək

12:47 Müslüm Maqomayevi öldürən səbəb

12:42 Bu il Azərbaycanda 7 nəfərə sümük iliyi köçürülüb

12:37 Məleykə Abbaszadə: “Qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq”

12:32 Qubada alma bayramı keçiriləcək

12:27 Meksika: Zəlzələ qurbanlarının sayı 290-a yaxınlaşıb

12:22 O fahişəni sevirdim

12:17 “Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub” - Prezident

12:13 Azərbaycanda televiziya rəhbərini dəfələrlə öldürmək istəyiblər - Şok sui-qəsd planları yayıldı


ANALİZ

...

Azərbaycan almanları: Əsirlər qəbiristanı - Reportaj, Fotolar

Tarix 06.09.17, 16:02

Font ölçüsü : - / +
bitmap-img6

Murad Köhnəqala
Şəlalə Göytürk


Almanların vaxtilə Göygöldə qurub yaratdığı abidələrə baş çəkirik. Bu abidələrin bəziləri müxtəlif illərdə yenidən restavrasiya olunub, bəziləri baxımsızlıqdan tamamilə uçub-dağılıb, bir çoxları isə ilkin görünüşünü hələ də qoruyub saxlayır. Sonunculara misal kimi fərdi evləri göstərmək olar.

Almanlar 1941-ci ildə buradan sürgün edildikdən sonra bu evlərdə ermənilər, sonralar isə azərbaycanlılar məskunlaşıb. Evlərin xarici forması öz alman arxitekturasını saxlasa da, onların daxili dizaynı zaman-zaman dəyişdirilib. Vaxt keçdikcə klassik alman arxitekturası daha modern üslublarla əvəz olunub. Bütün bu dəyişmələrə baxmayaraq, Helenendorf bizə hələ də uzaq, fərqli bir sivilizasiyanı xatırladır.



Almanlardan qalma əşyaları evlərdən tapıb üzə çıxarmaq istəsək də, sakinlərinin əksəriyyəti evlərində alman əşyalarının saxlanmadığını bildirdilər. Baş çəkdiyimiz evlərin sahibləri aradan zaman keçdiyinə görə əşyaların bir qisminin sıradan çıxdığını, bir çoxunu isə müasir avadanlıqlarla əvəz etdiklərinə görə saxlamadıqlarını söylədilər. Lakin ümidsiz deyildik. Söhbətlər zamanı məlum olur ki, bəzi evlərdə xüsusi qədim əşyalar hələ də tapmaq mümkündür. 

Beləliklə, axtarışlarımıza davam edirik. İlk olaraq, bələdçimiz Fikrət müəllimin evindən başlamağı qərara aldıq. Fikrət müəllim yaşadığı evi müasir üslubda təmir etdirsə də, mümkün qədər alman izlərini qoruyub saxlamağa çalışıb. Evin beş metr dərinliyində zirzəmisi, aynabəndi, bir neçə otağın qapı və pəncərəsi, nəhəng divar peçi, və bəzi əşyalar olduğu kimi qalmaqdadır.



Fikrət müəllimin evi “L” formasında tikilib. Bu daş hasarda görünən qapı fiquru isə vaxtilə, qonşu həyətə keçid imiş. Əski alman əşyalarının izi ilə yol aldığımız digər evlərin bir neçəsində, almanlardan qalma divar peçi, zirzəmi, taxta örtüklü pəncərə və məhəccər bulduq.

Alman evlərinin birində məskunlaşmış yaşlı azərbaycanlı qadın bizə belə bir əhvalat danışdı:

- Biz 1949-cu ildə Ermənistandan Azərbaycana deportasiya olunduq. Göygölə gəlib, burada məskunlaşdıq. Bizim köçəcəyimiz ev də alman tikilisi idi. Savadsız və dindar anam bunu biləndə dedi, orda almanlara aid hər hansı əşya olarsa mən o evə girməyəcəm. Biz onu heç cür yola gətirə bilmədik. Məcburən, almanlardan qalan bütün əşyaları çıxardıq. Lakin bir kamodu hələ də saxlamışıq, səbəb isə onu yerindən tərpədə bilməməyimiz olub, çox ağırdır...

Musiqi məktəbi

Hazırda Aşıq Şəmşir adına musiqi məktəbi adlanan bu bina vaxtilə, Xristof Forerin oğullarından birinə məxsus fərdi yaşayış evi olub. Almanlar buradan köçürüldükdən sonra bina, 1966-cı ilədək Göygöl Rayon Partiya Komitəsinin rəsmi qərargahı kimi fəaliyyət göstərib. 1966-cı ildən sonra Rayon Partiya Komitəsi başqa bir ünvana köçürülüb və Forer qardaşlarının sözügedən evi 1990-cı ilin sonlarından etibarən, ikinci Qarabağ müharibəsi zamanı Göygölə sığınan Kəlbəcər qaçqınlarının musiqi məktəbinə çevrilib. Bu tarixi abidə artıq 25 ildir ki Aşıq Şəmşir adına musiqi məktəbi kimi fəaliyyət göstərir.



Musiqi məktəbini bizimlə birgə ziyarət edən bələdçimiz, qocaman arxitektor Fikrət İsmayılov Göygöl rayonunun alman dövrünü belə xatırlayır:

- Almanlar bu rayonun kənd təsərrüfatından tutmuş, siyasi həyatınadək, bütün sahələri inkişaf elətdirərək canlandırıb. Onlar 1842-ci ildə kilsə binasının yanında ilkin orta təhsil verən məktəb binası tikib istifadəyə vermişlər. Həmin təhsil ocağında musiqi və din dərsləri, həmçinin təbiət elmləri tədris edilirdi. İndiki dövrümüzə gəlib çıxmasa da o zaman hər bir alman evində ən azı bir piano olardı. Almanlar 1870-ci ildə almandilli ədəbiyyatdan ibarət ilk ictimai kitabxananı da burada açmışlar. Mədəniyyətlə bərabər insan sağlamlığına da xüsusi önəm verən almanlar yaşadıqları hər bir məkanda tibb məntəqələri və aptek işlədərdilər. Təbii ki, yerli xəstəxanalarda xidmət göstərən həkim personalını yetişdirmək lazım idi. Bunu almanlar yaxşı bacarırdı. Savadsızlığa və tənbəlliyə düşmən olan bu millət qadınların təhsilinə xüsusi önəm verirdi... 



Biz almanlardan yadigar qalan həmin binaya daxil olub içərisini addım-addım gəzirik. Abidənin daxili quruluşu alman üslubunun incəliklərini özündə saxlayır. Fərdi evlərdən və digər binalardan fərqli olaraq, alman əşyaları burada daha çox qorunub saxlanılır. Otaqlarda müxtəlif formalı divar peçlərinə, fortepianolara, masa və şkaflara rast gəlirik.

Daş sükut içində

Növbəti gün bələdçimiz Fikrət müəllimlə görüşəndə bizə belə dedi: 
- Bu dəfə sizi almanlarla bağlı çox kədərli bir yerə aparacam. Oralar şəhərdən uzaq olduğuna görə maşınla getməliyik.

Biz maraq içində, dinməz-söyləməz maşına oturduq. Ancaq yol boyu səbirsizlik edir, dostumuza suallar verirdik:

- Fikrət müəllim, sirr deyilsə, ora haradır, biz indi hara gedirik? 
- Sirr niyə olsun ki? Biz daha iki qəbirstana da baş çəkəcəyik. Həmin qəbirstanlar Quşqara çayının sağ sahilində, biri-birindən hardasa, iki yüz metr aralıda yerləşir. Orada müharibə zamanı əsir düşmüş almanlar və bir çox Avropa ölkələrindən olan hərbçilər uyuyur. Həmin əsirləri bir vaxtlar Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə və Şəmkir bölgələrində gedən tikinti işlərində işlədiblər. Əsirlikdə olsalar da onlar bu bölgələrdə çox böyük işlər görüb. Dəmiryolu tikintisində, zavod, mədən işlərində çalışıblar. 

Belə götürəndə, almanlar müharibəyə qədərki dövrdə də, müharibədən sonra da Azərbaycanın hər yerində qurub yaradıblar. Sizə bir əhvalat danışım. Bilirsiniz ki, Bakıda Hökumət Evi adlanan binanı da əsir düşmüş almanlar tikib. Binanın özülündə, özəklərin ucaldılmasında, tağlarda istifadə olunan beton başqa yerdə hazırlanıb gətirilirmiş. Alman əsirlər baxıb görür ki, betona sementi lazım olandan az qatırlar. Rəhbərliyə etiraz edə bilməyən əsir almanlar çıxış yolunu gətirilən keyfiyyətsiz betona xəlvətcə sement əlavə eləməkdə görürlər. Onlar öz aralarında sözləşərək, yanından ötdükləri sement tığından ovuclayıb xəlvətcə ciblərinə doldurur, götürə bildikləri sementi betonun üstünə tökürlərmiş. Sonralar əsirlərdən bu əməlləri haqda soruşanda deyiblər, biz almanıq, istəmərik arxamızca kimsə düşünsün ki, əsir olduqlarına görə qəsdən keyfiyyətsiz bina tikiblər...

Beləcə, bu yerlərin tarixindən, indisindən, almanların ölkəmizdəki fəaliyyətindən elədiyimiz söhbətlərlə yolumuzu gödəldirik. Nəhayət, gəlib Quşqara çayının sahilində daş hasara alınmış iki böyük qəbirstan yerləşən məkana çatırıq. Fikrət müəllimdən soruşuram:
- Bura hansı rayonun ərazisidir?
- Biz hazırda Göygöl rayonu Balçılı və Bəhrəmbəy kəndlərinin arasındayıq.

Birinci qəbirstanın qapısına tərəf gedirik. Fikrət müəllim öz bələdçi söhbətinə davam edir:
- Görəcəyiniz bu qəbirstanda dörd yüzə yaxın hərbi əsir uyuyur. Qəbirstanların hər ikisi təxminən 1960-cı illərdən sahmana salınıb. Cərgə ilə düzülmüş hər bir qəbirin baş ucunda nömrəli dəmir lövhə var. Ölən əsirlər nömrə altında dəfn olunsalar da hər birinin ad-soyadı həmin nömrələr üzrə arxivdə qalmaqdadı...



Fikrət müəllim irəli keçərək qəbirstanın dəmir darvazasını itələyib açır. Biz gördüyümüz bu qeyri-adi mənzərədən heyrətə gəlirik. Burada hökm sürən daş sükutun ağırlığı altında uzun müddət danışa bilmirik. Gücümüz yalnız şəkil çəkib qeydlər eləməyə çatır...

Bu qəbirstan da, eynilə birincidə olduğu kimi, üstünə Quşqara çayının qara daşları qalaqlanmış qəbirlərdən ibarətdir. Fikrət müəllimin dediyinə görə məzarlıqda yüz altmış əsir uyuyur. Daş qəbirlər arasında üstü götürülmüş yeganə qəbir diqqətimizi çəkir. Üstündəki kiçik mərmər lövhəyə: 

“HENRİX KUPKE

02-11-1903
21-11-1946” 

yazılıb. Bundan əlavə sinə daşının üzərinə “H. K.” hərfləri həkk olunmuş ürək boyda bir daş qoyulub.



Fikrət müəllim bizə qəbirin yaxın tarixçəsini danışır:

- Burada uyuyan Henrix Kupke adlı bir alman hərbçisidir. Onun qızı öz həyat yoldaşı ilə keçən il Almaniyadan gəlmişdi. Arxivdəki ad-soyadı və lövhə nömrəsi ilə axtarıb atasının uyuduğu qəbri tapdı. Nişanə üçün belə bir başdaşı düzəltdirməyi məndən xahiş etdilər. Mən də onların xahişini yerinə yetirdim. Üstünə qoyduqları bu yazılı daşı da atasının doğulduğu yerdən gətirmişdi qızı.

- Bəs Almaniya rəsmiləri bu qəbirstanlarla maraqlanırmı? 

- Bu yerləri Almaniya səfirliyi xüsusi diqqətdə saxlayır. Rəsmilərdən əlavə, doğmalarını axtaran almanlar, başqa Almaniya vətəndaşları da mütəmadi olaraq ziyarətə gəlirlər. Bu ilin aprelində Almaniyanın Qırmızı Xaç Cəmiyyətindən Denis adlı bir nümayəndə gəlmişdi. Xeyli ölçüb-biçdilər. Çox güman ki burada bərpa işləri aparacaqlar. 



- Məncə, bu qəbirlərin quruluşuna toxunmasalar yaxşıdı. Çünki əsirlərin yaşadıqları məşəqqəti qəbir daşlarından mükəmməl danışan bir nəsnə tapmaq mümkün deyil. Elə əsl əsir qəbiri belə də olmalıdı. 

- Yox, qəbirlərə toxunulmayacaq. Sadəcə, abadlıq işləri, məsələn, daş hasarların ömrünü uzatmaq üçün müəyyən tədbirlər görüləcək. Hasarları yağıntılardan qorumaqdan ötrü mən onlara iki təklif verdim. Həm də təklifimi əyani göstərmək üçün darvazanın yanında nümunə düzəltmişəm. Biri maili örtük, ikincisi isə adi dam örtüyü kimi zildi. Çıxanda sizə də göstərəcəm. Bir də, yerli sakinlər daş-qum daşımaq üçün hasarın altını çay tərəfdən qazıb yarğan yaradıblar ki, bu da hasar üçün təhlükədi. Mən alman rəsmilərinə bu təhlükəni də önləməyi məsləhət görmüşəm. 

Biz qəbirstanlardan aralananda Fikrət müəllimə dedim:
- Fikrət müəllim, biz indiyə qədər elə bilirdik, Göygöldə sonuncu alman dostunuz Viktor Kleyn olub. İndi bildik ki, burada sonuncu alman sizsiniz...(azvision.az)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Nyu-Yorkda nazirlər Əliyev-Sərkisyan görüşünün vaxtını müzakirə edəcək

bitmap-img3

Rakurs

ADPU-nun filialında saxta diplomlar, qohumbazlıq: Ağcabədidə təhsil rəzaləti

bitmap-img3

Seçmələr

Nazir “erməni soyqırımı abidəsi”ni ziyarət edib, Bakıda “Fəxri doktor” seçildi - Fotolar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru