Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN bloger Aleksandr Lapşinin həbsi barədə


Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu


Bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Lapşin barəsində məhkəmənin qərarı ilə hökm çıxarılmasına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və məhkəmənin qərarına hörmətlə yanaşılmalıdır: "Birinci instansiya məhkəməsinin qərarı ilə A.Lapşinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb və ədalət təmin olunub".

O əlavə edib ki, istintaq və məhkəmə prosesində A.Lapşinin bütün hüquqları təmin olunub: "Həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasına uyğun olaraq A.Lapşinin vətəndaşlığını daşıdığı ölkələrin konsulluq nümayəndələrinə də onunla təmaslar üçün bütün lazımi şərait yaradılıb.

Fürsətdən istifadə edərək, əcnəbi ölkə vətəndaşlarını Ermənistanın propaqanda alətinə çevrilməməyə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən və işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərdən kənar durmağa çağırırıq".

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan fəaliyyətlərin, işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni əməllərin qarşısının alınması istiqamətində qəti və zəruri milli və beynəlxalq hüquqi təqib xarakterli addımlar bundan sonra da davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar