Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN Ermənistanın regional layihələrdə iştirak imkanı barədə


Bəzən Ermənistan tərəfinin nə istədiyini başa düşmək çox çətindir


Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyəyə qarşı irəli sürdüyü iddiaları nəticəsində Mehri-Culfa və Gümrü-Qars dəmir xətləri qeyri-işlək vəziyyətə düşüb və dənizə çıxışı olmayan Ermənistan özünü tam şəkildə təcrid vəziyyətinə salıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son dövrlərdə Ermənistanın Bakı-Tbilisi-Qars dəmir-yolu layihəsindən istifadə etməsi məsələsinin Ermənistan ictimaiyyətində müzakirə olunmasına münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, tikintisi başa çatan Bakı-Tbilisi-Qars dəmir-yol xətti regional əməkdaşlıq, tranzit imkanlarının və ticarət dövriyyəsinin artırılması və nəticə etibarilə, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatı üçün əlavə imkanların yaradılması baxımdan böyük perspektivlər vəd edir:

"Azərbaycan daim regionda sabitləşdirici rol oynayır, Bakı-Tbilisi-Ceyhan, TANAP/TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub və Cənub-Qərb kimi layihələrlə regional əməkdaşlığı və çiçəklənməni təşviq edir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı işğalına son qoyduqdan və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxardıqdan sonra Ermənistan regional inteqrasiya imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars layihəsi kimi uğurlu regional əməkdaşlıq və nəqliyyat imkanından faydalana bilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar