Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan XİN-dən Sarkisyana cavab



“Münaqişənin kompleks həllinin yeganə yolu yalnız bundan ibarətdir”


Avropa və dünya dəyərləri əsasında xalqların öz müqəddəratını müəyyən etməsinin alternativi olmadığını deyən Ermənistan rəhbərliyinə xatırlatmaq istərdik ki, mahiyyətinə varmadan onun tərəfindən iddia edilən bu dəyərlərdə qanlı etnik təmizləmə, işğal və təcavüzün törədilməsi nəzərdə tutulmur.  

PİA.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Avronest”in İrəvanda keçirilən plenar iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyanın söylədiklərini şərh edərkən bildirib.
 
Hikmət Hacıyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəkləndiyi kimi, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər: “Münaqişənin kompleks həllinin yeganə yolu yalnız bundan ibarətdir. Bundan kənar münaqişənin həllini düşünmək xülya və obyektiv reallıqdan tamamilə uzaqdır”.
 
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, “sülh”dən danışan və ATƏT Minsk Qrupunun fəaliyyətini öz başa düşdüyü kimi təfsir edən Ermənistan rəhbərliyi ATƏT Minsk Qrupunun israrlı çağırışlarına baxmayaraq, ölkəsinin müxtəlif bəhanələrlə böyük sülh sazişi üzərində işə başlamaqdan yayındığına aydınlıq gətirməsi daha məqsədəuyğun olardı.
 
Ermənistan tərəfi nəhayət bu reallıqla hesablaşmalıdır ki, işğal və təcavüz nəticəsində yaranmış status kvonun “fait accompli” prinsipi əsasında münaqişənin həlli kimi təqdim edilməsi beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt qəbul edilə bilməz”, deyə Hikmət Hacıyev qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar