Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Türkiyəyə ən çox pul qoyan 20 ölkədən biridir


Türkiyənin İqtisadiyyat Nazirliyi son 7 ildə ölkəyə ən çox sərmayə qoyan ölkələrin siyahısını açıqlayıb


Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, 2010-2017-ci illərdə Türkiyəyə 140 milyard dollar nəğd formada sərmayə qoyulub. 

Bu məbləğin düz 128.5 milyard dolları 20 ölkədən gəlib. 

İqtisadiyyat Nazirliyinin açıqladığı siyahıda ilk yeri son aylar gərgin anlar yaşadıqları Hollandiya tutub. Bu ölkə Türkiyəyə 2010-2016 illərdə 22 milyard 15 milyon dollar sərmaya qoyub. 2017-nin ilk 3 ayında isə hollandlar əlavə 89 milyon dollar sərmayə yatırıblar. 

İkinci yeri isə təxminən 12 milyard dollarla ABŞ şirkətləri tutub.

Maraqlıdır ki, siyahıda Azərbaycanın da adı var. Ölkəmiz qardaş ölkə iqtisadiyyatına 2010-2016-cı illərdə düz 4 milyard 899 milyon dollar vəsait xərcləyib. Bu ilin ilk 3 ayında isə Azərbaycan əlavə 129 milyon dollar Türkiyəyə sərməya qoyub. Yəni son 7 ilə yaxın müddətdə ümumilikdə 5 milyard dollardan bir qədər çox vəsait yatırılıb.

Bizdən fərqli olaraq isə, 2010-2016-cı illərdə  Türkiyəyə 5 milyard 182 milyon dollar sərmayə qoyan Rusiya 2017-cıi ildə bir dollar belə kənara pul çıxarmayıb.

Siyahıda Avropanın güclü ölkələri olan Almaniya, Fransa, İspaniya, Belçika, İtaliya kimi ölkələri də var. Ancaq qoca qitənin bu ölkələri balaca Lüksemburq qədər cəsarətli olmayıblar. Lüksemburq 10 milyarda yaxın Türkiyəyə sərmayə qoyub. 

Türkiyənin digər əsas sərmayəçiləri arasında ərəb ölkələri də önəmli pay sahibinə çevriliblər.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar