Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Türkiyədən 3 milyard dollarlıq döyüş vertolyotları alır


Azərbaycan milyardlarla dollarlıq daha bir silah sövdələşməsinə imza atıb


Virtualaz.org saytı airnewstimes.com-a istinadən xəbər verir ki, Türkiyənin TAİ şirkətindən 60 “T-129 ATAK” döyüş vertolyotunun alınmasına dair razılıq əldə edib. Sövdələşmənin ümumi dəyəri 3 milyard dollardır.

“T-129 ATAK” döyüş vertolyotları İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunur. O, “A-129 Mangusta” döyüş vertolyotlarının prototipidir. Vertolyotların Türkiyədə yerli şərtlərə uyğunlaşdırılmış versiyasının birgə istehsalına dair razılaşma 2007-ci ildə əldə olunub.

Vertolyotlar Türkiyənin TUSAŞ (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti-TAİ) və ASELSAN şirkətləri ilə İtaliyanın “Agusta Westland” şirkəti ilə birgə istehsal olunmaqdadır. İlk sınaq uçuşlarını 2011-ci ildə keçirib. Vertolyotların hissələrindən təxminən 6200-i Türkiyədə istehsal olunur. O cümlədən döyüş maşınlarının elektron sistemlərini ASELSAN təmin edir.

“T-129 ATAK” vertolyotları iki pilotludur. Qanadlarının altında Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan 76 “hava-yer” tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 km məsafə uça bilir. Kreyser sürəti saatda 288 kilometrdir.

Vertolyotun silahlanmasına burun hissəsində yerləşdirilmiş 20 mm-lik avtomatik top da daxildir. Vertolyotun seriya istehsalına ötən il başlanılıb və 2018-ci ilə qədər Türkiyə silahlı qüvvələrinə 50 belə vertolyot təhvil verilməlidir.

“T-129 ATAK” vertolyotlarının Türkiyə silahlı qüvvələri tərəfindən istismara başlamasından sonra onun xarici müştəriləri də meydana çıxıb. “T-129 ATAK” vertolyotlarına maraq göstərən ilk xarici ölkə Azərbaycandır.

2013-cü ildə əldə edilmiş anlaşmaya görə, TAİ 3 milyard dollarlıq 60 ədəd ATAK vertolyotu ixrac edəcək. Lakin sövdələşmənin detalları, vertolyotların nə zaman təhvil veriləcəyi haqda məlumat yoxdur. Hərçənd ki, o vaxt TAİ-nin Azərbaycan ordusu üçün nəzərdə tutulan vertolyotların seriya istehsalına 2013-cü ildə başlayacağı açıqlanmışdı.

Hələlik bu vertolyotların Azərbaycan ordusunun silahlanmasına daxil olması barədə məlumat yoxdur. Bildirilir ki, Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya da TAİ-dən  bu vertolyotların alınmasına dair danışıqlar aparır.

Qeyd edək ki, Azərbaycanın silahlanmasında olan döyüş vertolyotları Rusiya istehsalıdır, Mi-8, Mi-24, Mi-35 tiplidir. Azərbaycan bu yaxınlarda Rusiyadan Mi-35M vertolyotlarının böyük partiyasını alaraq öz hərbi-hava qüvvələrinin imkanlarını xeyli gücləndirib.

İndi Türkiyədən 60 “T-129 ATAK” vertolyotlarının alınmasına dair sövdələşmə şübhəsiz ki, Azərbaycanın Ermənistan üzərində əzici hərbi üstünlüyünü daha da möhkəmləndirməklə yanaşı onu regionun ən güclü hava qüvvələrinə malik ölkələrindən birinə çevirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar