Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Rusiyanı eşidirsə, əvəzində qazancı nə olur?


Üzeyir Cəfərov: “Faktiki olaraq ortada heç bir nəticə yoxdur. Azərbaycan da bundan sonra nə edəcəksə, Rusiya tərəfindən ikinci xahiş ola bilməz və xahiş olacaqsa da, o zaman müsbət cavablandırıla bilməz”


“Zakir Həsənov verdiyi müsahibə ilə bir növ Rusiyaya xatırlatdı ki, siz xahiş etdiniz biz müharibəni saxladıq. Amma siz bu müddət ərzində ortalığa bir nəticə qoymadınız”.

Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Müdafiə naziri Zakir Həsənovun Rusiyanın “RİA Novosti” agentliyinə verdiyi müsahibədə açdığı bəzi sirrləri şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov “RİA Novosti”yə müsahibə verib. Zakir Həsənov bu müsahibədə 2016-ci ildə olan aprel döyüşləri ilə bağlı bir çox məqamları açıqlayıb. Nazir deyib ki: “O zaman, aprelin 1-də Ermənistan tərəfinin Tərtər rayonuna endirdiyi artilleriya zərbəsi nəticəsində bütün bir ailə avtomobilin içində həlak olmuşdu. Təbii ki, mənə bu barədə məruzə etdilər. Bu, təxminən saat on — on bir radələrində baş vermişdir. Və bu atəş nöqtələri yüksəklikdə yerləşdiyindən, bütün kəndi və ətraf əraziləri hədəfə ala bildiyi üçün düşmənin atəş nöqtələrinin yaşayış məntəqələrindən uzaqlaşdırılaraq geri atılması üçün tədbir görülməsinə göstəriş verdim. Bu göstəriş tammiqyaslı müharibənin başlanılması tapşırığı deyildi. Bunu icra etmək üçün ordumuzun, təxminən 15-20 faiz qüvvəsi cəlb olunmuşdu. Amma Yerevandan ehtiyat qüvvələri də cəbhəyə göndərildi.        

Üç gün onlar bizim mövqelərə hücum etdilər. Amma artıq ikinci günü Rusiyanın müvafiq qurumlarını vasitəçilik işinə cəlb etdilər. Məsələn, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu mənə zəng etdi. O dedi ki, "bu işi" dayandırmaq lazımdır, ölkə rəhbərliyi bu barədə danışacaq. Həmçinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeriy Gerasimov bizim Baş Qərargah rəisinə zəng etdi. Sonra məlum oldu ki, Ermənistan tərəfi bununla vaxt udmaq, yenidən qruplaşaraq zərbə endirmək istəyirdi. Lakin bu da alınmadı. Prinsip etibarı ilə qarşıya qoyduğumuz vəzifəni yerinə yetirdik – cəbhədə böyük əməliyyat-taktiki əhəmiyyəti olan iki strateji yüksəkliyi azad etdik”.

Göründüyü kimi Müdafiə naziri də aprel döyüşlərinin Rusiya tərəfindən dayandırıldığını açıqlayıb. Bəs Azərbaycan Rusiyanı eşidirsə, əvəzində qazancı nə olur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Üzeyir Cəfərova müraciət edib.  



Üzeyir Cəfərov: “Bu bir il ərzində faktiki olaraq Rusiya Azərbaycana etdiyi xahişi unutmuş kimi göründü və çox təəssüflər olsun ki, bu müddət ərzində də Ermənistana ağır silahlar verdi”.


Aprel döyüşlərinin Rusiya tərəfindən dayandırılmasını əmr yox xahiş kimi qiymətləndirən hərbi ekspert Üzeyir Cəfərova qeyd edib ki, yəqin ki, Rusiya döyüşün dayanması üçün Ermənistan tərəfi ilə danışacağıq və müəyyən nəticələrin olacağın deyib. Amma faktiki olaraq ortada heç bir nəticə yoxdur. Azərbaycan da bundan sonra nə edəcəksə, Rusiya tərəfindən ikinci xahiş ola bilməz və xahiş olacaqsa da, o zaman müsbət cavablandırıla bilməz:

“Müdafiə naziri Zakir Həsənov Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində dediyi fikirlər iki istiqamətlidir. Birincisi odur ki, Rusiya Azərbaycana xahiş edib. Yəni Rusiya Azərbaycana əmr edə bilməz. Həm də Azərbaycan Rusiyaya həmişə böyük hörmətlə yanaşıb və hər zaman bir qonşu kimi dəyərləndirib. Buna görə də Müdafiə naziri Zakir Həsənovun fikirlərinin başqa istiqamətdə yozulmasının tərəfdarı deyiləm. Yəni Rusiya kimdir ki, Azərbaycana əmr versin. Azərbaycan Rusiyaya sadəcə olaraq yaxın qonşu olan ölkə kimi yanaşır. Amma hesab edirəm ki, Azərbaycan bu bir il ərzində Rusiyanın atdığı addımları yetərincə anlayır və qiymətləndirir. Bu bir il ərzində faktiki olaraq Rusiya Azərbaycana etdiyi xahişi unutmuş kimi göründü və çox təəssüflər olsun ki, bu müddət ərzində də Ermənistana ağır silahlar verdi. Həmin silahlar da elə-belə silahlar deyil və bu gün Ermənistan Rusiyadan aldığı silahları yalnız Azərbaycana qarşı işlədir. 

Burada məsələnin ikinci tərəfi də budur ki, mən o qədər də tərəfdarı deyiləm ki, müdafiə naziri hər sirri açsın. Amma Müdafiə naziri Zakir Həsənov bu sirrləri açmaqla Rusiyaya mesaj ötürdü ki, siz xahiş etdiniz biz də döyüşləri saxladıq. Yəni 2016-ci ilin aprelində Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu telefonu götürüb, bir kəlmə deməyib ki, döyüşləri dayandırın. Ən azından yəqin ki, Sergey Şoyqu deyib ki, biz Ermənistan tərəfi ilə danışacağıq və müəyyən nəticələr olacaq. Amma faktiki olaraq ortada heç bir nəticə yoxdur. Azərbaycan da bundan sonra nə edəcəksə, Rusiya tərəfindən ikinci xahiş ola bilməz və xahiş olacaqsa da, o zaman müsbət cavablandırıla bilməz. 

Üzeyir Cəfərov: “Ermənilər deyirlər ki, guya Zakir Həsənov Rusiya Baş Qərargahının sirrlərini ifşa edib”.


Mən hesab edirəm ki, Rusiya tərəfindən incələnməlidir ki, keçən ilin apelində həm Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, həm də baş qərargah rəisi Valeri Gerasimov döyüşlərinin dayandırılması üçün hamısı Azərbaycandan xahiş edirdilər. Yəni əgər Azərbaycan Rusiyanın əmrinə tabe olsaydı bir zəng kifayət edirdi. Amma görün necə insan tərəfindən Azərbaycana xahiş olunub. Əmr bu formada olmur, əmr olunanda bir dəfə olunur və ölkə də başa düşür ki, bu Rusiyanın əmridir, göstərişidir. Bir daha qeyd edim ki, Zakir Həsənov verdiyi müsahibə ilə bir növ Rusiyaya xatırlatdı ki, siz xahiş etdiniz biz müharibəni saxladıq. Amma siz bu müddət ərzində ortalığa bir nəticə qoymadınız. 

Həmin nəticənin isə ortaya qoyulması Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan sonsuzluğa qədər dözüm nümayiş etdirməyəcək ki, biz gözləyək görək Erməni nə vaxt bizim torpaqlarımız işğaldan azad edəcək. Müdafiə naziri Zakir Həsənov buna görə də bir sıra mesajlar verdi. Bu mesajlardan biri də Rusiyadan bütün silahların alınmaması ilə bağlı idi. Yəni Azərbaycan Rusiyadan aldığı silahların pulun ödəyib, amma Rusiya həmin texnikanı hələ də bizə çatdırmayıb. Amma onu da qeyd etmək lazımdır ki, dünəndən ermənilər Zakir Həsənovun müsahibəsindən narahdırlar. Onlar deyirlər ki, guya Zakir Həsənov Rusiya Baş Qərargahının sirrlərini ifşa edib. Həm də guya Azərbaycan Suriya təcrübəsini öyrənir. Biz ermənilərədn bundan başqa heç nə gözləməli deyilik və gözləmirik də. Mən hesab edirəm ki, artıq bundan sonrakı addımlar Rusiya tərəfindən atılmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar