Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Qran-prisinin vaxtı dəyişdirildi


Bakıda keçiriləcək növbəti “Formula-1” yarışı ərəfəsində yeni ilin cədvəli açıqlanıb


Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018-ci ildə “Formula-1” üzrə dünya çempionatının təqvimi təsdiqlənib.

Təqvimin 4-cü yarışı Azərbaycan Qran-prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da gələn il ilk 2 ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl 2 il “F1”ə iyunda ev sahibliyi edən ölkəmiz yeni ildə turniri apreldə keçirəcək. Bakı Şəhər Halqası (BŞH) yarışı aprel 27-29-da təşkil edəcək.

Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər də var. 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış – 21 Qran-prinin keçiriləcəyi gözlənilir.

“Formula-1”in rəhbəri Çeyz Keri təqviminin ilkin variantının elanından sonra mətbuata verdiyi açıqlamada bildirib ki, təşkilatçılarının hazırlıq üçün vaxtlarının daha çox olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirlər:

“FİA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik. Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və ən vacib tərəfdaşımız olan “Formula-1” həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün “Formula-1” ailəsi bundan faydalana biləcək”. (apasport.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar